Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı vəziyyət nə yerdədir?
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı vəziyyət nə yerdədir?
Şərhlər: 13
Baxılıb: 838
Səs ver:
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi layihəsi üzərində işlər davam etdirilir.
Trend Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən məlumat verir ki, bu istiqamətdə MHM-in Milli Sertifikat Xidməti Mərkəzinin (MSXM) mütəxəssisləri tərəfindən layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanıb, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılıb, elektron imza sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra ssenarisi hazırlanıb və bu ssenarinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılıb. Bu laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatınının sınaq işləri keçirilir.
 
Eyni zamanda, Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli sərəncamının 7.1-ci bəndi ilə əlaqədar qanunvericilik aktrlarına dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
 
Hazırda layihə çərçivəsində mütəxəssislərin yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsini icra edən İsveçrənin TRÜB və yerli inteqrator olan İDRAK şirkətlərinın mütəxəssisləri ilə qarşılıqlı işləri birgə iş planı əsasında davam etdirilir. Belə ki, şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.
 
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələri - yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcıya daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi və şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılması və fəaliyyətinin təmin edilməsi cari il üçün Məlumat Hesablama Mərkəzinin qarşısında duran ən vacib məsələlərdəndir.


Şərhlər: 13
Baxılıb: 838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
deyisherik yeniden qerar olsa
11 mart 2015 19:33
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
yenice deyismisdik maraqlidi gorek nece olacaq
28 fevral 2015 08:31
# 12
ece uslu
maraqlidi goresen nece olacaq indikinden ne ile ferqlenecek
28 fevral 2015 00:37
# 11
SENSİZ
bekleyib gorerik
27 fevral 2015 21:29
# 10
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Luna-90
men yayda deyismeliyem 25 yasim tamam olanda yeqin o vaxta kimi qerar deqiqleser
27 fevral 2015 20:15
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Сладкий Ангел
men sexsiyyetimi 2 3 aydir almisam 122 qoy moddad dusn soram olar 122
27 fevral 2015 19:02
# 8
.Bir gülüşüm var Sizlərə ömür...
ayan97
Maragli layihedir…) baxaq na olur…)
27 fevral 2015 16:29
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Ask Doktoru
Goresen kohnelerii kimi boyuk olacaq ya yeni bir az balaca olsa daha yaxsi olar
27 fevral 2015 14:55
# 6
Aliye
Sucan
Mende isterdim ama men Gurcustanliyam ola bilenmirem
27 fevral 2015 14:50
# 5
AYKA-ISI
maaqli geldi goresen nece olacaq
27 fevral 2015 14:47
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Maraqlı layihədi belə olsa hamı yəqinki yeni nəsil şəxsiyyət vəsiqələri alacaq..
27 fevral 2015 12:44
# 3
emis
mende cox merak etdi goren neter olacaq bizdemi yenden deyisdireceyik?
27 fevral 2015 12:33
# 2
BARBI
Cox maraqlidir goresen nece gorunusu var sebirsizlikle gozleyirik
27 fevral 2015 12:27
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz