Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mətanətdən əkiz bacılara sərt sözlər
Mətanətdən əkiz bacılara sərt sözlər
Göndərən: Wiyinka
Şərhlər: 22
Baxılıb: 1682
Səs ver:
Mətanət Əliverdiyevanın təqdim etdiyi "Gündəlik” verilişinin ətrafında gedən söz-söhbətlər səngimək bilmir.

Xüsusən sosial şəbəkələrdə tənqid atəşinə tutulan verilişə hətta ziyalılar tərəfindən də mənfi münasibətlər bildirilir. Aparıcının və yaxud da verilişdə qonaq qismində olan müğənnilərin bəzi hərəkət və davranışları pislənilir, "biabırçılıq” adlandırırlar.

Milli Televiziya və Radio Şurasının(MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov "Yeni Müsavat”ın əməkdaşına məsələ ilə bağlı danışıb. Onun sözlərinə televiziya rəhbərlərinə xüsusi tövsiyələr verilib:

"Telekanal rəhbərlərinə bildirmişik ki, ictimai rəyi nəzərə alıb, milli dəyərlərimizə hörmətlə yanaşsınlar. Adını çəkmək istəmədiyimiz bəzi şou verlişləri üçün isə fərdi olaraq tövsiyyələr edilib. Lakin geyimə gəldikdə isə, biz heç kimə bu barədə qadağan etmək səlahiyyətində deyilik. Qanuna görə onlar müstəqildir, qurum olaraq televiziyaların işinə müdaxilə etmirik. Lakin bildirirəm ki, hər gün yayımlanan verlişlər bizim nəzərimizdədir”.

Den.az xəbər verir ki, ATV-də yayımlanan, adı tez-tez qalmaqallarda hallanan "Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva isə musavat.com-a açıqlamasında ona qarşı edilən tənqidlərə belə cavab verdi:

"Bəli bü gün verlişim barədə tənqidi fikirlər var, amma cüzi qədərdir. Hamı "Gündəlik” verilişini sevir, əgər sevilməsəydi bu qədər reytinq qazana bilməzdik. Yaxşı verlişdir deyə baxırlar da. Kimsə bəyənmirsə baxmasın, mən kiməsə demirəm ki, elə oturub mənə baxsın. Qətiyyən, mən heç vaxt heç kimi nəyəsə məcbur edən insan deyiləm. Pis verlişə kim baxar ki, şəxsən mən də yalnız yaxşı olan verlişləri izləyirəm. Orda kimə neyniyirik ki, qəribədirlər e...(gülür). Tapıntıdır, veririk, şənlik lazımdır edirik, tanınmışları çağırırıq, insanlar hansı müğənnini görmək istəyirlərsə görür, dinləyirlər. Bəyənməyənlər yerli kanallarımız olmur, başqa dövlətin kanallarını izləsinlər”.

Mətanət Əliverdiyeva həmkarları tərəfindən paxıllıq edildiyini bildirdi:

"İnsanların beynində, təfəkküründə nə baş verir onu anlaya bilmirəm. Bunların hamısı paxıllıqdandır, onlar zirvəyə çata bilməyən insanlardır. Bu siyahıya təkcə müğənnilər daxil deyil, ümumiyyətlə həyatında uğur qazana bilməyənlər də var. Belə insanlar həmişə kimlərəsə paxıllıq edirlər. Mən ömrümdə heç vaxt kiməsə paxıllıq etmərəm. Nəsə bir qüsuru olarsa mən həmin an o adamın üzünə deyənəm ki, məsələ belədir. Bu xarakterimə görə məndən inciyənlər də var, lakin tənqidlərimdən nəticə çıxaran da olur. Mən də sevirəm kimsə mənə nəyisə düzgün təbliğ etsin. Onda fikirləşirəm ki, hə, bundan nəticə çıxartmaq lazımdır, deməli belə olmalıdır. Bəyəm insan yalnız tərif üçün yaradılıb? Xeyr, mənim beynim yalnız tərifi qəbul edə bilməz, bu çox maraqsız olar. Məncə, artıq insanların düşüncəsini dəyişmək lazımdır”.

Aparıcı bu günlərdə verilişin qonağı olan müğənni Röya Ayxanın qalmaqallı geyimindən də danışıb:

"İndi gəlin bir faktı nəzərdən keçirək. Türkiyədən müğənni Hadisəni minnət xahişlə 300-400 min pul xərcləyib gətirirlər Azərbaycanın göbəyinə, bir bəh-bəhlə də əl çalırlar ki, gəl görəsən. Deyim ki, Hadisənin geyimi, hərəkətləri çox iyrənc olur. Şəxsən mən bu xanımı qəbul edə bilmirəm. Amma Röya bir damcı kiçik ölçülü pencək geyinir onu mütləq tənqid etməlidirlər. Hə, nə olsun ki, əsas odur ki, gözəl idi. Hadisəyə o geyimləri yaraşdırmıram. Lakin Röyaya qısa geyim çox gözəl yaraşır...Sonra da deyirlər ki, niyə sərhəddən o tərəfə heç kimi bizi tanımır. Bu da özünü bu vasitə ilə tanıtmaqdır da, başqa cür necə Avropalaşaq? Niyə xaricdən gələnləri bəh-bəhlə qarşılayıb, öpüb gözümüzün üstünə qoyuruq?! Qoy bizdə də belə geyim olsun, niyə də yox. Bir-iki dəfəynən nə olur ki? Səhnədə dəyişiklik olmalıdır və mən yenilikləri çox sevirəm. Əgər Röya mənim paltarıma uyğun bir paltar geyinib efirə çıxsaydı şəxsən mənim üçün maraqsız olardı, elə bilərdim ki, o da adi aparıcılardan biridir. Amma o fərqli olmalıdır, mütləq fərqlənməlidir. Onun paltarı oxuduğu janra tam uyğun idi. Röyaya mən çox fanatlıq edirəm. İnamıram ki, ikinci bir aparıcı mənim qədər ona fanatlıq etsin. Həmin gün verlişə o qədər tamaşaçı gəlmişdi ki, biz stüdyada onların heç yarısını yerləşdirə bilmədik. Bildiyiniz kimi, studyada oturacaqlar üç cərgə olur, tamaşaçılar da gündəlik olaraq verlişə gəlirlər. Lakin həmin gün oturacaqları kənarlaşdırdıq ki, onu sevən insanlar gəlib studiyada dayana bilsin. Röyadan mənim suyum, çörəyim keçmir, nə də ki, heç bir müğənni ilə mənim alış-verişim yoxdur. Çünki, o profildə mən toya falan getmirəm və s. Mən sadəcə insanları qiymətləndirməyi sevirəm”.

Aparıcının sözlərinə görə efir geyimləri hər zaman müstəqil olmalıdır:

"Aparıcıların da geyimi gərək müzakirə edilməsin. Kimə nə yaraşırsa onu da geyinir. Bu gün aparıcılarımız qısa, uzun, kimi isə hətta qısa çortik geyinir. Qoyun geyinsinlər də, niyə də geyinməsinlər. Məgər hansı dövrdə yaşayırıq, əgər gəşəngdirlərsə, bədən quruluşu onlara imkan verirsə niyə də geyinməsin. Bu mənada mən geyimə qəti olaraq qarışmıram. Bəyəm biz o anlayışla, o geyimlə inkişaf etməliyik? Şəhərə çıxırsan görürsən ki, insanlar nə istəyirlər onu geyinirlər. Nədir bəyəm pisdir? Əksinə bu gözəllikdir. Hərənin bir zövqü var, kimin ürəyi necə istəyir o cür geyinir. Kimə necə rahatdırsa o cür yaşamalıdır. Geyim tərzi ilə insanları ölçmək olmaz”.

M.Əliverdiyeva bu yaxınlarda xeyli müddət gündəmdə qalan "şpaqat” olayını da xatırlayib:

"Bir dəfə mən bir "razresli” paltar geyindim, şpaqat oturdum. Əvvəla onu deyim ki, heç şpaqat oturmaq fikrim yox idi. Sadəcə həmin gün xarici rəqqaslar, qonaqlar gəlmişdi. Onlar bir rəqs etdi, mən də dedim ki, o rəqsdən mənə də nəsə öyədin. Dedilər ki, yox, sən bunu bacarmazsan. Dedim sizin yanınzda olan xanımdan daha plastik bədən quruluşuna malikəm. Dedilər ki, sən bunu sübut edə bilərsən? Mən də dedim ki, bu dəqiqə sizə sübut edərəm. Tamaşaçılara üzümü tutub dedim ki, doğrudur, mənim paltarım bunu sübut etməyə imkan vermir, lakin mən bunu onların acığına edəcəm. Və mən dediyimi yerinə yetirdim. Onlar ayağa qalxıb ayaq üstə məni alqışladırlar. Və orda da paltar cırıldı. Pah atonnan, bu barədə azı bir ay yazdılar. Buyuq da, budur bizim dar təfəkkürümüz. Bu şou proqramdır. Mən burda hər şey edə bilərəm, üstəlik də maraqlı alınır. Mən standart aparıcı deyiləm ki, durub əlimi əlimin üstünə qoyub deyim ki, "hə gələcək planlarınız necə oldu?” və s. Bu mənim içimdəm gəlimir, çünki, həyatda necəyəmsə, efirdə də buyam. Mən dəyişməyən insanam. Məni kimsə dəyişə bilərmi? Xarakterim budur”.

Aparıcı "Xəzər" televiziyasının canlı efirində Azərbaycan manatını cıran əkiz bacılara qarşı sərt münasibət bildirib. Onun sözlərinə görə bu cür aparıcıları televiziya efirlərinə çıxartmaq yolverilməzdir:

"Canlı yayımda manatımızı cırmaq tərbiyəsizlikdir. Amma gördüyünüz kimi elə insanları aparıcı kimi aparıb dağ başına qoyurlar. Mən belə apaırıcıları qəbul etmirəm. Aparıcının bazası olmalıdır. Dünyada baş verən proseslərdən, siyasətdən xəbəri olmalıdır. Bilməlidirlər ki, Ukraynada, Suriyada bu gün nələr baş verir. Amma şahidik ki, bunlardan çox aparıclarn xəbəri yoxdur. Əgər yoxdursa onda efirə çıxmasınlar. İstər idman, istər də şou verliş təqdim edən aparıclar hər bir məsələdən məlumatlı olmalıdırlar. Sən əgər deyirsənsə Balakən Naxçıvanda yerləşir, onda kül sizin təpənizə!”.

Qeyd edək ki, bu günlərdə "Gündəlik” verlişinin qonağı olan müğınni Röya Ayxanın aşıq-saçıq geyimi və davranışları tənqidlə qarşılanmışdı. Mütəxəsislər auditoriyanın xeyli hissəsinin açıq-saçıq geyimdə olan müğənnilərin iştirak etdiyi verlişlərə baxıdığını əsas gətirərək bildirirdilər ki, gənclər onları özlərinə ideal seçərək, danışıq və davranışlarını təqlid edirlər və bu hal gələcəkdə ciddi problemlərə gətirib çıxarda bilər.


Şərhlər: 22
Baxılıb: 1682
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox shit yerini danishiqlarinibilmirler bezen usaq fason danishirlar ele bilirlerki yaxsi olur daha demirlerki cox pis gorunurler
11 mart 2015 20:26
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
olduqca savadsiz medeniyyetden bixeber qizlardi bular

olduqca savadsiz medeniyyetden bixeber qizlardi bular
6 mart 2015 10:20
# 21
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Baharim ol
Ekizler savadsizdirlar.Balaken Naxcivanda yerlesir deyiblerse day sozum yoxdu.verilislerindede sit sit hereketler edirler.Sonradaki manati cirmaq nedi? Televiziyalara hec diqqet edilmir.here eline bir karti goturub deyir ki men apariciyam
2 mart 2015 18:02
# 20
Ama yenede
lili)
men baxiram gundelik verlisine mene xos aura gelir efirden tam semimi deyirem cox beyenirem metisi ekizler haqdada yaxsi deyibaa
23 fevral 2015 08:27
# 19
sia
Metanetden zehlem gedir ama verliwi yaxwidi
22 fevral 2015 19:17
# 18
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Aysel Tatli
metanetden xowum gelir dedikletinin bezisi ile razilasiram
21 fevral 2015 17:13
# 17
ayan97
Dediklerinde dogruluq var manati cirmay nedi? olar efirden uzaglasdirilmaliydilar…)
21 fevral 2015 11:44
# 16
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Luna-90
dastan ozleri biler
21 fevral 2015 01:06
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
tatyana
Metanet xanimi cox beyenirem,dediklerine qarismam,amma aparici bacilar haqda dediyiyle tam olaraq raziyam
20 fevral 2015 13:03
# 14
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Qlamurr
Mətanət ən bəyəndiyim aparıcıdı,pozitiv xanımdı,deyilənlərin bəzisi ilə razıyam,bəziləri ilə yox...Məsələn röyanın geyimini mən qətiyyən bəyənməmişdim,Hadisə ilə müqayisə etməsi nəyə lazımdı ki,Türklər ona normal baxır,ancaq bizim yanaşmamız fərqlidi.....
20 fevral 2015 12:05
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Gulu-Qezi
duzgun qeyd edibdi
20 fevral 2015 10:49
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Fialka
Sonda qeyd etdiyi aparıcılarla bağlı fikiriylə tam razıyam digər söylədikləri isə müzakirə olunmalı söhbətlərdir coxu ilə razı deyiləm
20 fevral 2015 09:09
# 11
aziz a
Royada cox ag eledi o verlisde...
20 fevral 2015 06:40
# 10
Qelbim doludu !!!!
Ayselina
Tamamilə razıyam. .
20 fevral 2015 01:41
# 9
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Fiorella
Aparici melumatli olmalidi bu duzdu qalan sayiglayb
20 fevral 2015 01:27
# 8
Nergizz
duzgun danwib raziyam ama geyim haqda hadise ile royani bir tutmasin,her milletin oz geyimi var,aciq geyiminde heddi var,roya cox ag elemiwdi o verliwde,
20 fevral 2015 00:51
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
sona
Sozleri ile hem raziyam hem yox. Metanetin bilikli aparici olmagini beyenirem
20 fevral 2015 00:44
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
Sitat: xeyalperest
Yari razilaşdim yari yox.ama o xaricdekiler sohbeti cox dogrudu tewekkur

mende ele fikirlesirdim
20 fevral 2015 00:42
# 5
Turkan Abbasova
Men metaneti xoslayiram
20 fevral 2015 00:41
# 4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
qanadli melek
Raziyam duz danisib
20 fevral 2015 00:39
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Coxu sozde heqiqet var aparicilar geyimiyle danisigiyla intelektual seviyesiyle secilmelidir
20 fevral 2015 00:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
Yari razilaşdim yari yox.ama o xaricdekiler sohbeti cox dogrudu tewekkur
20 fevral 2015 00:33
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz