Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Flora Kərimova: “Faiq kimi cinsinə nankor olanlara..”
Flora Kərimova: “Faiq kimi cinsinə nankor olanlara..”
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1012
Səs ver:
"Elnur Hüseynov bu qələbəni Türkiyədə deyil, Azərbaycanda qazanmalıydı”.

Bunu xalq artisti Flora Kərimova Elnur Hüseynovun "O səs Türkiyə” yarışmasında birinci yerin qalibi olmasına münasibət bildirərkən deyib.

F.Kərimova vurğulayıb ki, Elnur Hüseynova qarşı öz vətənində laqeydlik göstərilib: "Elnur Hüseynovun qabiliyyətinə, səsinə qiymət verilməliydi. Təəssüflər olsun ki, o bu qiyməti ala bilmədiyi üçün başını götürüb getdi. Düzdür, getdiyi ölkə qardaş ölkədir, amma axı biz özümüzə vaxtında niyə qiymət verə bilməməliyik ki? Qiymətimizi bilmirik, qiymətlilərimizi qoruyub saxlamırıq. Belə insanları qorumaq lazımdır. Laqeydlik göstərmək olmaz. Mən bilirəm, bu qələbə nə qədər çətindir. Nə qədər sevincli olsa da, ağırdır. Bu şöhrəti o, öz ölkəsində qazanmalıydı”.

F.Kərimovanın fikrincə, Elnuru nədəsə suçlamaq, onu pisikdirmək ədalətsizlikdir: "Onda gərək, Faiq Ağayevi ümumiyyətlə, səhnəyə buraxmayaydılar, fəxri ad verməyəydilər, çünki onun da "suçu” var idi. Faiq Ağayev kimi cinsinə nankor olanlara insanlarımız dözürdüsə və göz yumurdusa, gərək, Elnuru hansısa söz-söhbətin qurbanı etməyəydilər”.

Sənətkarın sözlərinə görə, E.Hüseynova vaxtında qiymət verilməli idi: "Bəh-bəhlə Elnur demək indi asandır. Onunla "Avroviziya”da birgə oxuyan Samirin səsinə, perfomansına qiymət verilməli idi. Bunu etmədilər. İçi mən qarışıq haqqımızı itirdilər. Mən cəmiyyətdə sözümü deyirdim, amma yeri gələndə fikrim ümumi fikrə təsir etdiyinə görə rəyimi soruşmurdular. Biz hələ qədir bilməyi öyrənməmişik. Ancaq qədir bilmək vərdişə çevrilməlidir. Yaxşının qədrini, torpağın da qədrini bilməsək, onda biz nə millətik?”

Qeyd edək ki, azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyədə keçirilən "O səs Türkiyə” yarışmasına qatılıb və qalib gəlib. O, öz ifası ilə qısa bir vaxtda Türkiyəni təəccübləndirib.


Şərhlər: 15
Baxılıb: 1012
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
vauu bu ne aciqlamalardi bele
11 mart 2015 20:30
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Faiq haqqindaki sozler dediyine gore cx cesaretliymiw,bele olur qalire Flora Kerimova mehkemelerde
23 fevral 2015 15:28
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
sia
bizde bele sevyeli verliw olsunki buda qabaqa getsinde guya Fulora ozu Elnura destek olubda iler once
22 fevral 2015 19:21
# 13
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Gulu-Qezi
BIZMIM MILLET ELEDI GEREK KIMSE QABAGA GEDEKI QIYMET BILINE ECEB EDIBDI
21 fevral 2015 15:35
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Fialka
Flora xanımın fikirləriylə razıyam qiymət verməyi bacarmır bu millət hələ qalib olduqdan sonra belə hərə bir qulp qoyur sosial şəbəkələrdə...
20 fevral 2015 09:28
# 11
gunesli1
Duz deyırsız
20 fevral 2015 00:32
# 10
BARBI
Cox duz deyilib elnura veteninde qiymet verilmedi o da bu yolu secib turkiyeye getdi
19 fevral 2015 23:52
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
Cox duz deyib yazdığı hər bir cümlə nöqtəsinə kimi duzdu a
19 fevral 2015 23:39
# 8
lili)
duz deyeni hemise baltalayirlar
19 fevral 2015 23:34
# 7
Qlamurr
Düz deyirdə,Elnura Azərbaycanda qiymət verən olmadı,indi qalib olub,bütün kanallar bu xəbəri verir...
19 fevral 2015 23:31
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ayan97
Mendede duz deyib vaxtinda deyer verseydiler indi dilden dusmur Elnur neyse…)
19 fevral 2015 23:25
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Baharim ol
Samir Cavadzadeninde cox gozel sesi var.Insafsizlar mahnisina ne qeder qulaq asiram doymuram.muselmanin sonraki agli bos yere demiyibler
19 fevral 2015 23:18
# 4
Ama yenede
sona
Cox agir danisib faiq haqqinda.
İndi elnur qiymete minim ama hec mugennilik siyahisinda adi yox idi
19 fevral 2015 23:17
# 3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aziz a
Elnur yeniden parladi sanki.mence birazda gunah ozunde idi ki, passivlesmisdi.
19 fevral 2015 23:08
# 2
Qelbim doludu !!!!
zayka15
Düz deyib.Vaxtinda deyer vermek lazim idi
19 fevral 2015 22:56
# 1
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz