Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şou-biznesin ən bahalı geyinənləri kimlərdi? - SORĞU
Şou-biznesin ən bahalı geyinənləri kimlərdi? - SORĞU
Göndərən: Menim balam
Şərhlər: 30
Baxılıb: 2058
Səs ver:
"Star life” verilişi məşhurlar arasında sorğu apararaq onların ən bahalı libasının qiymətini və bu günə qədər kiminsə paltarını geyinib-geyinməmələrini soruşu

Əməkdar artist Elza Seyidcahan – Xeyir işə gedəndə sənət dostlarım yox, tanışlar paltar istəyir, verirəm. Bir məclis var idi, içəri girəndə gördüm bütün xanımlar mənim libasımdan geyiniblər. Məndə olanda qəribə yanaşırlar, amma sabah hamı onu geyinir. Heç kimin libasını geyinmərəm. Mən yenilik gətirən adamam. Azərbaycanda ilk dəfə dırnağıma rəngbərəng boyanı mən çəkmişəm. İndi bu, salonlarda ən bahalı manikürdür. Mənim əynimdə hər libas bahalı olur. Başqaları kimi demirəm on minə çanta aldım. Ayıbdır, o pulla insanlar ev almaq istəyir. Vaxtilə çöllərdə yaşamısan, indi çantanla insanlara acıq verirsən?

Müğənni-bəstəkar Murad Arif – Bu cür əməkdaşlıqlarda yoxam. Cırıq olsun, özümün olsun. Ən bahalı kostyumum 400-500 manata, ayaqqabım isə 300 manata olub.

Müğənni Nadir Qafarzadə – Heç bir sənət dostumdan paltar almamışam. Amma özüm gənc bir ifaçıya libas vermişəm. Onsuz da bir paltarı az geyinirəm. Adını çəkməyim, ayıbdır. Əmim oğlunun pencəyini geyinib efirə çıxmışam.

Müğənni Mirkamil Kamilov – Öz qohumlarımdan - dayım oğlundan paltar istəyib efirə geyinmişəm.

Rəqqasə Fatimə Fətəliyeva - Könül Kərimovanın paltarından istifadə etmişəm. Bu yaxınlarda Samira Allahverdi Qar qız paltarı bağışlayıb ki, lazım olanda geyinərsən.

Müğənni Sevinc Ağaşirinova – Mənim libasımdan kimsə istifadə etməyib. Amma mən Röyanın paltarını geyinmişəm, hətta klip də çəkdirmişəm. Bahalı paltarım yoxdur, sadə libaslar geyinirəm. Ən ucuzunu 10 manata almışam.

Xanəndə Elnarə Abdullayeva - Dünya dağılsa da bir paltar geyinərəm, kiməsə demərəm mənə libas ver. Kompleksim yoxdur ki, bu gün, sabah eyni paltar geyindim, camaat məni qınadı. İnsanlara görə küçələrə düşüb paltar tapmalıyam?

Müğənni Roza Zərgərli – Bəlkə kişilərdə bu hal ola bilər. Amma qadınlardan kimsə kiminsə libasını geyinməz. Mənim bir qarderobum var ki, hamısı qaşlı libaslardır. Düşünürəm onları kimə verim?

Aşıq Zülfiyyə - Dəbdəbəli paltar geyinən deyiləm. O cür geyinməyə imkanım çatır, sadəcə sevmirəm. Xoşlamıram kimsə mənim, mən də kiminsə libasını geyinim. Ən bahalı idman geyimimə 1000 dollar, səhnə libasıma isə 300-400 manat vermişəm. Ondan baha deyilənə inanmayın.

Müğənni Mənzurə Musayeva - Pis də olsa, yaxşı da olsa öz libasımı geyinmişəm. Başqasından paltar alıb geyinmək ayıb deyil. Amma heç kimlə elə yaxın münasibətdə olmamışam ki, istəyim. Mənim paltarımı istəyən olub. Ondan sonra onu heç bir efirə geyinmədim. Ən bahalı paltarı 1700 manata aldım, bir dəfə geyinib qaytardım. Qaşları tökülürdü. Ondan sonra bahalı paltar almıram.


Şərhlər: 30
Baxılıb: 2058
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
Elza Seyidcahan`in heyif pullarindan, zovqu yoxdu..
9 sentyabr 2015 19:46
# 30
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
ola biler
11 mart 2015 22:53
# 29
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Wiyinka
Sevinc Ağaşirinova adin cekmiyecem bir brend mallarin satildigi magazada gormuwem adi insanlar kimi ele yanimda paltari secib alirdi.
8 fevral 2015 13:09
# 28
lelos
Bahali paltara pul vermirem ureyime yatan olani aliram kimese veriremse sonra onu geyine bilmirem paltarimi bacima verirem
8 fevral 2015 12:40
# 27
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
lili)
mende hec kesin paltarini geymemisem baciminkini geymisem 2 defe vessalam menim en bahali paltarim 150 manata en ucuz paltarimi 20 manata almisam
8 fevral 2015 09:42
# 26
ismayilova ulker
Sağole Elza halaldı vallah qəşəng çıxış eləmisən.
Mən heç vaxt heç kəsin paltarını geyinməmişəm bircə bibim qızına vermişəm paltarımı geyinib qaytarıb. Mən paltar alanda birinci qəşəngliyinə baxıram sonra qiymətinə. Ən bahalı paltarım 70 manat olub onuda mama alıb. Ən ucuzu 13 manat olub .onuda geyinəndə hamı elə bilirdiki bahalıdı. Ən bahalı ayaqqabım 50 manat olub. Ən ucuzuda 5 manat.
8 fevral 2015 01:00
# 25
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
aziz a
Bunlarin bu musahibe ile ic uzleri gorundu,amma menim ne pulum yoxduki bahali geyim alim, nede olsa bahali almaram basqa ehtiyaclari odeyerem, deyirem nece urekleride gelir o qeder pulu verirlere...
7 fevral 2015 23:47
# 24
Qelbim doludu !!!!
ece uslu
bu halı hec xoşlamıram hec vaxt hec kimden paltar alib geyinmemisem birine de oz paltarimi versem daha sonra o paltari geyine bilmirem
7 fevral 2015 23:39
# 23
Luna-90
Mende hec kimin neyinise istifsde etmeyi sevmirem bacimda olsa .ancaq geyinmediklerimi bacima verirem
7 fevral 2015 23:10
# 22
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
arzum-aysum
Hec sevmirəm kimdənsə yad adamdan paltar alib geyinem. Bacimin paltarın geyinerem uzagi
7 fevral 2015 22:56
# 21
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Omrumun Ureyi
Neye lazimdi o qeder pul vermek paltara?ucuzdu al ama seliqeli zovqlu geyin
7 fevral 2015 22:36
# 20
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
dilefruz
hec vaxt bu paltar bahalidi mutleq onu alacam dememisem mene yarasani almisam yarasibsa xosuma gelibse menim gozumde deyerlidi.Qaldiki kiminse paltarini geymek hec bacimnkini bele geyinmemisem cunki sevmirem utaniram kiminse paltarini geyinmeyi amma menden istiyene vermisem pis cixmasin iyrenmisem geri alandada mutleq yumusam
7 fevral 2015 22:16
# 19
Sevgi insani yasadan en xosbext duygudur
rosh-nura
mende hec vaxt bin ve ya iki minlik geyinmerem ondansa qohum eqrabama kömek ederem.en bahalı paltarım gelinliyim olub.onuda yoldaşım TÜRKİYEDEN getirib buranın puluyla 700 manat.
7 fevral 2015 21:15
# 18
Miss_Oxatan
Eyib bir wey deyil ama yene de kimden geldi de goturub geymezler.men ve xalam qizi men evde olandan eleydik,o ki toya gedirdike hec yadimizdan cixmir,nece gun evvelden zor gucle qerara gelirdik ne geyineceyimizi,ama ele olub ki 5deqiqe qalmiw o menim,mende onun paltarini geyinmiwik))))biz ancaq bir birimizin geyimlerinden istifade etmiwik,duzu hec menim senin sozu yoxuydu,icaze de almazdiq,hansimiza hansi yarawdi ele geyinerdik.indi de eleyik ama indi evvelki kimi hemiwe bir herde deyilik ama birlewende deyiwen bi wey yok.cox mehribaniq xala qizi yox baci kimi.men telebe vaxti onda 17 hawim vardi,cox da catmirdi mene bezi weyker,qizlara vererdim geyimlerimi ama men hec vaxt geyinmirdim.eslinde vermekde istemezdim prosta uzden kecemmirdim.sonra bir defe xazaykam dediki qizin biri senin koftanla oglanla goruwub soz gezirki o sen olmusan.zor guc subut etdikki men olmamiwam.oooo,buuuu hec kime vermedim libas.menim en bahali geyimim 300 manata yaxin olub.en ucuz 5manat)))
7 fevral 2015 21:11
# 17
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Şəbnəm Vüsal
əlimdə pula uygun,imkanıma uygun pal-paltar alıram.bahalı paltar almagı sevmirəm.cünki cox geyinmirəm.biraz geyinirəm gözümdən düşür.
7 fevral 2015 20:45
# 16
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
SEVGI DENIZIM
sadeliy gozellekdir
7 fevral 2015 20:09
# 15
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
BARBI
Bahali geyinmeyi sevmirem hemise sadeliye ustunluk verirem
7 fevral 2015 20:07
# 14
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Çox da bahalı paltarlara şəxsən məndə pul vermərəm,ən azından ətrafımda o qədər ehtiyacı olan insanlar var ki....Paltarlarımı təzələyəndə imkanı zəif olan qohumlarıma verirəm...
7 fevral 2015 19:44
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
sona
Her fesil deyiwende paltarlarimi yigib rayona gonderirem. Ama ozum bacimnan bawqa hec kimin paltarini geymemiwem geymeremde. bacimnan deyiwib geyinirik
Baha ucuz deye bilmerem budceme uygun aliram
7 fevral 2015 18:39
# 12
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ayan97
Ozleri biler.. Herenin bir xasiyyeti var...
7 fevral 2015 18:13
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Bestoş
etsinlerde pullari var edirler
7 fevral 2015 18:02
# 10
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Tomris Müslümova
mence en geseng ve bahali geyinen gulay zeynallidi.men sexsen cox beyenirem onun terzini
7 fevral 2015 17:45
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
Elzaya baxın dəlidən doğru xəbər buna deyilirdə122122 sağ ol ay elza21 düz dedin on minə çanta almaqdansa kiməsə ev almaq olar.

Mən Bakıda heçdə bahalı geyinmirdim. Amma isveçə gələni bahalı geyinirəm burda yoldaşım mənə qış paltarı almışdı 3500 krona Bakı puluynan demirəm nə qədər göz gələr122122 ayaqqabı almışam 130 manata. Mən ayaqqabıya o qədər pul verməzdim amma buna məcburam çünki burda çox soyuq olur məcbur qalın yun geyinirik budakı, çox baha başa gəlir adama. Mənən olsa nə yaraşırsa xoşuma gəlirsə onuda alıb geyinirəm mənimçün onün qiyməti maraqlı olmur mənə yaraşsa o mənim olmalıdı. Məndə Azərbaycanda olanda xalam qızının paltarın geyinmişəm o da mənim paltarımı geyinib.
7 fevral 2015 17:10
# 8
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
canr
Pul sizde birde ingilisde
7 fevral 2015 16:55
# 7
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
rəmsə
Xanəndə Elnarənin dediyi xoşuma gəlmədi,o nə deməkdi ki insanlara görə düşüb küçədə paltar tapmalıyam.Əlbəttə sən xanəndəsənsə tamaşaçılar üçün gözəl görünməlisən.
Mənzurə xanıma da halaldı paltarı 1 dəfə geyinib qaşlarını töküb sonra da qaytarıb
7 fevral 2015 16:38
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Baharim ol
Hec kesin paltarini geyinmirem birden olub xalam qizi isteyib sonra o paltari men geymemisem.xosum gelmir bele seylerden.here oz budcesine uygun geyinir
7 fevral 2015 16:29
# 5
Ama yenede
Rusi
ozleri biler
7 fevral 2015 15:48
# 4
emis
zulfiyyenin dediyine inanmadim he,ise eyninde ucuz paltar gormusem
7 fevral 2015 15:30
# 3
AYKA-ISI
bu bunlarin fikridi hormetle yanawiram herenin oz fikri var mende kompleksliyem hec kesin paltarini geyine bilmirem duzubhec kesede paltar veren deyilem versem sora onu geyine bilmirem.hamida bilir bunu
7 fevral 2015 15:10
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Ola bilər hərəsi bir xasiyyətdə olan insanlardı ancaq geyimin qiymətini nə görə nümayiş etdirirlər bununlamı reklam edirlər özlərini bahalı geyimlərin ucuz reklamı..
7 fevral 2015 15:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz