Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başı kəsilən hacıxanım ərinə xəyanət edirmiş – TƏFƏRRÜAT + FOTOLAR
Başı kəsilən hacıxanım ərinə xəyanət edirmiş – TƏFƏRRÜAT + FOTOLAR
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 2038
Səs ver:
"Həccdən gəldikdən sonra oğlan ilə birlikdə lüt şəkillər çəkdirib”.

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi törədilib. Belə ki, adıçəkilən rayonun Montin qəsəbəsi, Aşıq Qərib küçəsi 69 A ünvanında yaşayan 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Nərimanov Rayon Prokurorluğunun və rayon polis idarəsinin əməkdaşları olay yerinə yollansalar da, hüquq mühafizə orqanları hələlik məsələ ilə bağlı ətraflı məlumat verməyiblər. Odur ki, biz qətlin təfərrüatını öyrənmək, İlham Süleymanovun həyat yoldaşını hansı səbəbdən öldürməsinə aydınlıq gətirmək məqsədilə sözügedən ünvana getdik.

Sözün açığı, Aşıq Qərib küçəsini tapmaq o qədər də asan olmadı. Lakin çətin də olsa, sonda qeyd olunan ünvana çatdıq. Dar məhəllədən içəri daxil olduqda İlham Süleymanovun yaşadığı evin qarşısında bizi iki nəfər qarşıladı. Onlardan biri yaşlı, digəri isə gənc idi. Ağsaqqal bizi gördükdə mətbuat nümayəndəsi olduğumuzu bildi və "Oğul, düz gəlibsiniz, bu evdir” dedi.

Söhbət zamanı məlum oldu ki, həmin yaşlı kişi İlham Süleymanovun atası Elləz Süleymanovdur. Oğlunun Bakı Metropolitenində elektrik-mexanik işlədiyini deyən ata gəlini Məhəbbət Süleymanovanın məhz namus üstündə öldürüldüyünü bildirdi:

"Mən İlhamın atasıyam. Biz əslən Qərbi Azərbaycandanıq. Gördüyünüz kimi, biz qonşuyuq. Evlərimiz yan-yanadır. Hadisə dünən günorta radələrində baş verib. Polislər gəldikdə artıq saat 2 idi. Oğlum hadisəni törətdikdən sonra evinin qapısını bağlayıb, açarları götürüb könüllü surətdə polisə təslim olub. O, evinin açarlarını polis rəisinə verib və "Arvadımı öldürdüm. Cəsədi evdədir. Gedin, onu çıxarın” deyib. Bundan sonra polislər, prokurorluğun əməkdaşları bura gəldilər. Təxminən 10-15 nəfər idilər. Onlar cəsədi maşına qoyub, morqa apardılar. Bu gün isə artıq meyiti Məhəbbət Süleymanovanın atasıgilə təhvil veriblər. Gəlinin adamları Sabunçu rayonunda yaşayırlar. Bu gün orda yas mərasimidir. Qeyd edim ki, gəlinim də əslən Qərbi Azərbaycandandır. O da bizimlə bir kənddən, Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kəndindən idi”.

Elləz Süleymanovun sözlərinə görə, dünən axşam saatlarında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları yenidən oğlunun yaşadığı evə gəlib araşdırma aparıblar:

"Onlar təxminən bir saata yaxın evdə nəsə axtardılar. Hər yerə baxdıqdan sonra qapını bağladılar. Açarı götürüb gedəndə mənə "Dayı, çalışın heç kim evə girməsin. Burda sizlik bir şey yoxdu” dedilər. Biz də deyilənə əməl etdik. Heç kim İlhamın evinə girmədi”.

Oğlunun 3 övladının olduğunu deyən ata hadisə ilə bağlı yanlış məlumat verən bir sıra media qurumlarını tənqid etdi:

"İlhamın 3 uşağı var. Böyük oğlunun 17 yaşı, ortancıl oğlunun 16, qızının isə 10 yaşı var. Bəzi mətbuat orqanları yazır ki, guya bu, İlhamın ikinci evliliyi olub. Bu, düz deyil. Onlardan tələb edirəm ki, ağlına gələni yazmasınlar. Gəlsinlər, yerində araşdırsınlar”.

İlham Süleymanovun həyat yoldaşı Məhəbbət Süleymanovanı namus məsələsinə görə qətlə yetirdiyini vurğulayan Elləz Süleymanov gəlininin Həcc ziyarətindən gəldikdən bir müddət sonra gənc bir oğlanla çılpaq fotoşəkil çəkdirdiyini, həmin şəxslə sevişdiyini qeyd etdi:

"Oğlum bir müddət öncə arvadından şübhələnməyə başlamışdı. Həmin vaxt məsələ böyüdü və gəlinin qardaşları, valideynləri bura gəldilər. Biz onlara hər şeyi danışdıq, Məhəbbətin namussuz olduğunu, əxlaqsızlıq etdiyini, özünü küçə qadını kimi apardığını dedik. Qeyd edim ki, gəlin bir müddət əvvəl Həcc ziyarətinə getmişdi. O, özünü hacıxanım adlandırırdı. Ancaq özünü əxlaqsız qadın kimi aparırdı. Ziyarətə getmiş şəxs namussuzluq edərmi? O, Həccdən gəldikdən sonra rayonlu oğlan uşağı ilə birlikdə lüt şəkillər çəkdirib. Məhəbbət həmin şəkilləri yastığının altında saxlayırdı. O şəkil bir gün oğlunun əlinə keçib. Uşaq görüb ki, anası oğlanla çılpaq vəziyyətdə şəkil çəkdirib. Uşaq az qalmışdı ki, əsəbdən dəli olsun. Nəvəm şəkli bizə göstərdi. Oğlumun ağlı başından çıxmışdı. Dərhal Məhəbbətin atasını, anasını, qardaşlarını çağırdıq və şəkli onlara da göstərdik. Qoy bilsinlər ki, qızları namussuz, əxlaqsızdır. Onların bütün qohum-əqrəbası məsələdən agah oldu. Bundan sonra gəlinin adamları onu götürüb apardılar. Məhəbbətə dedilər ki, sənin burda yaşamağa ixtiyarın yoxdur. Beləcə, gəlini apardılar. Lakin 5-6 gündən sonra, biz evdə olmadığımız vaxt gəlin anası ilə bura gəlib. Onlar evdə olan əşyaların yarısını götürüb maşına yükləyib, aradan çıxıblar”.

Elləz Süleymanovun sözlərinə görə, gəlini anası ilə birgə evi boşaltdıqdan bir müddət sonra yenidən evə qayıdıb:

"Gəlinin qardaşları, valideynləri gəlib oğluma minnətçi düşürlər ki, qızımızı bağışla. Beləcə, Məhəbbət yenidən evə qayıdır. Təxminən bir həftə ərzində İlhamgilin evindən səs-səmir çıxmır. Ancaq bir həftədən sonra dava-dalaş başlayır. Onu da deyim ki, gəlinim heç də sakit adam olmayıb. Bunu qonşular da təsdiqləyə bilərlər ki, onun səs-küyü küçədən eşidilirdi. O, dəfələrlə ərini evə buraxmayıb. Çox tərbiyəsiz adam idi. Məhəbbətlə çılpaq şəkil çəkdirən oğlan gizli şəkildə hasardan evə daxil olub və səhərə kimi gəlinlə bir yerdə olub. Biz evdə olmadığımız vaxtda onlar qapını bağlayıb səhərə kimi min cür oyundan çıxırdılar. İş o yerə çatmışdı ki, İlham məcbur olub evin müxtəlif yerində gizli kamera quraşdırmışdı. Məhz bundan sonra hadisə aydın oldu. Məlum oldu ki, Məhəbbət həmin cavan oğlanla evdə əxlaqsızlıq edirmiş. Vallah, bala, heç bir kişi namus məsələsində sakit qala bilməz. Heç kim razı olmaz ki, onun arvadı başqası ilə yatıb-dursun. İlham bundan xəbər tutanda arvadının başını kəsdi və özü də könüllü surətdə polisə təslim oldu. O, bu cür namussuzluğa dözə bilmədi. Əslində, heç bir normal kişi buna dözə bilməzdi. Bizim millət qeyrətsizliyi götürmür”.

Oğlunun ailəsini normal dolandırdığını deyən ata gəlininin qonşulara, tanımadığı şəxslərə faizə pul verdiyini dedi:

"Oğlum Bakı Metropolitenindən 650 manat maaş alırdı. Bundan başqa, əlil olduğu üçün 60 manat təqaüd alırdı. Aylıq gəliri heç də az deyildi.

Onun əlindən çox iş gəlir. İlham sənətkar kimi də peşəkar idi. O, təmir işləri də görürdü və qazandığı pulları evinə, həyat yoldaşına gətirirdi. Məhəbbət isə oğlumun qazandığı pulları faizə verirdi. Hamıya isə deyirdi ki, dolana bilmirəm, ərim yaxşı baxmır, pulumuz yoxdur.

O qadın əsl "afiristka” olub. Oğlumun pullarını əlindən alıb ancaq özünə xərcləyirdi. Qonşuluqda Qazax rayonundan kirayənişin qalır. O, yazıq Məhəbbətə qul kimi işləyirdi. Qab-qacağını yuyur, evini silib-süpürür, bir sözlə nökərlik edirdi. Həmin qazaxlı qadının bir oğlu var. Məhəbbət bütün bunların qarşılığında onu ancaq yemək-içmək verirdi. Yəni qul kimi rəftar edirdi”.

Söhbətin bu yerində Elləz Süleymanov oğlunun evinin qarşısında dayanan qırmızı rəngli "Hundai İ20” markalı, 90-FZ-028 dövlət nömrə nişanlı avtomobili göstərərək həmin maşının gəlininin olduğunu bildirdi:

"Məhəbbət Həcc ziyarətindən qayıtdıqdan sonra ərinin pulları hesabına alıb. O, yazıq İlhamı dəli eləmişdi.

Elə hey deyirdi ki, mən özümə maşın alacam. Axırda bazara gedib bunu aldı. Maşının hər hansı bir sənədi, gəlinin isə sürücülük vəsiqəsi yoxdur. Təcrübəsiz sürücü olduğundan maşını aldıqdan sonra iki dəfə qəza törədib. Maşını iki dəfə vurdurub. Bu maşın oğlumun əməyi hesabına alınsa da, Məhəbbət İlhamı ona yaxın buraxmırdı. Oğul, bir sözlə gəlin bizim başımıza olmazın oyun açdı, oğlumu bədbəxt etdi”.

 

 



Şərhlər: 20
Baxılıb: 2038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
dehset abirsizliqa baxe,oqlan yaziq gunaha batdi leyaqetsiz
12 mart 2015 02:12
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SEVGI DENIZIM
eger heqiqeten beleimisse onda yaxsi edib kesib
3 fevral 2015 11:12
# 19
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Gulu-Qezi
NE DEYIM ZAMANE COX PISLEWIM HEC KIME INAM YOXDU
28 yanvar 2015 20:09
# 18
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
AYKA-ISI
eger bele olubsa bawi kesilesi idi ele
28 yanvar 2015 17:13
# 17
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fiorella
O sekiller hegigeten varsa kameraya hegigeten nese dusubse kisi duz edib.adam aglina sgdra bilmir aileli 2ozu boyda oglu olan qadin nece ele eder.
28 yanvar 2015 11:41
# 16
xeyalperest
Dzu hicab qadagasi olandan sonra gunahsiz yere tutulubda boyunnarna min cur bohtanlar atilandan sora bele şeylere coxda inanmiram.oki qaldi eger bu heqiqetdirse o qadin muselman deyilmiş.işin esli başqada ola biler tewekkur
28 yanvar 2015 10:10
# 15
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
arzum-aysum
Oxuduqca dəhşətə gəldim. Müsəlmanın üz qarası... Hicaba bürünmüş seytan
28 yanvar 2015 00:12
# 14
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
arzu gunes
Allah iraq elesin
27 yanvar 2015 23:52
# 13
Gunka13
Allah uzaq elesin
27 yanvar 2015 23:35
# 12
Aileli.
Madina
Heqiqi Imani olmayan insandan her sey gozlemek olar. Gozden perde asmaq ucun imandan istifade etmek olmaz. Allah her seyi gorur.
27 yanvar 2015 23:26
# 11
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
emis
dehsetdi
27 yanvar 2015 22:38
# 10
EsmaNur
Allah uzaq elesin
27 yanvar 2015 22:07
# 9
Tomris Müslümova
ay amaaan bu nedi aa??ayibdiye vallah
27 yanvar 2015 21:36
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Düzü həqiqətin nə olduğunu yalnız Allah bilir,nə isə deməyə də ehtiyat edirəm,ən azından kiminsə haqqına girməkdən qorxuram,əgər yazılanlar həqiqətdirsə,dəhşətli bir şeydi,həcc ziyarətinə gedən,dindar qadından gözlənilməyəcək hərəkətlər,həm 3 uşağı olan qadın bu hərəkəti edibsə,axırı da belə olmalıdı..Ona görə də xəyanət edən qadınlar dərs götürsünlər ki,əməllərindən çəkinsinlər,ək halda aqibətləri belə olacaq...

Düzü həqiqətin nə olduğunu yalnız Allah bilir,nə isə deməyə də ehtiyat edirəm,ən azından kiminsə haqqına girməkdən qorxuram,əgər yazılanlar həqiqətdirsə,dəhşətli bir şeydi,həcc ziyarətinə gedən,dindar qadından gözlənilməyəcək hərəkətlər,həm 3 uşağı olan qadın bu hərəkəti edibsə,axırı da belə olmalıdı..Ona görə də xəyanət edən qadınlar dərs götürsünlər ki,əməllərindən çəkinsinlər,ək halda aqibətləri belə olacaq...
27 yanvar 2015 21:18
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aynur2002
Allah qorusun
27 yanvar 2015 21:14
# 6
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
roksi1995
bizden uzaq olsun dehset hetta dindarlarda heddi asirlar
27 yanvar 2015 21:12
# 5
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
ayan97
Aay oxuduqca tuklerim urpesdi dehsetdiye ncncnc :
27 yanvar 2015 20:10
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Сладкий Ангел
dehstdire dehset 24
27 yanvar 2015 19:27
# 3
.Bir gülüşüm var Sizlərə ömür...
BARBI
Dehsetdi ay allah kisi duz etmiyib ele insana gore heyatini mehv etmeye deymez
27 yanvar 2015 19:25
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Oxuduqca insan dəhşətə gəlir , əgər həqiqətəndə hər şey söylənilən şəkildə baş veribsə günahkar təbii qadındı həcc ziyarətinə gedən dindar bir insan necə belə iş görər inanmaq cətindi hələ pulu satmaq məsələsi də var,özü boyda 3 uşağındandamı utanmıyıb allah keçsin günahından nə deyəsən beləsinə ,düzü əvvəllər elə bilirdimki insan əgər dindar namaz qılan biridirsə o hec bir pis əməl törətməz ancaq belələrini görürəm həm "dindar"lıq adı altında öz fitnə fəsadlarındanda qalmırlar,allah belə insanların öz cəzasın verər əlbət ..
27 yanvar 2015 19:15
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz