Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – Video
Bakıda 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – Video
Göndərən: NoName
Şərhlər: 22
Baxılıb: 30288
Səs ver:
"Nəəəə... Nə otel? Özümün evim var".

Qadinlar.Biz fahişələrlə bağlı hazırladığı reportajı təqdim edir.

"Kiminsə pul müqabilində başqasının qarşısında soyunması, yaxud öz bədənini göstərməsinin necə ləyaqətsiz hərəkət olması haqqında ilk dəfə İsmayıl Şıxlının "Cəbhə yolları” romanında oxumuşdum. Ona isti yemək verməsindən razı qalan faşist əsgəri azərbaycanlı yazıçının bu humanistliyi müqabilində çəkməsini, sonra isə cibindəki albomu sovet əsgərinə hədiyyə olaraq vermək istəyir. Yazıçı albomu açaraq onun səhifələrindəki çılpaq qadınların fotolarına baxır. Özünün də dediyi kimi başqasını qarşısında soyunmaqla öz ləyaqətini alçaldan bu şəxslərin şəkilləri onda ikrah hissi doğurur. Bu mənada, yazıçının fikirləri ilə razılaşmamaq olmur.

 
Təəssüf ki, hər gün belə xoşagəlməz mənzərələrlə qarşılaşırıq. Paytaxtın bəzi yerlərində günün axşam saatlarında qarşımıza çıxıb söz atan fahişələrin təklifləri də bu qəbildəndir. Şəhərimizin bir sıra yerlərində əxlaqsızlıqla məşğul olan qadınlarla bağlı reportajı sizə təqdim edir.
 
"...30 manat özümə, 10 manat evə...”
 
Paytaxtda əxlaqsızlıqla məşğul olan qadınların özlərinə daimi yer seçdikləri məkanlardan olan Səməd Vurğun bağında günün gecə saatlarında qısa müşahidələr aparmaq kifayətdir ki, burada nələrin baş verdiyini gözlərinlə görəsən. Parkın sol hissəsindəki oturacaqlarda əyləşmiş iki qadının həm geyimi, həm də davranışları diqqət çəkirdi. Kosmetikadan ifrat dərəcədə istifadə edən, sifətlərini müxtəlif rənglərlə şit, eybəcər hala salan qədim peşənin müasir sahibləri müştəri "ovu”na çıxmışdılar. Havanın soyuq olmasına baxmayaraq, onlardan biri ətrafdakıların diqqətini cəlb etməkdən ötrü əyninə dar, qısa yubka, dəri gödəkcə geyinmişdi. Yaşı təxminən 42-44 olan bu qadın yaxasıaçıq koftanı qadınlara qarşı həssas olan kişilərin gözlərini qamaşdırmaq üçün geymişdi. Belə də oldu – onun tələsinə təxminən 19-20 yaşlarında olan iki gənc düşdü. Aralarındakı söhbət qısa çəkdi. Gənclər gülüşüb uzaqlaşdılar. Bayaqdan onlara göz qoyduğumu görən qadın gülümsünüb göz vurdu. Ayaqlarını cütləşdirib qarşımda dayandı:

- Canım, salam?
- Salam.
- Necəsən?
- Yaxşı...
- Gedək...?
- Hara?
- Yaxınlıqda yerim var. 30 manat özümə verəsən, 10 manat da evə, 5 manat da taksiyə.
- Yerin haradadır?
- Beş dəqiqəlik yoldur. Gedirik?
Onu söhbətə cəlb etmək, danışığımızı uzatmaq üçün dilə tutdum:
- Bir nəfəri gözləyirəm, qoy gəlsin.
- Kimdir bir nəfər? İlişdirərsən a məni...
- Narahat olma, adam ilişdirən deyiləm.
- Bəs gözlədiyin kimdir?
- Dostum. Başqa yerə getmirsən?
- Başqa yer haradır? Yox, evə-zada getmirəm. Beş dəqiqəlik seksdən ötrü durub Bakının o başına gedəsi deyiləm ki.
 
Onun rəfiqəsi dialoqumuzu eşidəcək bizə yaxınlaşdı. Əynində qara gödəkcə və dar cins şalvar, ayağında uzunboğaz ayaqqabısı olan bu qadın üzünə süni təbəssüm verib, güldü. Məni başdan-ayağa süzüb maraqla soruşdu:
- İki nəfərsiniz?
- Hə.
- Dostun nə vaxt gələcək?
- Elə indilərdə. Sənin adın nədir?
- Esi.., Esmira.
- Bəs bunun?
- Gulya. Adımızı neynirsən?
- Elə belə soruşdum.
- Gəl mənimlə gedək, dostun da Gulyayla gedər.
- Qiymət neçə olacaq?
- Dedim də qiyməti.
- Aşağı yer yoxdur?
- Daha bundan aşağı nə "ustupka”?
 
 
"Burda çox dayanmaq olmur, ilişirlər”
 
Bu zaman uzaqdan iki nəfərin parkın mərkəzinə doğru gəldiyini görən qadınlar "gözləyirik” – deyə, məndən aralandılar, guya avtobus gözləyən sərnişinlər kimi dayanacağa tərəf getdilər. Məlum oldu ki, onlar əraziyə nəzarət edən asayiş keşikçilərindən yayınmaq üçün tez-tez belə fəndlərdən istifadə edirlər. Parka gələnlərin sakinlər olduğunu görən qadınlar təxminən 2-3 dəqiqə sonra yenidən mənə yaxınlaşdılar. Onlardan biri tələsik, "nə oldu, dostun gəlmədi?” – deyə sualdolu baxışlarını mənə zillədi. Cavab verdim ki, mənimlə gələn guya indicə metrodan çıxacaq. Özünü guya Gulya kimi təqdim edən qadının səbri daraldı:
- Dostunu neynirik e? Gəl gedək o, Esiylə gedər. Pulun varsa, gedək elə ikimizlə də...
- Az qalıb, dostum çatır.
- Bizim vaxtımız azdır.
- Hara tələsirsiniz?
- Tələsmirik e, burda çox dayanmaq olmur. İlişirlər.
- Dostum çatır, lap az qalıb.
- Zəng elə, de ki, bir az tez olsun də, donduq öldük.
"Gedim metronun qarşısından qarşılayım gətirim, buraları yaxşı tanımır” – deyib, onlardan kənarlaşıram. Cavablarından bilinir ki, bu gün pul qazana bilməyiblər: "Tez ol canım, gözləyirik”. Parkdakı qadınlar ərazidə heç kimin olmaması səbəbindən yenidən avtobus dayanacağına yaxınlaşaraq, müştəri ovuna çıxırlar. Mən isə küçə qadınlarını gecələr müştəri ovuna çıxdıqları başqa yerə - "Neftçilər” metrostansiyasına gedirəm.
 
Qaranlıq keçid, tənha gəzən qanıqara "ovçu”...
 
Qeyd edək ki, "Neftçilər” metrostansiyasının çıxışındakı körpü, daha doğrusu, bu körpünün altında gecələr qaranlığa qərq olan yer də əxlaqsız qadınların toplaşdığı məkana çevrilib. Asayiş keşikçilərinin nəzarətindən yayınmaq məqsədilə bu yerə toplaşan fahişələr şəhərətrafı qəsəbələrə doğru hərəkət edən marşrut avtobuslarının dayanacaqlarından istifadə edirlər. "Nargilə” kafesi – Bakıxanov stansiyası” istiqamətində hərəkət edən 57 saylı marşrut avtobusunun, habelə 35, 49, 81 və 185 saylı marşrut avtobuslarının dayanacaqlarından gizlənmək üçün istifadə edən bir qadının təxminən yarım saat ərzində heç bir avtobusa minməməsi onun sərnişin olmadığını göstərirdi. Ətrafdakı sərnişinləri diqqətlə süzən 37-40 yaşlı qadın körpünün altına çəkilib papiros yandırdı. Bir neçə dəqiqə əvvəl söhbətləşdiyimiz qadınlardan fərqli olaraq kiməsə söz atmır, sadəcə müştəri kimi nəzərdən keçirdiyi gənclərlə baxışmaqla kifayətlənirdi. Keçid qaranlıq olduğundan onun sifəti də aydın görünmürdü. 49 saylı avtobusdan düşən sərnişinlərdən biri deyəsən onu tanıdı. Yanından keçəndə qadına söz atdı. O isə öz növbəsində oğlana "rədd ol, sən pul verən ... deyilsən” – cavabını verməklə kifayətləndi. Bütün bunlar bu qadının qanıqara olduğunu göstərdi. Bir neçə dəqiqə sonra isə yolu keçib əks tərəfdəki digər keçidə girdi. Beləcə, qaranlıqda gözdən itdi. Deyəsən, bugünkü "ov”u alınmamışdı.
 
"20 manat, yer pulu, taksi pulu mənlikdir”
 
"Neftçilər” metrostansiyasının çıxışı, xüsusən buradkarı "McDonalds” restoranının qarşısındakı ərazi də gecələr fahişələr üçün daimi məkana çevrilib. Metronun çıxışına doğru addımlayıb yeraltı keçidə daxil olmaq istədikdə, təxminən 32-35 yaşlı qadın astadan salam verdi:
- Privet, lyubov moya.
- Privet...
Salamını aldığımı gördükdə daha da yaxınlaşdı. Yarırus, yarıazərbaycan dildə danışsa da, rus dilində mükəmməl danışa bilmədiyi açıq-aydın məlum oldu:
- Necəsən krasaveç?
- Yaxşı...
- Can, moy həyat.
- Nə qədər istəyirsən?
- 25 manat, moy həyat?
- Otelə gedirsən?
- Neee... Nə otel? Özümün evim var.
- Haradadır ev?
- Yaxındadır. Taksi aparıb gətirir, gedirik?
- Bir səbrin olsun, gözlə görək.
O, bu sözlərimi eşidəcək, əsəbiləşdi, məndən "xeyir” gəlməyəcəyinə əmin oldu. Forslanaraq dönüb çıxıb getdi. Elə bu an 3-4 metr kənarda dayanmış başqa bir qadın mənə yaxınlaşdı. Dolubədənli, 40-42 yaşlı bu qadın rəqibinin məndən üz döndərib getməsi fürsətini əldən qaçırmadı. Rəqibinin müştəriyə naz etməsindən yararlanmaq niyyətindəydi. Restoranın musiqili səs-küyü içində suallarını verdi:
- Gedək başına dönüm.
- ...
- Axşamın xeyir, gedək?
- ...
- Sən nəsə mənə tanış gəlirsən
- Ola bilər...
- Allah haqqı səni haradasa görmüşəm. Anamın goru sən mənə tanış gəlirsən.
- Mümkündür.
- 20 manat, gedək?
- 20 manat?
- Hə, yer pulu, taksi pulu mənlikdir.
- 20 manat çoxdur axı.
- Quran haqqı 10 manat otağa verirəm, 5 manat da taksiyə, aparıb, gətirəcək. Anamın qəbri, balamın canı.
- Gözləyək, dostum da gəlsin. Sən özündən danış görüm adın nədir?
- Yox, mən o yerə adam aparmıram. Buranın qızları hara gedirlərsə getsinlər, amma mən ora başqa qadın aparmıram. Ancaq özüm gedirəm.
- Gözləyək dostum gəlsin, gedərik.
- Özünlə 25 manat götürərsən.
- Öz evindir ora?
- Qəşəng yerdir, rahatdır. Vallah sən mənə tanış gəlirsən.
- Adın nədir?
- Flora.
- Bəs o birinin adı nədir? O, neçəyə gedir? Mənə 25 manat dedi.
- 25..? Qələt edir. 25 manat deyir, amma 20 manata çıxır. Dostun gəlsə, o da onu aparar. Mənə də 25 verərsən nə olar?! Amma o bilməsin ha...
- Pulu artırdın? Bayaq 20 manat deyirdin.
- Vallah bir nəfər var, ona 5 manat borcluyam.
- Bir az gözləyək dostum gəlsin.
- Yaxşı...
O, metronun qarşısında var-gəl edərək ətrafdan keçənlərə söz atmağa başladı. Biz isə dostumuzu gözləyə-gözləyə hər iki qadının hərəkətlərini izləməyə başladıq. Flora adlı qadın metrodan çıxanlara söz atır, şit-şit zarafatlar edərək gülürdü. Bu arada diqqətimizi bir məqam cəlb etdi: fahişələrə yaxınlaşanlar yalnız gənclər və yeniyetmələr yox, həm də yaşı 45-dən çox olan kişilər idi. Təxminən 45-50 yaşlı bir nəfər Floraya yaxınlaşıb ona öz təklifini verdi. Qadın da cavabından qalmadı.
 
Müştəri uzaqlaşıb getdikdən sonra Flora şaqqanaq çəkib güldü: "Mənə deyir ki, pulsuz gedərsən? Mən də cavabını verdim”. Elə bu vaxt əyinlərində hansısa şirkətin təhlükəsizlik xidmətinin uniformaları olan 22-23 yaşlı iki gənc Flora yaxınlaşdılar. Onunla söhbət edə-edə rəfiqəsini də soruşdular. Lakin söhbətləri alınmadı. Deyəsən, qiymət məsələsində razılığa gələ bilmədilər. Bu səbəbdən də təhlükəsizlik xidmətinin əməkdaşları ucadan qadınları söyməyə, nalayiq ifadələr səsləndirməyə başladı. Özünü Flora kimi təqdim edən qadın isə gəncləri sakitləşdirməyə çalışaraq, "get başına dönüm, sənin kimilərin çoxunu şöbədən çıxartdırmışam” – cavabını verdi. Gecəni bu qadınlarla keçirmək, əylənmək istəyən şirkət işçiləri isə uzaqlaşıb ərazini tərk etdilər.
 
Bir qədər keçdikdən sonra Flora mənə yaxınlaşıb, "mənə 1 manatlıq "kartuşka” ala bilərsən?” sualını ünvanladı. Cavabımı gözləmədən "Bəs dostun nə oldu, gəlmir” – sualının ardından: "Mən keçirəm o tərəfə, dostun gələndə gəlin ora” – deyib, metronun əks çıxışını göstərdi. Digər qadın isə deyəsən yağlı müştəri tapmışdı – o, iki gənclə birgə getdi.
 
Beləcə, paytaxtın Səməd Vurğun bağının, ətrafdakı küçələrinin arzuolunmaz sakinləri, gecələr avtobus dayanacaqlarında, keçidlərdə avtobus gözləyən küçə qadınları ilə söhbətlərimizi, onlarla bağlı müşahidələrimizi yekunlaşdırıb, geri qayıdırıq. Onlar isə səhərə qədər "iş başında”dırlar".




Şərhlər: 22
Baxılıb: 30288
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nemka Matata
bedbextler sadece yaziqlar olsun
8 avqust 2016 12:36
# 22
vipbetul
Allah qorusun,bu curlerede axil fikir versinki namuslu yolla pullarini qazansinlar insallah
12 mart 2015 02:16
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gulu-Qezi
AYDA DUNYANIN SONUDU
28 yanvar 2015 20:06
# 20
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
lili)
emmelli basli pozulublar
28 yanvar 2015 08:35
# 19
sona
Vallah yeri qazib girsinler icine. Tupurum belelerinjn sifetine. Buna yawamaq deyirler goresen? Bir qadin bu qeder alcalmagi nece ozume sigdirir?
28 yanvar 2015 01:23
# 18
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
KRALİCEM
Qorxunc mexluar
27 yanvar 2015 22:15
# 17
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
EsmaNur
bax buna dehwetizm deyirler
27 yanvar 2015 22:10
# 16
roksi1995
dehset hele axirincisi anasinin balasinin canina and icir
27 yanvar 2015 20:42
# 15
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Sevdalinka
ILAHI sen komey ol bize..Qizlar semed Vurgunda polis yiginagi var hamisi bu nalayiq qadin adina lekeleri girmemezlikden gelirler onlara bu iwde komekde edirler bu barede o qeder yazilar oxumuwamki dehwete gelire adam 57nin stansiyasida vapwe ALLAH belalarini verecek onlarinda onlari o yola cekeninde mene soz duwmez ne deyimki 28e gedende semed Vurgundan kecmeye qorxuram emelli bawli insanlarin gozu donub namus qeyretin ne oldugunu unudurlar axireti duwunmurler... ALLAH qeyretli ogul qizlarimizi esgiy etmesin etrafimizdan saylari coxaldiqca coxalsin milletde baxib ibret alsin hami dogru yolu tapsin isteyirem
27 yanvar 2015 19:52
# 14
Сладкий Ангел
dv nc olunde niye yasayirsizzzzzzzz 18
27 yanvar 2015 19:28
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
Melissa
Azerbaycan dagilir
27 yanvar 2015 18:55
# 12
aziz a
Allah sizi qirsin gorum hw
27 yanvar 2015 18:06
# 11
Qelbim doludu !!!!
aynur2002
Ay da bu nedi
27 yanvar 2015 17:25
# 10
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Qlamurr
Düzü oxuyanda bu qadınların yerinə utandım,bir qadın özünü necə bu qədər alçalda bilər,belələrinə qadın demək olmaz,sadəcə qadınlıq adına ləkə gətirirlər.....O biri dünyada halları necə olcaq....cəhənnəm odunda yanacaqlar...abırsızlar..
27 yanvar 2015 17:24
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
Allah belalarini versin
27 yanvar 2015 16:54
# 8
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
FISTIK
ay ele bir sozde tapa bilmiremki deyem ureyim soysun allah belasin versin ele qadinlarin oduyarame hamsin.
27 yanvar 2015 16:41
# 7
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Luna-90
Neftciler metrosuda .iyrencler
27 yanvar 2015 16:38
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
guler19
Terbiyesizler İnşALLAH ALLAH gunahlarinizi cehenneme saxlamaz ele bu dunyadada verer
27 yanvar 2015 16:28
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
isveç.de
Belə səviyyəsizlərdilərdə gənc ailələri dağıdılar. Allah sizlərə lənət eləsin. Ölub yerədə girmilərdə.
27 yanvar 2015 16:09
# 4
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
BARBI
Of biabrciliqlar qadinlar ozlerini ne veziyyete salirlar
27 yanvar 2015 16:00
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fiorella
Neter heyatindan bezen adamlar vare 20man bedenin satir,bunlar nece iyrenmir ozlerinden.oxuyanda bele adam ozun pis hiss edir
27 yanvar 2015 15:59
# 2
Ayselina
Vay vay dehset..nece iyrenc seytan xisletli varliqdir bunlar..axi siz ne cavab vereceksiz o biri dunyada..Allah sizi islah etsin..xebere gore tesekkur.
27 yanvar 2015 15:58
# 1
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz