Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
'Laçın' klinikası Azərbaycan kişilərini necə bədbəxt edir?
'Laçın' klinikası Azərbaycan kişilərini necə bədbəxt edir?
Göndərən: NoName
Şərhlər: 28
Baxılıb: 3688
Səs ver:
Son vaxtlar ölkəmizdə klinikaların sayı durmadan artır. Bu klinikalar arasında mətbuatda ən çox tənqid olunanı "Laçın" klinikasıdır. Belə ki, dövrü mətbuatda bu klinikanın vətəndaşları aldatmasıyla bağlı bir çox yazıya rast gəlinir.

Qadinlar.Biz xəbər verir ki, virtualaz.org saytı bir müddət öncə adıçəkilən klinika ilə bağlı araşdırma aparıb, onların nöqsanlarını üzə çıxarsa da, hələ də klinikada özbaşınalıq davam edir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq həmin yazını təqdim edirik:

"Sonsuzlara laçın kimi uşaq verən "Laçın””...

"...Biz bu uşağı "Laçın” klinikasının zəhməti hesabına əldə etdik. Sağ olsun "Laçın” klinikasının həkimlərini...”

Əksər telefiziya verilişlərinə, maraqlıdır ki, özü də şou proqramlarına sponsorluq edən "Laçın” klinikasının reklam roliklərində qucağında körpə olan qadınları tez-tez görmək olar. Onlar uşağın dünyaya gəlməsində "Laçın” klinikasının böyük zəhmət çəkdiyini söyləyirlər.

"...7 ildir ki, ailə qurmuşam, övladım olmurdu. Televiziyada verilişə baxdıqdan sonra Bakıya gəlməyi qərara aldım. Burada 10 günlük müalicə kursu keçdikdən 2 ay sonra hamilə olduğumu biləndə çox sevindim...”

Bu reklamdan belə bəlli olur ki, "Laçın” klinikası möcüzələrə qadirdir. Hərçənd ki, "Laçın”da bu möcüzələri yaradan həkim-mütəxəssis öz ölkəsində burun-boğaz-qulaq xəstəliklərinin müalicəsi ilə məşğul olub. Bu barədə bir qədər sonra...

Hələlik isə oxucularımızı "Laçın” klinikasına xəstə kimi etdiyimiz müraciətin nəticələri və ondan alınan təəssüratlarla tanış edək.

Əməkdaşlarımızdan biri klinikada sonsuz adı ilə ginekoloji müayinədən keçib. Digər əməkdaşımızın isə həyat yoldaşına aspermiya diaqnozu qoyulub. Həkim-mütəxəssislər bilirlər ki, aspermiya diaqnozu qoyulan kişilərdə uşağın olması əsla mümkün deyil.

"Laçın” klinikasının qeydiyyat otağından bizi İrandan gələn doktor Behnam Kazıminin köməkçilərinin yanına göndərirlər. Şikayətimiz dinləniləndən sonra bu sətirlərin müəllifini ginekoloqun müayinəsinə göndərirlər. Ginekoloq isə şikayətimizi dinləyəndən sonra ultrasəs müayinəsini, qanın analizlərini, o cümlədən estradiol, testesteron, prolaktin, FSN, Ln və daha bir sürü analizlərin verilməsini məsləhət görür. Üstəlik klinikada olan aparatların möcüzələr yaratdığını, sonsuzlara övlad bəxş edildiyini uzun-uzun anladır.

Bəlli olur ki, həkimin təyin etdiyi analizlərə nə az, nə çox - 150 manata yaxın pul tələb olunur.

Möcüzələr yaradan aparatlar haqqında məlumat öyrənmək istəyirik. Müayinəyə gələn qadınların əksəriyyəti müalicənin aparatlarla təyin edildiyini bildirir. Amma nə həkimdən, nə də bu aparatdan istifadə edən qadınlardan avadanlıqların nəyi müalicə etdiyinə dair dolğun məlumat əldə edə bilmirik.

Qəribədir ki, hər kəsin "aparat” dediyi avadanlıq haqqında telefonda da əlavə məlumat verilmir. Yəni özün istifadə etməyənəcən "aparat” deyilən möcüzənin nəyə yaradığından xəbərsiz olursan.

Keçək həyat yoldaşı "xəstə” olan digər əməkdaşımızın aldığı cavaba. Həkim qadını kişinin hərtərəfli müayinəsindən sonra ata olmaq şansının olmasına inandırır: "Bizim klinikaya gələrək təkrar müayinələrdən keçsin. Ola bilər ki, zəifliyi yaradan səbəbləri aydınlaşdırandan sonra müalicənin köməyi olsun. Tam sonsuz kişilərin müalicəsi də bəzən effekt verir”.

Təkrar müayinələr demişkən, bu müayinələr 200-250 manata başa gəlir. Əgər müalicə kursuna başlanılsa, bunun üçün dərmanların qiyməti də daxil olmaqla 200-500 manat verilməlidir. "Tutsa qatıq, tutmasa ayran” prinsipi ilə müalicədən sonra ailənin pulu ilə birgə ümidi də məhv olur...

Nəzərə çatdıraq ki, sonsuzluğun yeganə əlacı kimi reklam edilən "Laçın” klinikasında hələlik süni mayalanma həyata keçirilmir. Lakin sonsuzluğun müalicəsi üçün müraciət edənlərə yaxın günlərdə klinikada süni mayalanmanın da aparılacağı bildirilməklə gözləməyi tövsiyə edirlər.

Qeyd edək ki, reklamlardan tanıdığımız doktor Behnam Kazımi daha çox övlad sahibi olmaq istəyən kişiləri müalicə edir. Amma Kazımi öz ölkəsində - İranda burun-boğaz həkimi kimi tanınır. Əməkdaşımız Təbrizdəki "Behrud” klinikasında olarkən həkimlər ona doktor Kazıminin burun-boğaz üzrə mütəxəssis olduğunu deyiblər.

Yəni Azərbaycan yeganə ölkədir ki, burada burun-boğaz xəstəliklərini ginekoloq, ginekoloji xəstəlikləri stamotoloq, diş ağrısını qastroloq, böyrəkləri travmatoloq müayinə-müalicə edir. Başqa sözlə, sükansız maşının sərnişinləriyik...

Apardığımız araşdırmalar zamanı isə aydın oldu ki, İranlı Kazemi orta təhsilli tibb işçisidir. Bu barədə azxeber.com-un redaksiyasına Təbrizdən olan mənbəmiz məlumat verib.Mənbənin sözlərinə görə, həkim Kazemi haqqında Təbrizdə fikir birmənalı deyil. Ona sonsuzluqla bağlı müraciət edən xəstələrin çoxunda müalicədən sonra başqa xəstəliklərin meydana gəlməsi ilə bağlı çoxlu şikayətlər ortaya çıxıb. Təbrizdəki mənbə, təkcə Behnam Kazeminin deyil çoxlu sayda qeyri-peşəkar həkimlərin Azərbaycana aparıldığını və onların vasitəsi ilə insanların aldadıldığını qeyd edib. Məsələ ilə bağlı Laçın klinikası ilə əlaqə saxladıq. Klinika səslənən iddiaları qeyri-adi formada yalanlayıb. Belə ki, "Laçın” tibb mərkəzinin rəsmisi Behnam Kazemi adında İranda iki həkimin olduğunu və bu iddianın ad bənzərliyinə görə ortaya çıxdığını deyib: "İranda iki Behnam Kazemi adlı şəxs var. Görünür, səslənən iddialar bizim klinikada çalışan həkim Kazemi haqqında deyil, digər həkim Kazemi haqqındadır. Çox qəribədir ki, onların ikisi də elə zahiri görünüşcə də bir-birilərinə çox bənzəyirlər”. Səslənən iddiaların "Laçın” tibb mərkəzində olan Behnam Kazemi haqqında olduğunu təsdiqləyib. Məsələylə bağlı araşdırmalarımız davam edəcək. 


Şərhlər: 28
Baxılıb: 3688
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah bele hekimlerden qorusun,ne bilim irandan gelib hardan gelib deye onlarin yanina gedenler bilsinlerki bizim oz hekimlerimiz daha savadlidilar hemde avropada tehsil alirlar
10 mart 2015 20:16
# 28
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ŞehZam
Nədənsə heeeç təəcüblənmədim :-D
30 yanvar 2015 15:07
# 27
dilefruz
ilk once xeberi paylasana tezsekkur edirem.Allah hec kimi hekim eline salmasin.Bizim milletin Iran hekimlerine axismaginimen hec anlamiram.Texminen 10 il bundan qabaq menim emimin medesinde agrilar olur hekim hekim gezir here oz aglina,oz savadina uygun mualiceler yazir.Emin gunu gunden pislesir,ariqliyir,mualiceninde hec bir faydasi olmurdu.Sant Peterburqda yasayan emim xeste olan emimi yanina cagirirki gel burda hekime dus gorek nedi derdin.ordaki hekimler baxir reseplere deyirki senin usagin var emimde deyirki heee 3 usagim var.Deyirlerki sene yazilam bu mualiceler sonsuzluga qarsidi senin medene hec bir aidiyati yoxdu.Tesevvur edin 3 il yalnis mualice gedib.Ehhh ne bilim allah bizi savadsiz hekimlerden qorusun.Men basa duse bilmirem sonsuz insani hec faizi olmuyani nece ata eliye bilerler
26 yanvar 2015 11:10
# 26
Sevgi insani yasadan en xosbext duygudur
efsane..
dehsetdi insanlar niye pul ucun bu cur iyrenc hereketler edirler bele ince hisler ile oynamaq serefsizlikdir camaat ovlad isteyi ile gedir bunlarsa neinki komek edir hetta derd uste derd verirler Allah hamini belelerinden firildaqcilardan uzaq elesin
26 yanvar 2015 07:28
# 25
Brilliantam
teecublenmedim.Azerbaycanda her sahede bele qan icenler var.Azerbaycan yarali esseyin yaylagidi.pulu olmuyan bura qacir.Bele "hekimler" ele Azerbaycanlilar da.Azerbaycanli hekim burda puldan otru xesteni lazim oldu olmadi emeliyyat edenden sonra,savadi catmasa bele sehv diaqnoz qoyub xesteni oldurenden sonra,firmalarla is birliyi edib,bezi menseyi,terkibi belli olmayan firma dermanlarini faiz qazansin deye xesteye resept yazandan sonra,bura pul yigmaga gelen iranli ya turk hekimlrine ne var?Bizimkilerin bize ureyi yanmadiqdan sonra xarici "hekimlere" ne var ki? tebii ki burda yazdiqlarim butun hekimlere aid deyil,ama coxusuna aiddir.

Yazdigimda sehf olub ,Bele hekimler ele Azerbaycanlilar da. yazmisam.Bele hekimler ele Azerbaycanlilarda var.yazmaliydim.
26 yanvar 2015 02:53
# 24
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Antikvar
Ay bu xeberi bolusenin Allah canini sag elesin vallah))Indi men pramoy bu siyasete girismeyim neyleyim?)Neter dovletdi bu insaanlarin qanini sovyrmaqdan el cekmeyen yuxardakilar caninida soymaqi ozlerine vezifemi bilirler borcmu bilirler nedi bilmirem.Ay insan adaamlari ne isteyirsiz milletinizden pul gozunuzu insanlarin umidini qiracaq qedermi kor edib?Hansi olkede bele qanunlar var?Harda bir serefsizlik mensuliyyetsizlik ve.s. isteyirsen var bu bizim dovletde.Basi basina buraxilib cevreddikilerde istediyi yerde klinika acir...Sonra yalandan basqa yerin adini vererek biz hekim getirmisik deye insanlarimiza umid verilir bir terefe..xestexanaya bir musteri gelir oranin isccileride ureklerinde(gelin gelin axmaqlar indi cibinizi yoxee qaninizida sovuracayiq sokeceyik sizi sonra basinizi aldadib yola salacayiq deyib iclerindee bir hahaha gulub rahatlasirlar)Olan kime olur?tebiki milletimize...Indi deyim gorun burun bogaz hekiminin ginekoluq vezifesinde ne olumu var?ay insafsizlar o pullara gore bu qederr insanlarin vebalini oz uzerinize goturursuz?O qazandiqlariniz o biri dunyada sizlerin destektiniz olmaz.Amma qanan kim pul insanllarin gozunu kor edir burda deyilir.
Bes bu hadiseler hec Iraanda ola biler ?Ordaa oldugum ucun deye bileremki yox o Iraninn qayda qanun var amma gel ki,bu Azerbaycanda o merifet helede tapilmadi.Bele hereket edeenllerin ele ceza tedbiq ederler ki,o birilerine ders olacaq.Bizde ise eksine ger seyi pulla sohbbeti baglayib yeniden is basina kekecekler.Bax bu klinikada isin icinden cixacaq bax bura yaziram.
Bir defe azerbaycanda balnissada oldum (olmaz olaydim)her addimda bu kassa o kassa hele kassa azliq edirmis kimi hekim yanindada bir kassa ozde bunun kassasi ya xallatin cibi olur yada qabagindaki kitabcalarin alt hissesi)Bax ondan sonra bir gulus bir guluski hekimin sifetinde ureyimde dedim gul gul senin yaniva ayaqq basan gulusden olsun.))O pulu mende gorsem ucaramda 50 manat bir resept yazib bir baxmaq bele sey olar ..Yeni bu bizik her televizorda dovletler ssinelerine vurub hele bununlada doymayib ele bil her sey eddibler (belke biraz yavaslayaq)deyen olkede neler bas verir neler...Yeni hacansa duzelerik?Gozleyekde yeqin bize gormek qismet olar hacansa)
26 yanvar 2015 00:45
# 23
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ismayilova ulker
Məlumatlandırdığınız üçün təşəkmür edirəm. Şübhələnmişdim bilirdimki burda nəsə əyrolik var.
25 yanvar 2015 23:28
# 22
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Luna-90
He bu hekimlerin hamsini allah oldursun bir p.... yaramirlar.hamsi ne qeder pulumuzu yeyibler her ay 1 resept 250.300 azn ortadada 1 sey yox.kul baslarina
25 yanvar 2015 22:21
# 21
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fiorella
Ozel klinikalar hamsi beledi soyilursan bacim hamileydi her yoxlamaya gedende analiz qarsg 100-150man cxrdi ustelikde adami aldadrlar bu lap beter olar ama bizde beledi ancag pulnan dansrlar ozde ele iyne derman yazrlar baha firma dermanlari camaat soyulur.iranlilarda veziyyeti gorur eledi ozunkiler aldadr oda ele ederde. Evvel yene baxrdilar sonradanki axn coxaldi uje ciddi yanasmrlar
25 yanvar 2015 21:51
# 20
ece uslu
ewitmiwdim bu klinikanin firildaqlari haqda
25 yanvar 2015 21:29
# 19
lili)
reklamlarida sunidi gor ne gundeyikki iranin lor hekimi bizi sonsuzluqla mualice edir
25 yanvar 2015 21:27
# 18
zayka15
Sükansiz masinin sürücüleriyik
25 yanvar 2015 21:24
# 17
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
xeyalperest
ne biley adamin bele seylerde basi qarisir gerey ozun goresen tewekkur
25 yanvar 2015 20:42
# 16
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
aziz a
Rekam varsa demeli o zibil seydi, bunu kimi.
25 yanvar 2015 20:21
# 15
Qelbim doludu !!!!
Nisa
bunu biz yox dosune doyen dovletimiz arasdirsin.gorsun bu millet ne gundedir.nifret edirem daha bele saxtakarliqlara.kasibin basin polisler tez alar gedib bele saxtakarliqlari arasdirmaz.
25 yanvar 2015 20:11
# 14
Fialka
Bu klinika adı cəkilən həkimin reklamaların görmüşəm mən də deyirəm nə yaxşı ailələri sevindirib onları müalicə edirlər sən demə insanlardan təcrübə sicanı kimi istifadə edib pullarını alırlar belə adamların tək peşəsi deyil insanlıgıda saxtadı allah xəstələri belə canilərdən uzaq eləsin amin.
25 yanvar 2015 20:06
# 13
yusif♥esnad
He mende esitmisem bu kilinikanin camaati aldatdigini
25 yanvar 2015 19:21
# 12
Allahim gunahlarimizi bagisla

kohne nik gullu18♥♥♥♥
Gulu-Qezi
yaziq cammatimiz bilmir ne elesinki evlad sahibi olsunlar indimki hekimlerde vara yoxa baxmir bir dunya iyne derman yazir indi ay kasib canin cixsin al bogazindan kes eyib bawindan kes ama al,,,ne deyim ey nifret edirem bele insanlara oz qazanclari ucun kasib ehalinin cibini soyurlar,,,elesi var gedib borc goturur banka girir mualice eletdirir
25 yanvar 2015 19:16
# 11
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
isveç.de
Əvvala çox güldüm122122 Sonradaki gör biz nə gündəyik iranan burun boğaz həkimi Azərbaycana gəlib sonsuzluq mualiceəsi adı altında milyonlar qazanır. Offf
25 yanvar 2015 19:10
# 10
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Ayselina
Arasdirib bize teqdim etdiyinize gore cox sagolun..
25 yanvar 2015 19:07
# 9
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Tomris Müslümova
nc nc aman allah camaatin pulunu nece yeyiller ee
25 yanvar 2015 19:07
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayan97
Aa bunu terifleyirdiler ne oldu
25 yanvar 2015 19:04
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
canr
Camaatin olan qalan umidlerinide onlar mehv edir
25 yanvar 2015 19:01
# 6
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
BARBI
Bu klinikalar hamisi firildaqdir hec inanmiram bele klinikalara
25 yanvar 2015 19:00
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Laçın klinokası haqqında bilmirəm.ama iranlı həkimlərə inanmıram.Bir dəfə ...............klinikasına getmişdik qızımı aparmışdıq,plastik əməliyyat üçün.İranlı həkim bizə dediki indi elətdirsəz əməliyyat 1000 man. Soraya qalsa 1300.Gördükki nəsə bu pultələsi eləyir.vazkeçdik.həm də fikirləşdik ki bu əməliyyatı elədi pulu alıb çıxdı getdi.bəs sonra.sonra da bu burda olmalıdıki devamlı kontrol etsin.ama bu pulu alıb aradan çıxacaq.
25 yanvar 2015 18:58
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Сладкий Ангел
bu klinikni bilirem twk
25 yanvar 2015 18:50
# 3
.Bir gülüşüm var Sizlərə ömür...
Qlamurr
Bu klinikanın reklamı çox gedir,ancaq belə faktların olduğunu bilmirdim,bizim qohumlardan da bu klinikaya gedən var,hələ nəticəsi yoxdu.....tşk...
25 yanvar 2015 18:43
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
hec esitmemisdim niye bele edirler goren
25 yanvar 2015 18:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz