Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2014 cü ilin ən yadda qalan hadisələri
2014 cü ilin ən yadda qalan hadisələri
Göndərən: guler19
Şərhlər: 15
Baxılıb: 829
Səs ver:

İntihar körpüsü (5 yanvar 2014 … )

İnsanların «Koroğlu» metrostansiyası yaxınlığındakı asma körpüyə çıxaraq intihara cəhd etməsi adət halını alıb.İl ərzində 7 dəfə bənzər fakt qeyd alınıb.
Onlardan ilk olaraq 20 yaşlı gənc,yanvarın 5-də körpüdən tullanaraq faciəvi şəkildə intihar etmişdi. 27 yaşlı Rəfael Hümbətov xalası qızı ilə nişanlı idi. Əsəb xəstəliyindən əziyyət çəkən gənc bir müddət əvvəl də özünü öldürməyə cəhd göstəribmiş. Hadisə vaxtı xilasedicilər brezent açsa da, R.Hümbətovu xilas etmək mümkün olmamışdı.
Digər 6 nəfər isə xilas edilib. Körpüyə çıxanlar əsasən maddi durumlarının pis olmasından, kimlərəsə borclu olmalarından şikayət edirlər. İntihara səbəb kimi də bunları göstərirlər.
              
Məmur oğlunun adam öldürməsi (15mart 2014)
Bu ilin mart ayında Suraxanı rayonu ərazisində, Zığ şosesində sürətlə hərəkət edən "Mercedes Gelandewagen G55 AMG” markalı avtomobil eyni istiqamətdə (aeroport istiqamətində) hərəkət edən "VAZ-2106” avtomobilini darmadağın edərək aşıb.
"Jiquli”nin sərnişinlərindən ikisi — Azərbaycanın görkəmli tarzəni, xalq artisti Ağasəlim Abdullayevin 4 yaşlı nəvəsi və həyat yoldaşı həlak olub.
Daha üç nəfər, o cümlədən xalq artistinin özü isə ağır yaralanıb.
Bir ailənin iki üzvünün öldürən, üç üzvünü ağır yaralayan "Gelandewagen”in sürücüsü isə Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid Mədətovdur.
Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla, 12 il müddətinə azadlıqdan məhrum edilib.

JURNALİSTİN DÖYÜLMƏSİ (25 aprel 2014)
Tanınmış jurnalist Fərahim İlqaroğlu aprelin 25-də gözlənilməz hücuma məruz qalmışdı.
Hadisəni törədən Siyəzən rayon sakini, Feyruz Termişi metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Termişi Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilirək həbs olunmuşdu.
O, aldığı sifariş əsasında jurnalisti döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F. İlqaroğlunu nəyə görə döyüb. İddialara görə, jutnalisti döymək üçün sifarişi Tural Bayramov adlı şəxs verib.

O, K-1 döyüş növü üzrə idmançıdır. Ancaq o hələdə saxlanılmayıb.

Ard-arda şəhid olan əsgərlərimiz (1 avqust 2014…)
iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttində, silahlı insident nəticəsində Azərbaycan ordusunun əsgərləri həlak olub.Davamlı olaraq bir neçə gün davam edən döyüşlərdə 14 Azərbaycan əsgəri şəhid olub və çoxsaylı mülkü şəxslər zərər çəkmişdi. Düşmənin həmləsini dəf edərkən şəhid olan əsgərlərimiz:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Erməni helikopterini vuran hərbiçimiz (12 Noyabr 2014)
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus «Mİ-24″ tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Erməni helikiopterini vuran müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri İlkin Muradov ilin adamı siyahısına adını qızıl hərflərlə yazıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs olunması (5 Dekabr )
Dekabrın 5-də Səbail Rayon Məhkəməsi "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsinə qərar verib.
Təqdimat Tural Mustafayev adlı şəxsin intihara cəhdi ilə bağlı başlanmış cinayət işi əsasında verilib. Təqdimata baxılması üçün Xədicə İsmayıl Səbail Rayon Məhkəməsinə aparılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçən prosesdə jurnalist barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Xədicə İsmayıl Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə təqsirli bilinir.
Tural Mustafayev özü isə Meydan.TV-yə bildirib ki, istintaqa ifadəsi barədə danışa bilməz: "Mən istintaq sirrinin yayılmaması ilə bağlı intizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəyəm”
«Qarabağ» — «İnter» matçında haqsızlıq (11 dekabr 2014)

Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirildi.
Turnirdə yeganə təmsilçimiz «Qarabağ» da meydana çıxıb. Ağdam klubu doğma meydanda İtaliyanın «İnter» klubu ilə qarşılaşıb. «İnter» qrup lideri kimi «pley-off»a vəsiqəni təmin etsə də, «Qarabağ» üçün bu qarşılaşma həlledici idi. Lakin qarşılaşmanın 90+4 dəqiqəsində «Qarabağ»ın futbolçusu Riçard Almeydanın qolunu hakim haqsız olaraq qeydə almayıb. Bu nəticə ilə «Qarabağ» avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.
Xatırladaq ki, İtaliyada keçirilən ilk oyundan «Qarabağ» «İnter»ə 0:2 hesabı ilə məğlub olmuşdu.

Ana ölümləri (2014)
Bu il medianın gündəmindən düşməyən daha bir mövzu isə ana ölümləri oldu.Bu il baş vermiş 24 ana ölümü faktının 23-ü araşdılırıb. «Ümumilkdə, doğuş zamanı baş verən ana ölümləri ilə bağlı 10 həkim işdən kənarlaşdırılb, 77 tibb işçisinə müxətlif inzibati cəzalar verilib».

"Ana ölümləri kifayət qədər çox oldu. Bunun səbəbləri müxtəlifdir”.

Rəsmi şəkildə Azərbaycanda son illər ana və uşaq ölümlərinin azaldığı bildirilsə də, 2012 və 2013-cü illərin müqayisəsi vəziyyətin tam əksinə olduğunu göstərir

Sürücülərin qorxulu röyası YOL QƏZALARI (2014)
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin mətbuata verdiyi açıqlamada , cari ilin 11 ayında respublika ərazisində 2429 yol qəzası baş verib. Nəticədə 1023 nəfər ölüb, 2452 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 217, ölüm sayı 38, yaralı sayı isə 309 fakt azalıb. Hesabat dövründə sərxoş sürücülər tərəfindən 53 yol qəzası qeydə alınıb. Nəticədə 28 nəfər ölüb, 60 nəfər yaralanıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərxoş sürücülər tərəfindən törədilən hadisələrin sayı 20, ölüm sayı 1, yaralı sayı isə 28 fakt azalıb.
Bu il piyadaların vurulması ilə nəticələnən 917 yol qəzası baş verib. Nəticədə 344 nəfər ölüb, 644 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı 93, ölüm sayı 20, yaralı sayı isə 84 fakt azalıb. Cari ilin ilk 11 ayında surət həddini aşma səbəbindən 690 yol qəzası qeydə alınıb. Nəticədə 349 nəfər ölüb, 566 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə surət həddinin aşınması səbəbindən törədilən hadisələrin sayı 77, ölüm sayı 31, yaralı sayı isə 93 fakt azalıb. Baş verən qəzaların 516-sı sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilib. Nəticədə 219 nəfər ölüb, 586 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən qəza hadisələrin sayı 137, ölüm sayı 33, yaralı sayı isə 145 fakt azalıb.
Ötmə və qarşılıqlı hərəkət zolağına çıxma səbəbindən 11 ayda 792 yol qəzası baş verib. Nəticədə 308 nəfər ölüb, 947 nəfər isə yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qarşılıqlı hərəkət zolağına çıxma səbəbindən törədilən hadisələrin sayı 34, ölüm sayı 48, yaralı sayı isə 98 fakt azalıb.
Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 16 yaşına çatmış 83 uşaq ölüb, 222 -i isə yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 yaşına çatmış uşaqların yol qəzaların ölüm sayı 6 fakt artıb, yaralı sayı isə 36 fakt azalıb.


Şərhlər: 15
Baxılıb: 829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
sehid cox verdik bu il
12 mart 2015 15:54
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Ana olumlerin icinde menim sinif yoldasimda olub, Allah rehmet elesin
20 yanvar 2015 17:34
# 14
Mrs.Pianist
Menim en cox yadimda qalan "VUR KOMANDIR,VUR" oldu 09
20 yanvar 2015 15:55
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
ece uslu
ana olumleri bu il daha cox oldu
20 yanvar 2015 00:33
# 12
Сладкий Ангел
ama en cox ana olumleri bas verdi Allax rehmet elesin
19 yanvar 2015 19:21
# 11
.Bir gülüşüm var Sizlərə ömür...
efsane..
Allah olenlere rehmet etsin insAllah olumlerimiz deyilde ugurlarimiz artar
19 yanvar 2015 17:41
# 10
gulunnn
Allah 2015ci ilde bele hdiselerle bizleri uzlewdirmesin amin inwallah
19 yanvar 2015 17:03
# 9
guler19
Rehmete geden esgerlerimize ALLAH rehmet etsin İnsALLAH 2015 xoş hadiselerle ugurlu
qelebelerimizle agrisiz acisiz gunlerle yaddaşımızda qalar amin
19 yanvar 2015 16:05
# 8
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Gulu-Qezi
Allah uzaq lesin
19 yanvar 2015 15:58
# 7
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
FISTIK
he cox dehsetli idi orda sef etmiremse 15 mart huseyin deryada qezaya dusduyu gundu allah dunyasin deysenlere rehmet qalanlara saglam can versin.
19 yanvar 2015 15:33
# 6
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
roksi1995
olenlere rehmet qalanlara can sagligi
19 yanvar 2015 14:55
# 5
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
BARBI
Allah butun olenlere rehmet elesin bir daha bele pis hadiseler yasanmasin
19 yanvar 2015 13:45
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
Ard-arda şəhid olan əsgərlərimiz
Allah rehmet elesin
19 yanvar 2015 13:37
# 3
Fialka
Ötən il çox ölüm hadisəsi oldu allah hər birinə rəhmət eləsin,inşallah bu il negativ hallar yaşanmaz amin.
19 yanvar 2015 12:46
# 2
sona
İnwallah 2015-de bu qezalarin bu cinayetlerin bu ölümlerin intaharlarin artiq sonu olar.
19 yanvar 2015 12:43
# 1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz