Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda nə qədər məktəbli qız abort etdirib? - ARAŞDIRMA
Azərbaycanda nə qədər məktəbli qız abort etdirib? - ARAŞDIRMA
Göndərən: Miss_Oxatan
Şərhlər: 30
Baxılıb: 6371
Səs ver:
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu yeni rəqəmlər açıqlayıb.
İnstitutun elmi katibi Leyla Məmmədova bildirib ki, 20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır. 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069  nəfərdir.
Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar - 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü  doğuş 0.4 faiz nəticəsində baş verir.
Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub.
Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.
 
"Bu, elə böyük rəqəm deyil, amma...”
 
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova  deyir ki, 135 rəqəmi yalnız rəsmən qeydə alınmış abortları göstərir: "Elə UNİCEF-in hesabatında Azərbaycanda 5 min erkən nikah faktının qeydə alındığı bildirilib. Erkən nikahlardakı abort ayrıca araşdırmaya ehtiyac olan məsələdir.
İkincisi, zorlanmadan sonra aborta müraciət edənlər olur. Üçüncü kateqoriya seks xidməti göstərən gənc xanımlardır ki, onların da aborta müraciət etməsi barədə kifayət qədər fakt var. Hesab edirəm ki, erkən seksual münasibətlərdən yaranan abortlar bu siyahıda üstünlük təşkil edir. 135 nəfər isə elə böyük rəqəm deyil, amma bunun hansı hədəf qruplarından olması araşdırılmalıdır.
 
"Polisə məlumat verilir”
 
7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova deyir ki, onlara müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar nadir hallarda olur, bu isə qadının orqanizmi ilə bağlı məsələdir. Yəni bu məsələdə qeyri-adilik axtarmaq lazım deyil: "Ola bilər, səhhətində hansısa problemi var, buna görə abort məcburiyyəti yaranır. Ekstrogenetal xəstəlik, sosial problemlər üzündən də belə abort etdirənlər az deyil. Nikah yaşına çatmayanlar arasında hamiləlik təsadüfi hadisə sayılmamalıdır. Elə olur ki, toy edirlər, amma gənclərin yaşı qanunvericiliyə uyğun olduqdan sonra münasibət rəsmiləşdirilir”.
Südabə İsmayılova belə olanda azyaşlı qadınların hamilə qalmasını və ya abort etdirməsini normal hesab edir: "Azyaşlıların abortu məsələsində vətəndaş nikahında olanları da nəzərə almaq lazımdır”.
Baş həkim bu məsələdə psixoloji məqamları da nəzərə almağı vacib sayır: "Yəni bu qadınların yaşının az olması o demək deyil ki, onlar hamısı təsadüfi cinsi əlaqədən hamilə qalıblar. Məsələn, azyaşlı ana olmağa hazırlaşanları çox vaxt anası, qaynanası, qohumu gətirir. Çünki onların icazəsi lazımdı. Bu çox ciddi məsələdir, sonrakı məsuliyyət var.
Azyaşlı pasentlər haqqında isə polis orqanlarına müraciət edilir, sonrakı mərhələ ilə məsləhətxananın hüquqşünası məşğul olur”.
 
Cinayət var, cəza yoxdur
 
5 saylı hüquq məsləhətxanasının hüquqşünası Səfa Məmmədova deyir ki, istər ailə qurmuş olsun, istərsə də təsadüfi cinsi əlaqə, fərqi yoxdur, hər bir halda yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyəti daşıyır: "Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Son vaxtlar belə hadisələrin çoxalması səbəbindən həmin maddənin birinci və ikinci bəndinə dəyişiklik edilməsi, cəzanın sərtləşdirilməsi nəzərdə tutulur.  Hüquqşünas deyir ki, dəyişikliyə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, yaxud zor tətbiq etmə hədəsi ilə, eləcə də zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Şərhlər: 30
Baxılıb: 6371
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Allah uzaq eləsin.
20 dekabr 2015 07:13
# 30
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
wenikmurik
Off axi nece qiyirlar off burda ovlad isteyen varken her yuxumda olmayan ovladimi gorurem olmayan Allahim sen komey ol sebr ver olmayanlara mene sen insaf ver ovladini dograyana..olderen diri diri
9 iyun 2015 23:09
# 29
Bugunume wukr!
vipbetul
Allah uzaq elesin dehsetdi
12 mart 2015 03:12
# 28
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Brilliantam
Allah uzaq elesin,dehsetdi.
27 yanvar 2015 02:22
# 27
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
lili)
Allah uzaq elesin bu yasda dehsete geldim vallah
19 yanvar 2015 08:25
# 26
ŞehZam
Başı batsın ağılsız qızın! Heç bir anaya bedasıl övlad arzulamıram, hər bir ana min bir arzu-diləklə dünyaya övlad gətirir, başını yerə əyib üzünü qara etsin deyə yox.. Allah uzaq eləsin

Başı batsın ağılsız qızın! Heç bir anaya bedasıl övlad arzulamıram, hər bir ana min bir arzu-diləklə dünyaya övlad gətirir, başını yerə əyib üzünü qara etsin deyə yox.. Allah uzaq eləsin
19 yanvar 2015 03:27
# 25
Luna-90
Mende 17yasda abort olmusam uzaq olsun dogus ondan asandi.ancaq men resmi evli idim .
19 yanvar 2015 02:45
# 24
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
FISTIK
bayax oxudum xeberi sokdan serhde yaza bilmedim dehset soz tapa bilmiremde
18 yanvar 2015 23:58
# 23
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
KRALİCEM
Allah hexbir anaya gosdermesin qizuznin hele heyatini
18 yanvar 2015 22:03
# 22
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
ece uslu
allah uzaq eləsin dəhşətdi 13-14 yaşhara abort hara?
18 yanvar 2015 20:35
# 21
tatyana
Allah qorusun qizlari seytan emelinden,tez yoldan cixmasinlar
18 yanvar 2015 20:11
# 20
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
aynur2002
Bu emel gunahdir axi.Allah hansi nemeti veribse ona baxmaq lazimdir.Ama dunyaya getirib zibil qutusuna atmaqdansa abort etdirmek daha yaxsidi.
18 yanvar 2015 19:52
# 19
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Chalikushu
indiki usaqlar tamam basqadir
18 yanvar 2015 19:13
# 18
men ne vaxt boyudum ki qelbler qirdim(
ayan97
Kotuui adam hec oz usagina qiyar men aborta no 14,15 yas tuuh hele usagsaneee
18 yanvar 2015 19:00
# 17
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
liza
ALLAH axil fikir versin bele qeleti eliyirsiz bari gozdeyinde gunahsiz usaqlarin canna niye qest edirsiz
18 yanvar 2015 18:35
# 16
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
Сладкий Ангел
dehsetdireee ayyallax bu sekli gorende birteher oldum bu yawdaki qizlar oxumagdan gor neyniyiller 24
18 yanvar 2015 18:26
# 15
.Bir gülüşüm var Sizlərə ömür...
Turkan Abbasova
Allah gorsetmesin

Allah gorsetmesin
18 yanvar 2015 17:40
# 14
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Tomris Müslümova
bu ne yaa ne mektebli qiz??
18 yanvar 2015 17:38
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Wappuw
Allah uzaq elesinn
18 yanvar 2015 17:36
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
adsiz-a
ay amaannn Allah qorusun
18 yanvar 2015 17:00
# 11
Gulu-Qezi
ALLAH ozu saxlasin dehwetdi
18 yanvar 2015 16:10
# 10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
isveç.de
Allah uzağ eləsin.
18 yanvar 2015 15:28
# 9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
canr
15-16 yas qanin qayniyan vaxtidir.Usaqlarin en pis dovrudur
18 yanvar 2015 15:25
# 8
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
rəmsə
Allahım özün qızlarımızı qoru və ağıl ver...
18 yanvar 2015 15:07
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
allah uzaq elesin qorxsuram indiki dovrde qiz usagi boyutmek cetindi
18 yanvar 2015 14:59
# 6
lelos
Allah qorusun qizlarimizi
18 yanvar 2015 14:21
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Qlamurr
Başlığı oxuyanda dəhşətə gəldim,məktəbli qızların işi dərs oxumaq,ali təhsil almaq haqda düşünməkdi,yoxsa belə gic-gic işlərlə məşğul olmaq deyil.....Yenədə iş valideyinlərin üstünə düşür,uşaqlarını heç nəzarətsiz buraxmasınlar....yoxsa belə getsə sayı getdikcə artacaq......Allah qorusun....
18 yanvar 2015 14:21
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aziz a
Allah qorusun, eger qizin hec bir gunahi olmadan bu hadise onun basina gelirse, bu bir yana, yox eger bilerekden bu isi gorub sonra caresiz duruma dusurse, men ona ne deyim bes?????Allahim yaxinlarimizi, ezizlerimizi bele oslerden qoru
18 yanvar 2015 14:17
# 3
Qelbim doludu !!!!
BARBI
Allah sen qoru bizim qizlarimizi bele sehvlerden
18 yanvar 2015 14:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Başılıgı və şəkili görüb dəhşətə gəlir insanshok 15-16yaşlı uşaqların məktəbdə dərs oxuyan vaxtlarıdı ancaq gör hansı işlər görürlər burda valideynlərdə günahkardı erkən yaşda ərə verirlər sonra da əziyyətin çəkirlər dəhşətizmdi nə deyəsən get gedə çirkinləşir insanlar...
18 yanvar 2015 13:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz