Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda kimlərə evlənmək qadağandır? - SİYAHI hazırlanır
Azərbaycanda kimlərə evlənmək qadağandır? - SİYAHI hazırlanır
Göndərən: Gulu-Qezi
Şərhlər: 17
Baxılıb: 1096
Səs ver:
2014-cü ilin oktyabrında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi.
 
Həmin qanuna əsasən, Ailə Məcəlləsinin 13-cü maddəsi yeni varinatda verildi. Bu maddə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi haqqındadır. Əvvəlki variantda Ailə Məcəlləsinə əsasən nikaha daxil olan tərəflərin nikahdan öncə tibbi müyaniədən keçməsi öz əksini tapsa da bu, könüllü idi.  
 
Dövlət başçısı tərəfindən verilən fərman bu sahədə insanların qarşılaşdığı problemləri azalda biləcəkmi?  
 
Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komotəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova modern.az-a açıqlamasında bildirib ki, edilən dəyişiklik baş verən ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq:  
 
"Son zamanlar ailələrdə olan problemlər, xüsusilə boşanmaların səbəbləri araşdırılarkən müəyyən edildi ki, nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməsi olduqca vacibdir. Bu həm tərəflərin hüquqları, həmçinin ailədə dünyaya gələcək uşaqların sağlamlığı, ailənin bütövlüyünü qorunması baxımından vacibdir.  
 
Statistika göstərir ki, boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli xəstəliklərin aşkarlanması, eyni zamanda qüsurlu körpələrin doğulması ilə bağlıdır.  
 
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2007-ci ildən bu məsələ ilə bağlı öz təkliflərini Milli Məclisə təqdim etmişdi. Nəhayət ki, 2014-cü ildə Ailə Məcəlləsinin 13-cü maddəsinə bu dəyişikliklər edildi”.  
 
Komitə rəsmisi bildirib ki, baş verən dəyişliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələrilə bərabər, tibbi müayinədən keçdiyini təstiq edən arayışı da təqdim etməlidir:  
 
"Həmin arayışda şəxslərin tibbi müayinədən keçdiyi təstiq olunmalı, lazımi tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır.   Lakin nəticə barədə digər tərəfin məlumatlandırılması könüllüdür. Bildiyiniz kimi insanın sağlamlıq durumu barədə informasiyalar fərdidir, konfidensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər şəxsin bu məsələni bilməsi könüllü formada həyata keçirilir.
 
Edilən dəyişiklikdən sonra nikaha daxil olmaq istəyən şəxslər konkret olaraq müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçməlidirlər:  
 
Hazırda həmin xəstəliklərin siyahısı təstiq edilməsə də, çox güman ki, AİDS, immun çatışmazlığı, narkomaniya, dəri-zöhrəvi xəstəliklərinin adı orada öz əksini tapacaq. Qanunverciliyə görə bir şəxsin digərini SPİD, yaxud dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və buna görə nikah etibarsız sayıla bilər”.   T.İbrahimova onu da qeyd edib ki, Prezidentin fərmanı ilə müvafiq qurumlara tapşırıq verilib:   "Səhiyyə Nazirliyində tibbi müayinədən keçmə qaydası və müayinə ediləsi xəstəliklərin siyahısı hazırlanır. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təsdiq ediləcək.
 
Son zamanlar gənclər arasında sorğular aparmışdıq. Nəticələr göstərirdi ki, gənclər də bunu arzulayırlar. Düşünürəm ki, nikaha daxil olmaq istəyən şəxs tibbi müayinədən keçdikdən sonra problemləri barədə məlumatlı olacaq, zamanında həyata keçirlən müalicələrdən sonra riskləri azaldacaq”.  
 
Bu sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara gəldikdə komitə rəsmisi qeyd etdi ki, həmin arayışı verən həkim birbaşa məsuliyyət daşıyacaq:  "Ona görə də nəticələri gözə alaraq bunu etməldir. Korrupsiya halları baş verəcəksə belə, o cinayət məsuliyyəti daşıyacaq. Bu cür risklər hər zaman ola bilər.   Nikaha daxil olmaq üçün müarciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş tutmayacaq”.


Şərhlər: 17
Baxılıb: 1096
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu yaxsi oldu.prosdaki nikah yasi catana qeder dini nikahda olagey gizlince cox olur evlendirilir qiz usaqlari
12 mart 2015 15:47
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qonaqa
Bu valideynlker dusunmurler ki balaca qiz neler ceker atam mene soz verib ki oxutduracaq eyuer ele sey olsa....... bu balaca qizlar babal deyil. indiden kimi ana olur 13 yasdan ana olurlar Bax bu ela oldu TESEKKURLERRRR
19 yanvar 2015 17:20
# 16
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ŞehZam
Bax bu əla oldu, millətə, vətənə xeyirli olsun))
19 yanvar 2015 03:28
# 15
ayan97
Insallah toy qabagi bizde kecerik
18 yanvar 2015 19:34
# 14
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Сладкий Ангел
raziyam hemde coooxxx
18 yanvar 2015 18:41
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
Wappuw
raziyam bu xeberle tsk
18 yanvar 2015 18:05
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
gunel123
twkler
18 yanvar 2015 15:51
# 11
emis
yaxsi olar mence
18 yanvar 2015 15:17
# 10
Omrumun Ureyi
Sitat: tatyana
coxdan verilmeli qerariydi hele gec qalib

duzdu.mende cox raziyam bu qerarla.inwallah mende toyumuzda hekimden kececem
18 yanvar 2015 15:16
# 9
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
roksi1995
men evlenende hetta deyirdiler axir qebul elediler bu qanunu
18 yanvar 2015 15:14
# 8
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Aysel Tatli
inanmiramki buna kimse emel etsin
18 yanvar 2015 15:10
# 7
tatyana
coxdan verilmeli qerariydi hele gec qalib
18 yanvar 2015 14:16
# 6
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
adsiz-a
maraqli xeberdi, amma xeberim variydi,yenede twk.
18 yanvar 2015 13:09
# 5
BARBI
Cox lazimli qanundu belelikle xesteliklerin qarsisi bir az da olsa alina biler
18 yanvar 2015 12:48
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Bu haqda məlumatım var,yaxşı qərardı,ən azından gənclər hansı problemlərinin olduğunu əvvəlcədən biləcəklər,qismən də olsa xəstəliklərin qarşısı alınacaq.....
18 yanvar 2015 12:37
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bu haqda məlumatım var idi,belə bir dəyişikliyin edilməsi ailədə sonradan yaranan problemlərində qarşısını almış olur.
18 yanvar 2015 12:32
# 2
talis balasi
Super qanundu ,cob beyendim bunu nece qizlarimiz bele seylerden otru bedbaxd olur insallah bundan sonra olmaz
18 yanvar 2015 12:29
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz