Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Qayınanam QİÇS olduğumu biləndə…”
“Qayınanam QİÇS olduğumu biləndə…”
Göndərən: NoName
Şərhlər: 33
Baxılıb: 7557
Səs ver:
Dəhşətli virusa yoluxmuş Samir: "Qərara aldım ki, mütləq nişanlıma deməliyəm
 
"Qohumum vardı, ürəyindən əməliyyat olacaqdı.Qan lazımıydı. Getdim ona qan verməyə. Onda məlum oldu ki, mən qan verə bilmərəm”.
 
Samir Nuriyev artıq 7 ildir ki, qanında İİV virusu daşıyıcısıdır. Ailəlidir. İki övladı var.
 
"Qolumdan qan götürdülər. Sonra mənə zəng gəldi. Xəstəxanaya çağırırdılar. Getdim. Həkim cavan qızıydı. Gördüm, nəsə demək istəyir, amma deyə bilmir. Əziyyət çəkir. Dedim, uşaq deyiləm, bir başa de görüm, nə olub mənə? Binaya girəndə qapının üstündəki yazını oxumuşdum: "QİÇS-lə Mübarizə Mərkəzi”. Özümü nə qədər hazırlıqlı görsətsəm də, xəstə olduğumu eşidəndə dünya başıma uçdu. Sevdiyim qız vardı. Evlənəcəkdik…”
 
Bu xəbərdən sonra depressiyaya düşür. Bir aydan sonra yenidən gəlir Bakıda yerləşən QİÇS-lə Mübarizə Mərkəzinə. Bu dəfə müalicə olmaq niyyətiylə. Müalicəsini alır. Qanında İİV virusunu minimuma salır. Bir neçə aydır müalicəsini dayandırıb. Deyir, son günlər özünü halsız hiss edir. Təkrar gümrah olmaq üçün gərək təzədən dərman içə. Dərman mərkəz tərəfindən xəstələrə pulsuz paylanılır. Samirin sözlərinə görə, QİÇS-lə Mübarizə Mərkəzi bəlkə də ölkədə yeganə qurumdur ki, bir qəpik rüşvət rol oynamır. Dərmanlar vaxtlı-vaxtında xəstələrə pulsuz verilir.
 
Samir bu virusa yoluxanda subay olub. O vaxtı belə xatırlayır.
 
(Dərindən köks ötürüb) "Oy, Allah! Bilmirdim vəziyyəti necə izah edim ki, Əsmər xəstəliyimdən hürkməsin. Bu müddətdə ona bu virus haqqında məlumatlandırıcı materiallar verirdim. Üç ay fikirli gəzdim. Ruh kimiydim. Axırda qərar verdim ki, deməliyəm. Ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi? Ya o yanlıq olsun, ya bu yanlıq. Əsməri və anasını çağırdım. Düşündüm ki, anasının da bilməyə haqqı var. Və dedim. Qayınanamdan aldığım cavab məni şoka saldı. Dedi, bala, heç kim heç nədən sığortalanmayıb. Kim bilə bilər ki, sabah başımıza nə gələcək? Səninlə qızım yaşayacaq, mən yox. Qərar onundu. Əsmər də sağ olsun, məni tək qoymadı. O vaxtdan bəri daima yanımda oldu, dəstək oldu. Adət-ənənəylə evləndik, toyumuz oldu. Xəstəliyimi sadəcə hər ikimizin ailəsi bilir. Xoşbəxtəm. İki qızım var. Biri iki yaşında, digəri beş aylıqdı”.
 
Samir deyir ki, ARV terapiya qəbul edəndən sonra İİV virusunun yoluxuculuğu qalmır. Terapiya qanda virusu bir yerə yığıb blok edir. İmmuniteti qaldırır.
 
"Bu mövzuda təlimlərə qatılırdım. Evlənəndə kifayət qədər məlumatlıydım. Öpüşüb görüşməklə, toxunmaqla, bir qabdan yemək yeməklə yoluxma olmur. Bütün bunlara baxmayaraq, mən ailəmi və ətrafımdakı insanları qoruyuram. Ortaq kəsici alətlərdən istifadə etmək olmaz. Məsələn, üzümü qırxandan sonra mütləq özüm atıram. Yoldaşım da, övladlarım da tam sağlamdır. Arada hərə ehtimala qarşı kontroldan keçirirəm. O gün xəstəxanaya getmişdik. Bir qadın gətirmişdilər. Əri İİV olduğunu gizlədib, arvadını da yoluxdurub. Qadın da virus daşıyıcısı olduğunu biləndə özünü maşının altında atıb. Yoldaşımla keçdik onun palatasına. Xeyli söhbət elədik, məlumat verdik”.
 
İİV virusuna necə yoluxduğundan danışır.
 
"Ortaq şprisdən yoluxmuşam. Məlumatsızlıqdan. O vaxt da, elə indi də bu və ya digər yoluxucu viruslar haqqında, onlardan qorunma qaydaları, yoluxma metodları haqqında məlumat azdı. Ancaq QİÇS-lə Mübarizə Mərkəzinin və bir qrup təşkilatların hazırladıqları broşürlər, məlumat kitabçaları var. Vizual məlumat daha çox yadda qalır. Yaxşı olardı ki, televiziyalarımızda bu haqda sosial video-roliklər, verilişlər, reklam blokları olardı. Çünki məlumatsızlıq bu gün də var. Yoxsa virus ilbəil bu qədər artmazdı. Ümumiyyətlə, İİV haqqında məlumat azdır. İnsanlar adını eşidən kimi qorxurlar. Bu da qrip kimi xəstəlikdir. Orqanizmdə immunitet çatışmazlığıdır. Hələ mən görməmişəm ki, kimsə QİÇS-dən ölə”.
 
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin üçüncü rübünün yekunlarına görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Lakin son illər cinsi yolla yoluxanların sayı artıb.
 
2014-cü ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 476 təşkil edir. Onlardan 462-i (97,1%) Azərbaycan vətəndaşı, 14 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınan 462 Azərbaycan vətəndaşından 286-i (61,9%) kişi, 176-ı (38,1%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 158 nəfər olub. Bu dövr ərzində İİV-infeksiyasından 82 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişməsi barədə məlumat daxil olub ki, onların da 47 nəfəri 2014-cü ildə vəfat edib.
 
Bu ilin 9 ayında İİV-ə yoluxan vətəndaşlarımızdan 144 nəfərə (31,2%) parenteral kontakt, 273 nəfər (59,1%) heteroseksual kontakt, 9 nəfərə (1,9%) homoseksual kontakt nəticəsində, 17 nəfərə uşağa (3,7%) anadan, 19 nəfərə (4,1%) yoluxma yolu ilə yoluxub.
 
Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin 9 ayının sonunadək 4611 İİV-ə yoluxmuş insandan 1164-ü (25,2%) Bakı şəhəri və Abşeron rayonunda, 3412-i (73,4%) respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir. 35 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur.
 
4611 nəfər Azərbaycan vətəndaşından 2551-də (55,1%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1588-də (34,4%) heteroseksual, 60-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,8%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib, 329 nəfərdə (7,1%) yoluxma yolu müəyyən edilməyib.
 
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 2006-cı ilin noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2242 İİV-lə yaşayan insan  cəlb olunub, onlardan 471 nəfərə müalicə 2014-cü ilin 9 ayı ərzində başlanılıb.
 
"AİDS-lə Mübarizə” İctimai Birliyinin koordinatoru Ehtiram Paşayevin sözlərinə görə, İİV virusuna yoluxan xəstədə iki həftə ərzində virusun əlamətləri üzə çıxır:
 
- Qarın ağrısı, halsızlıq, zəiflik, insan birdən birə çəkisinin 10 faizinə qədərini itirir. Temperaturu qalxır. Bu hamıda belə olmur. Bu əlamətlər olmaya, simptomsuz keçinə bilər. Adətən proses belə gedir: qarın ağrısı, qızdırma qalxır, insan zəifləyir, arıqlama gedir. Üç ay ərzində pəncərə dövründə virus özünü göstərmir. Yeni testlər var. Virusun üç-dörd həftəliyində təyin edə bilir. Bunlar virusu yox, qanda olan anticisimlərin olub-olmadığını təyin edirlər. Bundan bilinir ki, insan İİV virusuna yoluxub, ya yox. Düzdür, apteklərdə satılmır. Qiyməti də nisbətən bahalıdır. Qanda olan immun hüceyrələri virusla mübarizə aparmağa başlayır. İİV virusu qandakı hüceyrələrin içinə girərək, onun səthini parçalayır. Hüceyrə çoxalır, virus da hüceyrənin içində çoxalır. Belə-belə çoxalma gedir, qanda olan virusun sayı milyonlara çatır.
 
İB-in koordinatoru bu virusun müalicəsi üçün yeni preparatların mövcud olduğunu da deyir.
 
- Qanda virusu minimum səviyyəyə salan dərmanlar var. Əsas odur ki, qandakı immun hüceyrələridir. Cd4 hüceyrələri qalxdıqca, qanda virus yükü azalır. Normal insanlarda bu hüceyrənin sayı 1200 – 2000 arasında olur. İİV virusuna yoluxan insanlarda bu hüceyrələrin sayı kəskin azalmağa başlayır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var ki, cd4 hüceyrələrinin sayı 500-ə düşəndə artıq xəstəyə ARV terapiya təklif olunur. Müalicə məcburi deyil. Könüllü şəkildə aparılır. Xəstə imtina edərsə, 350-də bir daha ona bu müalicə kursu təklif edilir. 350 kritik nöqtədir. Əvvəllər 250 idi, indi 350-ə qədər qaldırıblar. Bu virusa yoluxan insanlar ömrünün axırına qədər dərman qəbul etməlidir. Dərmanlar dövlət tərəfindən QİÇL-lə Mübarizə Mərkəzində pulsuz verilir. QİÇS artıq 4 ildir ki, ölümcül xəstəliklər siyahısından çıxarılıb. Xroniki infeksion xəstəliklər siyahısına salınıb.
 
 E. Paşayev insanların bu virus haqda çox vaxt məlumatsız olduğunu deyir.
 
- Biz İB olaraq, zərərin azaldılması proqramında narkotik istifadəçiləri, kommersiya seksi ile məşğul olan qadınlar və kişilərlə sekslə məşğul olan kişilər arasında epidemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görürük. Bunlar steril şprislərin dəyişdirilməsi və prezervativlərin pulsuz paylanmasıdır. Həmçinin onların İİV-ə müayinəyə cəlb edilməsini göstərmək olar. Maarifləndirici sosial roliklər çox az çəkilir.  Lakin televiziya kanalları efir vaxtının az olmasını səbəb gətirərək, belə roliklərin pulsuz yayımlanmasından imtina edirlər. Bir neçə dəfə müraciət etmişik, sosial roliklərə ayrılan limit qurtarıb, deyiblər.
 
QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda ümumilikdə, Azərbaycanda ilk dəfə İİV — infeksiyasının aşkar edildiyi 1987-ci ildən bəri mərkəzdə İİV — infeksiyası təsdiq olunmuş 4774 nəfər rəsmi qeydiyyata götürüldüyü deyilir. Onlardan 4611 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 163 nəfəri (3,4%) isə əcnəbilərdir.  İİV-ə yoluxmuşlardan 3651-i (76,5%) kişi, 1123-ü (23,5%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1477 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1453 nəfərdir.
 
İİV — infeksiyasından dünyasını dəyişənlərin sayı 667 nəfərdir. Bunlardan 658-i Azərbaycan vətəndaşı olub.
 
Xəstələrlə söhbət zamanı təbliğatsızlıq tez-tez səbəb olaraq göstərilir. Bəs görəsən, 12-i region kanalları olmaqda ölkədə fəaliyyət göstərən 24 televiziya kanallarında bu barədə maarifləndirici video roliklər niyə yayımlanmır?


Şərhlər: 33
Baxılıb: 7557
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kukolka
Cox tesirlendim Allah her kese ele qaynana nesib etsin Aferin!!!!

Cox tesirlendim Allah her kese ele qaynana nesib etsin Aferin!!!!
7 dekabr 2015 22:20
# 33
kəmalə teymurzade
Hmmm nc nc nc
Allah komeyi olsun
4 oktyabr 2015 20:31
# 32
VIP
Qaynanasıda sagolsun anlayışla qarşılayıb
19 iyul 2015 18:28
# 31
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Canavar sevgisi
Bele anlayiwli insanlatin olmasi sevindiricidir
20 iyun 2015 00:36
# 30
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Nergizz
Allah uzaq elesin,pis xestelikdi,beli evveller tez tez bu xestelik hakda televizorda danwrdilar,ama indi elebil hec yoxmuw bele xestelik, ne yaxwi qaynanasi bawa duwen olub,raziliq verib evlenmeyine,ama indi ele xesteliler varki,bu xesteliyi ortub,ele xerceng xesteliyi goturek,camaat canin hayinda hekimler ise bu xestelikden aldiqlari pulun hayinda,bu xesteliyinde dermanlarini pulsuz etseydiler,
12 aprel 2015 12:15
# 29
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
ulduz
AYYY ALLAH QORUSUN PİS OLDUM. empathy
12 aprel 2015 11:51
# 28
vipbetul
Allah uzaq elesin cox suretle yayili bu xestelik esasen dis hekimleromom mesuliyyetsizliklerinden parixmardaki pintilikden yaranir
9 mart 2015 02:12
# 27
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
uliçka
Sitat: roksi1995
Allah komeyi olsun
14 fevral 2015 02:59
# 26
Həyat kino kimidir,ən marağlı anında bitir
qonaqa
Allah komey olsun allah onu 2 ovladina baqisdasin
10 yanvar 2015 19:46
# 25
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
roksi1995
Allah komeyi olsun
10 yanvar 2015 13:11
# 24
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
sia
Allah qorusun bizi bu xesdelikden
9 yanvar 2015 19:19
# 23
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Brilliantam
ALLAH UZAQ ELESIN,ALLAH BELE XESTELERIN SEFASINI VERSIN,AMIN.
9 yanvar 2015 11:13
# 22
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
lili)
Allah uzaq elesin bele xesdelikleri
9 yanvar 2015 09:35
# 21
Wappuw
Allah wefa versin butun xestelere
9 yanvar 2015 02:23
# 20
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
talis balasi
Allah dermansiz derd vermesin
9 yanvar 2015 01:25
# 19
neri
allah gostermesin
.olanlarda saglig versin
8 yanvar 2015 23:40
# 18
Sert
ece uslu
allah komeyi olsun
8 yanvar 2015 23:34
# 17
gulunnn
nedeyim duz soz bir fikirim yoxdur
8 yanvar 2015 23:31
# 16
Sevdalinka
Ehhh kanal sahiblerinin cox vecineydi ele kime ne olub pulsuz iw gorerler beyem azad media bele yoxdu bizim vetenimizde veteninizi ne hallara saliblar nese of menimde bir taniwim bu sebebden niwanlisindan ayrildi ureyim parcalandi ewidende

Ehhh kanal sahiblerinin cox vecineydi ele kime ne olub pulsuz iw gorerler beyem azad media bele yoxdu bizim vetenimizde veteninizi ne hallara saliblar nese of menimde bir taniwim bu sebebden niwanlisindan ayrildi ureyim parcalandi ewidende
8 yanvar 2015 22:12
# 15
FISTIK
Allah komek olsun esil sevgi budur.
8 yanvar 2015 22:08
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Сладкий Ангел
Allax komeyi olsun
8 yanvar 2015 19:13
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
Gulu-Qezi
ALLAH komek olsun
8 yanvar 2015 18:30
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Fiorella
Qizda qurd ureyi vare nece sevsede adam qorxar ozde bizde hansi oglan qiza gore bele addim atar?cog az sayda elecede qizlar.belkede haxlidilar
8 yanvar 2015 18:28
# 11
tek umidim sen
Ne day boq!tsk
8 yanvar 2015 15:52
# 10
Kadın derin ama adam yüzme bilmiyor...
Miss_Oxatan
Allah kimseye gostermesin.insanin ozunden asikidir,gerek hemiwe ozunu qoruyasan,bawqasinin ewyalarindan istifade etmeyesen.men burda hec vaxt manikure getmirem,mikrobdu bu millet.sacimi bele burda kesdirmirem.sadece qaw o da,ki alet menim olmalidir.cox qorxuram iraq olsun.hec 1hefte deyil ki,burda nece il yawayib sonra Azerbaycana gedib aile quran oglan var ,o rehmete getdi.iraq olsun 30 yawi yoxuydu.hec 1yawi yoxuydu qizinin.deyirler spidden dunyasini deyiwib,ama menbe melum deyil.bir nece ay idi xesteydi,gah dediler bawina hava gelib,eseb pozulub,rehmete gedenden sonra sebeb bu cixdi.evin de tek ogluydu,ozde qeweng oglaniydi.ya bu xarabada sari qulaqlardan yoluxub gedib,ya da ayri bir sebeble.ehtiaytli olmaq lazimdi,ortaq aletler tehluke menbeyidir.

Allah kimseye gostermesin.insanin ozunden asikidir,gerek hemiwe ozunu qoruyasan,bawqasinin ewyalarindan istifade etmeyesen.men burda hec vaxt manikure getmirem,mikrobdu bu millet.sacimi bele burda kesdirmirem.sadece qaw o da,ki alet menim olmalidir.cox qorxuram iraq olsun.hec 1hefte deyil ki,burda nece il yawayib sonra Azerbaycana gedib aile quran oglan var ,o rehmete getdi.iraq olsun 30 yawi yoxuydu.hec 1yawi yoxuydu qizinin.deyirler spidden dunyasini deyiwib,ama menbe melum deyil.bir nece ay idi xesteydi,gah dediler bawina hava gelib,eseb pozulub,rehmete gedenden sonra sebeb bu cixdi.evin de tek ogluydu,ozde qeweng oglaniydi.ya bu xarabada sari qulaqlardan yoluxub gedib,ya da ayri bir sebeble.ehtiaytli olmaq lazimdi,ortaq aletler tehluke menbeyidir.
8 yanvar 2015 15:16
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Qlamurr
QİÇS elə bir xəstəlikdi ki,bir çox yollarla keçir,cinsi yolla,qanla ...və..s...bu haqda hər birimiz məlumatlı olmalıyıq.....
8 yanvar 2015 14:53
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
efsane..
Allah sefa versin her birine
8 yanvar 2015 13:56
# 7
AYKA-ISI
Allah hec kese gostermesin

Allah hec kese gostermesin
8 yanvar 2015 13:51
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Baharim ol
Allah sefa versin.cox pis xestelikdi
8 yanvar 2015 13:45
# 5
Ama yenede
BARBI
Allah qorusun cox pis xestelikdir ona gore ozgesinin esyasinnan istifade etmemek lazimdir
8 yanvar 2015 13:17
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz