Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi azlıq olan Sonanın həyat — HEKAYƏSİ
Cinsi azlıq olan Sonanın həyat — HEKAYƏSİ
Göndərən: NoName
Şərhlər: 38
Baxılıb: 18529
Səs ver:
«Bizim qədər heç kim sevə və qısqanc ola bilməz”
Gözləmədiyim bir vaxtda tanımadığım şəxsdən məktub aldım. Məktubun məzmunu təqribən belə idi: «….Düşünürəm ki, bu barədə sizinlə səmimi söhbət edə bilərəm”.
Əvvəl ciddi qəbul etməsəm də, sonradan bu qızla görüşməyə qərar verdim. Və…görüş təyin etdik.
Dediyim ünvana yarım saatın içində gəldi. Qarşımdakı balaca, cılız bir qızcığaz. Çay içməyi təklif edirəm. Sona (ad şərtidir) bir başa söhbətə keçmək istədi.
***
20 yaşı var. Oğlan yaşıdlarının həsəd aparacağı qədər gözəl bir qızdı. Uzun saçları, gözəl siması, iri gözləri var. Bəstə boylu sarışındı.
— 5-6 yaşım olanda fərqli olduğumu hiss edirdim. Əlbəttə ki, o vaxt buna heç bir ad verə bilmirdim. Elə başa düşürdüm ki, hamıda belə olur. Qardaşım məndən 2 yaş böyükdü. Onların sinfində gözəl bir qız oxuyurdu. Ondan çox xoşum gəlirdi. Məhz o qızı görmək üçün tezdən oyanır, mamama məni də qardaşımla bərabər məktəbə aparmasını istəyirdim. Hərdən düşünürəm ki, o vaxtlar nə yaxşı bunu valideynlərimə deməmişəm. Adətən balaca uşaqlar ailəsindən heç nə gizlətməzlər. On altı yaşıma qədər bunu özüm də inkar edirdim. Adam özü belədi, amma qəbul etmək istəmir. Özüm özümə «yox, mən homointimual deyiləm” deyirdim. Bir qadınla öpüşmək, bunu düşünmək məni iyrəndirirdi. Sonralar gördüm ki, yox, bu hisslər dəyişilmir. Və məcburən qəbul etdim.
***
Son zamanlar valideynlərinin şübhələrini hiss etməyə başladığını deyir:
— «Hər dəfə ailə qurmaq söhbəti düşəndə anormal formada aqressiv reaksiya verirdim. Artıq bu barədə evdə söhbətlər bağlanıb. Özümdən böyük qardaşım var. Məncə artıq o da hiss edib. Düşünürəm ki, anlayış göstərir. Bizim ailədə məcburiyyət yoxdu, xüsusən də atam tərəfdən. Mənim bəxtim bunda gətirib. Elə qızlarımız var ki, daim qorxu içində yaşayırlar. Əslində homointimual qızlar oğlanlardan daha şanslıdı. Bizlər bunu daha rahat gizlədə bilirik. Məsələn, iki qız şəhərdə əl-ələ gəzəndə kimsə onlara bir söz deməz, amma oğlanlar bunu edə bilməzlər. Və yaxud qızlar bir-birinin evinə rahatca gedib gələr, saatlarla telefonla danışa bilərlər, heç kim şübhələnməz.
***
İlk sevgisindən sual verməyə hazırlaşırdım ki, özü başladı danışmağa:
— İlk sevgilim on yeddi yaşımda olub. İlk dəfə özü mənə yanaşdı və sevgili olmağı təklif etdi. Mən də normal qarşıladım. On aydan sonra ayrıldıq. Aramızdakı yaş fərqi çox idi. O, məndən yeddi yaş böyük idi. Həm də başqa-başqa insanlar idik. O, içki içməyi sevirdi, mən isə dilimə içki vurmazdım. Harasa gedəndə zənglərin ardı kəsilməzdi: «Hardasan? Telefonu açıq qoy, mən eşidim ki, sən işdə kimlərlə danışırsan”. İyirmi dörd saat belə idi. Mən də bezirdim. Çox qısqanc idi. Bəzən elə olurdu ki, geyimimə də qarışardı. Mən o zamanlar gözəllik salonunda işləyirdim. Salonda da qızlar çox olduğundan daha çox qısqanardı. Onun ailəsi də münasibətimizə çox qarışdı. Tez-tez mübahisəmiz olurdu.
Sona hazırda tək olduğunu deyir:
— Əgər elə bir güclü sevgi yaşasam, bunu evdə elan etməyə hazıram. Bəlkə də bu yazını tanış biri oxusa, məni tanıyacaq. Bu mənim üçün problem deyil. Sadəcə mən istəyirəm ki, ailəm bunu mətbuatdan deyil, elə mənim ağzımdan eşitsin. Ən gec bu il ailəmə deməyi planlaşdırıram. Ailəm bildikdən sonra lap elə efirə çıxıb da homointimual olduğumu deyəcəm.
- Belə gözəl bir qızım tək olması məni təəccübləndirir. Bəs niyə təksən? Səni sevən yoxdu?
-Yox, niyə? Var, çoxdu. Amma təklik yaxşıdı. Həm mənim xasiyyətim tündü. Yola gedə bilmirəm.
- İstəməzsən sənin də toyun olsun? Ana olasan?
— Heç təsəvvür belə etmək istəmirəm. Bioloji qadın olduğumu bilirəm. Bizim fərqimiz sadəcə hisslərimizdədi. Istəsəm ,evlənə, ana ola bilərəm. Altı ay sonra ayrılaram. Heç vaxt ömürlük evli qala bilmərəm. Amma mən fikirləşirəm ki, qarşı tərəfin bir günahı yoxdu. Kimsə Sonadan şübhələnməsin deyə, evlənə bilərəm. Lakin o da bir ananın oğludu, bunu ona etməyə haqqım yoxdu. Təsəvvür edin, toyumdu, yanımda ərim əyləşib, amma mən kənarda hansısa xoşuma gələn bir qıza baxıram. Özümə qarşı edilməsini istəmədiyim hərəkəti başqasına edə bilmərəm. Ana olmaq istəyərəmmi?! Qız uşaqlarının xəstəsiyəm. Bir zamanlar övlad sahibi olmağı istəyərdim, amma bunun üçün qarşı cins lazımdı deyə bu fikrimdən yayındım. Əgər gələcəkdə sevə biləcəyim bir insan olarsa, o da uşaq istəyərsə, bunu tibbi müdaxilə köməyi ilə həyata keçirə bilərik. Bizdə homointimualların rəsmi nikahı yoxdu, amma olarsa belə mən əsla bir azəri qızıyla rəsmi nikaha girməzdim. Ruslarla qarışığı olan qızlar daha səmimi olurlar. Heç vaxt sevmədiyi bir insana yaxın getməzlər.
- Sona, səncə uşaq vaxtı ailən bilsəydi səni dəyişdirə bilərdilər?
— Yox, heç nə edə bilməzdilər. Mənim kimi insanların dəyişmə ehtimalı yüzdən beşidi. Bu yaxınlarda mamam mənə dedi ki, bir oğlan səni hardasa görüb, sənə elçi gəlmək istəyirlər. Oğlanla görüşməyim üçün mamam məni çox məcbur etdi və mamamın xətrinə razılaşdım. Həm dəyişməyim üçün özümə axırıncı şansı verdim. Onunla görüşdüm. Təsəvvür edin ki, mən onunla danışanda ağlayırdım. Çünki bu mən deyildim axı. Və beləcə oğlan söhbəti mənim üçün bitdi. Amma nə vaxtsa ailəm məni ailə qurmağa yenə məcbur etsə, evi tərk edəcəyəm. Hazırda oğlan dostlarım var. Onlarla əl verib də görüşürəm. Siz qızlar qızlara qarşı necəsinizsə, biz də oğlanlara qarşı eləyik. Bizim elə qızlarımız var ki, ailəsinin təkidi ilə ailə qurublar. Uşaqları da var, amma xoşbəxt deyillər Homointimuallığı heç bir din qəbul etmir. Mən şəxsən deistəm. Allah mənə seçim şansı verməyib. Dinləyin, mən həyatda savaşçıyam. Bizi müdafiə edənlər az, amma hücum edənlər çoxdu. Bu, intimual bir seçim deyil. Bu urəyin, hisslərin və ən sonda ehtirasın seçimidi. Mən belə olmağı seçmədim, belə doğuldum. Dəyişməyə çox çalışdım, amma alınmadı. Lesbiyan olmurlar, lesbiyan doğulurlar.
-İlk dəfə bir qızla öpüşəndə nə hiss etdin?
— On birinci sinifdə oxuyurdum. Onda mən istəməmişdim. Bilmədən oldu, yəni mən öpmədim. Məni öpdü. Bizimlə paralel sinifdə oxuyan bir qız idi. Onun məndən xoşu gəldiyini əvvəlcədən bilirdim.
- Səni öpəndə kimsə gördü?
— Yox, tək idik.
- Səncə, o səni öpmək üçün tək qalmağı planlaşdırmışdı?
— Yəqin (gülür). Heç nə demədim, amma itələdim. Gözləmirdim.
- Niyə? Xoşun gəlmədi?
— Niyə itələdiyimi özüm də bilmirəm, amma xoşuma gəlmişdi. Daha sonralar ona sərt cavablar verdim. O da məndən uzaqlaşdı. Həm də o vaxtlar homo olduğumu özüm-özünə inkar edirdim axı.
***
Bu balaca qızcığaz etdiyi dəliliklər barədə danışır:
— Məsələn, sevdiyim qıza görə evdən qaçmışdım. Xəstə idi, dəm qazından zəhərlənmişdi. Ailəmin etirazlarına baxmayaraq onun yanında getdim. Mamam mənə demişdi ki, 1-2 saat otur, gəl evə. Mən isə «yox, burda qalacağam deyib” telefonumu söndürdüm. Onun ailəsi də orda qalmağımı istəyirdi. Daim mənə «gəl, gəl deyirdilər. Sən gəlməyəndə bu yemək yemir.
- Ailən niyə izn vermirdi onlarda qalmağına? Münasibətinizdən şübhələnmişdilər?
— Yox, sadəcə o qızı tanımırdılar. Yalnız məndən adını eşitmişdilər. Ailəm məni Bakı şəhərində axtarışa vermişdi. Bir həftə sonra polislər gəlib məni tapdı. Bəzən hərdən oturub düşünürəm. Necə risk etmişəm?! Onun üçün o qədər fədakarlıq etdim, indi yanımda yoxdu. Elə bilirsiniz tək kişilər vəfasızdı? Qadınlar daha vəfasızdı. Kişilərə milyon dəfə şükür demək olar.
Sona danışdı, mən dinlədim. Bütün söhbət boyu bircə dəfə də olsun gözlərimin içinə baxmadı. Gözlərini qarşı tərəfdəki şkafa zillədi. Qəfil ayağa qalxıb mənə tərəf döndü.
— Heç kim sabah necə olacağını bilmir. Mənim valideynlərim də mən dünyaya gələndə homo olacağımı ağıllarına da gətirməyiblər. Homointimuallar da normal insandı, sadəcə hissləri fərqlidi. Mən bu hissimi sevirəm. Heç bir hetrointimual bir homo qədər sevə və qısqanc ola bilməz. İnsanlar geylərə görə, bizə pis baxırlar. Buna səbəb də trasda duran mavilərdi. Onları mən özüm də sevmirəm. Homoların adlarını ləkələyirlər. Gey olsalar da, sevgi içində bir nəfərlə yaşaya bilərlər. Bizim də dəyərlərimiz var…


Şərhlər: 38
Baxılıb: 18529
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
VIP
Allah uzag etsin neynəyəsən valideyinlik bir şey yoxdu uşagdakı nə bilim nəyazım.....
19 iyul 2015 18:39
# 38
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Golden rose
Metnin mezmunun basa dusmedim
28 iyun 2015 23:01
# 37
Catwoman666
Vallah mene maraqlidir ki bu insanlar nece yasayir? yeni bunlar ozlerini nece hiss edir? nebilim vallah qeribediyee. Exlaqsizliq eden homos..... insanlara men nifffffffretttt edirem. tutaq ki indi bir zibildi dusubsen icine bes niye exlaqsizliq edirler???!!! uje hemin insanlardn iyreniremmmm!! amma neylemek olar ki bu illetden qurtulmaq olmur. amma mence hec kim lesbiyan olaraq dogulmur! cunki Axi Allah sevmir ve lenetleyirbele seyleri. nece oz bendesine homos...... ruhu vere biler?? Her neyse... gunahlari da savablari da oz boynuna. Allah qorusun bele seylerden deyib ustunden kecirem...
20 iyun 2015 01:02
# 36
"All men must die, but we are not men"

Daenerys Targaryen
Canavar sevgisi
Bele insanlar menim ixtisasima aiddir: (onlarin prablemleri ile meqgul olmaq komek etmek isderdim
20 iyun 2015 00:37
# 35
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Elizade_Gunay
Allah ozu qorusun. Bir aile bir ana bir ata ucun mence faciedir. Wukur Allaha yene de pozgun deyil pozulmayib. Onun da bext bele getirib istemezdi bele olsun amma olub. Allah ozu komek olsun bexti gozel olsun. Amin
2 iyun 2015 00:29
# 34
yarpaq33
Men gunahi valideyinlerde gorurem uwaqlarini korpe vaxtinda demey olar ki her il butun hekimlerde muayine etdirmelidiler men uzun muddet rusiyada yawamiwam orda her uwaqin yawi olanda poliklinkaya cagirirlar yoxlanma ucun orda psixoloqda olur endakrinoloqda bele hallarda hormonal deyiwiklik olur bezi analizlerden mueyyen etmek olur.men mektebde oxuyanda pararel sinifde oxuyan bir oglan var idi ancaq qizlarnan gezirdi fiqurasi da qiza oxwayirdi anasi da hekim idi men bele onda wubhelenmiwdim sonra ewitdim evlenib qizla aralarinda hec ne olmayib bowandilar amma qizi werredi anas guya qiz deyilmiw amma hami her weyi bilirdi tak wto valideyinler uwaqlarinizi yoxladin
3 may 2015 14:26
# 33
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
uliçka
Allah köməyi olsun, Allah uzaq etsin
28 mart 2015 19:50
# 32
Həyat kino kimidir,ən marağlı anında bitir
lale.veliyeva19
bizim mektebde bir qiz var 7 ci sinifde oxuyur deyir ki men 21 dene qiz istemisem bizim sinifden de bir qiz isteyir sinesine qizin adini yazib oglanlari doyur amma qizlarla mehribandi menimle avtobusda bir gelende uzume ele baxir ele bir oglandi indi goren o da homointimualdir?
24 mart 2015 13:03
# 31
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
Allah uzaq elesin danishirlardaye.bilmirsen belelere yaziqin gelsin yoxsa nifret desen
9 mart 2015 02:21
# 30
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Ne deyimAllah komeyi olsun
17 yanvar 2015 17:27
# 29
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Сладкий Ангел
ALLAX UZAQ ETSIN
13 yanvar 2015 20:09
# 28
.Bir gülüşüm var Sizlərə ömür...
sia
ALLah komeyi olsun
9 yanvar 2015 19:20
# 27
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
AYKA-ISI
Allah komeyi olsun
9 yanvar 2015 12:45
# 26
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Brilliantam
EXLAQSIZ QADINLARDAN VE GEYLERDENSE BUNLAR YAXSIDIR.CUNKISINI BASA DUSENLER DUSECEK,UZUN UZADI YAZMAQ ISTEMIREM.ALLAH KOMEYI OLSUN,AMA BELE BIRINI MEN DE TANIYIRDIM,BIR NECE IL SONRA QARSISINA SEVE BILECEYI BIR OGLAN CIXDI,VE O OGLANI DELICESINE SEVDI VE AILE QURDULAR,INDI ONLARIN 2 OVLADLARI VAR.
9 yanvar 2015 11:08
# 25
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Wappuw
Oxudum bawa duwmedim yeqin hele menim bele xebere baxmaqim icin tezdir twkr,uzurlu sayin
9 yanvar 2015 02:36
# 24
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
talis balasi
Allah komeyi olsun
9 yanvar 2015 01:22
# 23
ece uslu
allah komeyi olsun ne deyim
8 yanvar 2015 23:29
# 22
Sevdalinka
Sonu sadece yalniz olum olur
8 yanvar 2015 22:37
# 21
rəmsə
Sitat: xeyalperest
Goresen bunu mualicesi var ve buna sebeb nediki?

Mənə də çox maraqlıdır bu sualın cavabı

Sitat: xeyalperest
Goresen bunu mualicesi var ve buna sebeb nediki?

Mənə də çox maraqlıdır bu sualın cavabı

Sitat: xeyalperest
Goresen bunu mualicesi var ve buna sebeb nediki?

Mənə də çox maraqlıdır bu sualın cavabı
8 yanvar 2015 22:33
# 20
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
my_angel
Ayy ALLAH kömeyi olsun ne deyim vallah Allah özü bilen meslehetdi Allah özü kömek olsun xeyal 128 melek
8 yanvar 2015 20:36
# 19
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
medine yusif
Size gulmeli gelen nedi bilmirem ama men bu insanin taleyine acidim.ola biler si normal qarwilayasiz.bu menim kimi sizin de wexsi fikrinizdi.sadece xayiw eledim bir insan kimi sizden ki bele xeberler yayimlanmasin.o.ki qaldi moda xeberlerine baxib maariflenirik.aileli insanlara maraqlu olan xeber varsa onuda oxuyuruq.cunki bize maraqli olan suallarin cvb var.bu xeber kime lazimdi burda.bundan kimse ornek goturse cemiyyetin suretli axinla bataqla yuvarlanmagi kimi bir weydi.daha bir wey.sizde diqqet etseydiniz gorerdiniz ki men muellifin adin hallandirmamiwam.musahibe goturen wexsi qeyd etmiwem.incimeyin ama ki insanlari tenqid etmekde telesirsiz.men o insanin taleyine pis oldym.ama ki onun heyatinin gundeme gelmeyine razi deyilembura werh yazmaq ucun deyil meger.mende yazmiwamda.ne yazaydim?yazaydim twk.neyse buda menim fikrim.sizede heyatda bol bol menali guliwler arzu edirem
8 yanvar 2015 20:32
# 18
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
roksi1995
ne deyim bilmirem
8 yanvar 2015 20:16
# 17
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Nisa
ALLAH uzaq etsin 128
8 yanvar 2015 20:05
# 16
liza
eslinde bele xestelikler psixoloqlar vasitesi ile hell olur ama gerek ozude isteye duzelmeyi
8 yanvar 2015 19:50
# 15
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
Сладкий Ангел
Allax komek olsun
8 yanvar 2015 19:13
# 14
.Bir gülüşüm var Sizlərə ömür...
Gulu-Qezi
ALLAH komek olsun
8 yanvar 2015 18:34
# 13
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Nergizz
mence mualice ile kecr belkede vaxtnda ailesine deseydi,mualice olunardi,,ama mende qarwiyam bele weyleri yazmaga burda,,cunki cox gencler var burda hereye bir cur tesir bagwliyar,,yenede ALAH komeyi olsun
8 yanvar 2015 18:13
# 12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Luna-90
Mene xeberin mueliffi maraqli deyil bele bir seyde yazmamisam.men buranin daimi istifadecisi oldugum ucun movzuyla bagli fikrimi bildirmisem ve yazdigim fikrimdede durmusam.
8 yanvar 2015 17:12
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
medine yusif
Cox cox xayiw edirem ki bele xeberler yayimlanmasin.Vusal bey eger menom ve diger xanimlarin yazisini gorursunuzse sizden bir muselman xanim baci kimi xayow edirem.duzdur hec kea bilmir sabah bawina ne gelecek.ama biz muselmaniq.bize yarawmaz bele sohbetler.vallah eyibdi gunahdi.oxudum duzdu ama hem eseb sarsintisi kecirdim hemde ureyim agridi.bunlarin kokunu kesmek lazimdi.yayimlanmaqdansa bele insanlara psixoloji yardim olunsa daha yaxwi olar.hemin muxbir onu bu iyrenc yoldan yayindirmaqdansa hele bir soruwurki neceb sevgilin yoxdu.Allaha and olsun ki dunyanin axiridi.bir muselman kiwisinin verdoyi suala bax sen.bura qadinlar xanimlar saytidi yoxsa lezbiyanlar
8 yanvar 2015 16:38
# 10
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Baharim ol
Mence psixoloi yardimla sagalmaq mumukundur
8 yanvar 2015 15:53
# 9
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz