Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xərçəngdən ölmüş aktrisanın anası və qızına xoş xəbər!
Xərçəngdən ölmüş aktrisanın anası və qızına xoş xəbər!
Göndərən: Ayşə_gül
Şərhlər: 21
Baxılıb: 1579
Səs ver:
Aktrisanın qızının daha yaxşı məktəbə dəyişilməsi məsələsi müsbət həllini tapıb

Ötən il vəfat edən əməkdar artist Xanım Qafarovanın anası yüksək səviyyədə müalicə ediləcək. Bu barədə millət vəkili Qanirə Paşayeva yazıb.

Deputat bir az əvvəl mətbuatda Xanım Qafarovanın ailəsi adından mətbuat vasitəsi ilə deputatlara müraciətini görəndə çox təəccüblənməklə yanaşı üzüldüyünü də bildirib. Onun sözlərinə görə, Xanım Qafarovanın ailəsini ziyarət etməsinin üzərindən heç bir ay belə keçməyib: "Anasına təkrar telefon nomrələrimi verib probleminiz olsa, mənə zəng edin, mesaj yazın demişdim. Hətta telefondan yaxşı başı çıxmadığını deyəndə yanında bizimlə söhbət edən digər qızından olan qız nəvəsinə işarə ilə nəvəniz böyük qızdır ona deyin o zəng etsin, mesaj yazsın dedim. Biz az öncə mətbuatda yazıyı görəndə xaricdə səfərdə olsam da, Xanım Qafarovanın anasına zəng etdim və dedim ki, əgər xəstəliklə bağlı probleminiz varsa, nə üçün mənə müraciət, zəng etməyib. Deputatlara mətbuat vasitəsi ilə müraciətdənsə zəng etmək daha tez olardı. Dedi utandım zəng etməyə, dedim, bəlkə, sağalaram. Nə isə...".

Deputat Səhiyyə Nazirliyi ilə danışdığını və yaşlı qadının xəstəxana şəraitində yüksək səviyyədə müalicə olunmasına şərait yaradılacağını qeyd edib: "Xalaya da dedim köməkçim bazar ertəsi onu xəstəxanaya aparacaq və inşallah sağlığında nə problemlər varsa, həllini tapar. Bundan başqa xahiş edir ki, ona heç olmasa həftədə bir dəfə kömək edən bir nəfər olsa, yaxşı olar, o biri qızından olan nəvəsi, yaxınları, qohumları yetərincə edə bilmirlər".

Q.Paşayeva bazar ertəsi nazir Səlim Müslümovla ailəyə kömək edilə bilməsinin mümkünlüyü ilə bağlı xahiş edəcəyini və nazirin yardımçı olmağa çalışacağına inandığını deyib:

"Bir daha qeyd edim ki, Xanım Qafarovanın müalicə xərclərindən başlamış, dəfn, yas xərclərinin hamısı hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən edilib və zaman-zaman ailəyə baş çəkilərək müəyyən dəstəklər göstərilir. Xanım Qafarovanın qızının daha yaxşı məktəbə dəyişilməsi məsələsi də müsbət həllini tapıb və gələn dərs ilində ailənin evlərinə yaxın istədikləri dövlət məktəbində təhsilini davam etdirə bilməsində heç bir problem yoxdur. İnşallah, atası və yaxınları da qızın məktəbə aparıb gətirilməsinə dəstək olarlar".


Şərhlər: 21
Baxılıb: 1579
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah komekleri olsun
12 mart 2015 18:42
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Allah komeyiniz olsun
5 yanvar 2015 23:56
# 20
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Gulu-Qezi
ALLAH KOMEKLERI OLSUN
5 yanvar 2015 10:53
# 19
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
lili)
bizde sevinerikki bu aileye komeklik olunur birde mene maraqlidi bu usaqin atasi hani niye sahib cixmir bele seyler mene catmir nece yani anasi yoxdu qiz usaqi nenenin himayesinde qalib ve sen ata ona yiye durma
5 yanvar 2015 09:54
# 18
Miss_Oxatan
indi qadin durub her defesinde zeng etmeyi de dogru deyil axi.utanir yeqin.bawa duwuruk Qenire xanimin da iwleri coxdur,her defe ozu zeng vurub maraqlana bilmeye zamani ola bilmez ama ilgilenmek ucun xususi adam teyin edilseydi mutemadi maraqlanardi.eger komeklik olunursa niye qadin muraciet edib ki,bir de?bir de men deputat deyende Qenire Pawayevadan bawqa deputat adi bilmirem,ele her defe bu xanimdan reaksiyalar gelir.o biriler haralardadi goresen?bu uwagin anasi bildik rehmetlik Xanim Qafarovadir,bes dedesi hani bunun?niye sahib cixmir?tek dogmadimi anasi uwagi.deyesen dedesi kimdirse serf edibe,qizinin anasi mewhur emekdar artist olub,sonra dovlete arxalanib.
5 yanvar 2015 08:28
# 17
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ismayilova ulker
Allah kömək olsun. Inşallah köməklik göstərərlər.
5 yanvar 2015 04:13
# 16
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Luna-90
Allah rehmet elesin .
5 yanvar 2015 02:17
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
NERGIZ LOVE
Allah o qadinada usaqada komey olsun amin
5 yanvar 2015 01:31
# 14
SENI EBEDI QELBIME YAZDIM///
sona
teki komek etsinler
5 yanvar 2015 00:28
# 13
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Wappuw
Allah wefa versinler
5 yanvar 2015 00:21
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Aysel Tatli
allah rehmet elesin ne vaxtdir deyirler heleki indi eleyirler
5 yanvar 2015 00:01
# 11
ŞehZam
Lap yaxşı.
4 yanvar 2015 23:34
# 10
ece uslu
inwallah dediklerini ederler
4 yanvar 2015 23:32
# 9
xeyalperest
Teki deyilene emel edilsin Allah komeki olsun balacanin ((( twk
4 yanvar 2015 23:00
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
aziz a
Qenire xanima inanagim gelir...insALLAh yaxsi olar
4 yanvar 2015 22:51
# 7
Qelbim doludu !!!!
Fialka
İnşallah dedikləri kimi kömək edərlər
4 yanvar 2015 21:56
# 6
talis balasi
Allah sefa versin
4 yanvar 2015 21:30
# 5
emis
Sitat: EreS Mia
olan o balacaya oldu.. Hər şeydən kömək etsələr beləə Anasını qaytarmayacaqlar axı..

duz deyirsen sevgi pulla olmur o usaga ancaq ana sevgisi lazimdir
4 yanvar 2015 21:12
# 4
BARBI
Insallah komeklik gostereler
4 yanvar 2015 21:01
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
Allah komekleri olsun insallah
4 yanvar 2015 20:41
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
canr
Allah komekleri olsun
4 yanvar 2015 20:36
# 1
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz