Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Gələn il mən də Elnur kimi sürpriz edəcəm” – Samir Cavadzadə
“Gələn il mən də Elnur kimi sürpriz edəcəm” – Samir Cavadzadə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 950
Səs ver:
Müğənni Samir Cavadzadə "Eurovision 2008” mahnı müsabiqəsində onunla bir səhnəni paylaşan duet ortağı, yaxın dostu Elnur Hüseynovun "O səs Türkiyə” yarışmasındakı çıxışından danışıb.

İfaçı dostunun uğuruna sevindiyini və hər zaman onun yanında olduğunu deyib:

"Elnurun gedəcəyini bilirdim. O, mənə demişdi. Bir ay əvvəlcədən xəbərim var idi. Hətta indi burada olanda danışdıq, yeni mahnılar fikirləşirdik. Hər türk mahnısı Elnurun səsinə düşmür. Ona görə necə bir mahnı seçməyi məsləhətləşirdik. Bilirdim ki, onun çıxışı bu qədər şok yaradacaq. Türkiyədə oğlanlar arasında bizim kimi ifaçılar yoxdur. Buna görə də, o şok yaranmalıydı. İnanırdım ki, münsiflərin hamısı dönəcək. Hər kəs bizə tənbəl deyir. Elnura məsləhət görürəm ki, heç kimə qulaq asmasın, o, irəli gedəcək. Biz toy, pul haqqında fikirləşən müğənni deyilik. Biz başqa tamaşaçılar üçün çalışırıq, dinləyicilərimiz fərqlidir. Əgər Elnur üçün burada hər şey yaxşı olsaydı, o getməzdi. Bizə təsir edən odur ki, 6 ildir Elnur burada bəzi klublarda konsertlər verirdi. Ondan da gözəl performans göstərirdi. Niyə gedib onu dinləmirdik? Bizi Avropa qəbul etdi. Bizdən tələb olunanı biz etdik, qayıdıb gəldik. Nə oldu? Haqqımızda ağızlarına gələni danışdılar. Boş-boş söhbətlər çıxardılar”.
"Geri çəkilib, küsməyinizə bu söz-söhbətlər səbəb oldu” sualına S.Cavadzadənin cavabı belə olub:
"Əlbəttə... Biz insanıq, dəmir deyilik ki, bu üzümüzə sillə vuranda, o birini çevirək. Mən pula görə səsimi satan deyiləm. Bu səsi Allah verib. Heç bir bəndənin yanında onu alçaltmayacam, əyilməyəcəm”.
Samir ona xaricdəki müsabiqələrə getməyi məsləhət görən dinləyicilərinə də cavab verib:
"Hər kəs yazır ki, Rusiyaya, Türkiyəyə get. Bilmirəm... Hərdən istəyirəm insanlara yazım ki, niyə məni qovursunuz? Niyə istəyirsiniz ki, yaxşı ifaçılarınız başqa ölkəyə getsin, oxusun, sonra onları alqışlayasınız? Başa düşə bilmirəm... Burada dinləyicilərimiz var. Amma biz başqa tərzdəyik. Elnurun uğuruna sevinirəm. Əminəm ki, o, finalda olacaq. Birinci olmasını çox istəyirəm. Nə qədər türk xalqı onu alqışlayacaq, azərbaycanlılar daha çox alqışlayacaq”.
"Gələcəkdə Samiri də xaricdə böyük bir müsabiqədə görə biləcəyik” sualına isə ifaçı "Ola bilər. Planda var. Mən də sizə belə bir sürpriz yaşadacam... Gələn il məndən də elə bir şey gözlənilir
”, - deyə cavab verib.


Şərhlər:
Baxılıb: 950
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz