Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda qadınlara da hərbi bilet veriləcək
Azərbaycanda qadınlara da hərbi bilet veriləcək
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 2321
Səs ver:
Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.
Parlamentdən Trend-ə verilən məlumata görə, Dekabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Sonra iclasda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sərdar Məmmədov müzakirəyə çıxarılmış qanun layihəsini ətraflı şərh edib. O bildiriib ki, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə görə, hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.
Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Fikir mübadiləsində komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Adil Əliyev, Aqil Abbasov, Hacı Salayev, Zahid Oruc, Elman Məmmədov qanun layihəsi barədə rəy və təkliflərini bildiriblər. Deputatları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Müzakirələrin yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Şərhlər:
Baxılıb: 2321
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz