Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Emin: "Əsas odur ki, musiqi qəlbimdə yaşayır" - müsahibə
Emin:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 586
Səs ver:
Müğənni-bəstəkar Emin Rusiyanın "Komsomolskaya pravda” saytına müsahibə verib.

- Sizə elə gəlmir ki, musiqi sahəsindəki uğurunuz ailəniz olmasaydı, gec parlayardı?
- Birinci, onu deyim ki, biznesin böyük hissəsi mənə yox, Araz İsgəndər oğluna aiddir. Onunla qohumluq əlaqələrimiz var (gülür). İkincisi isə, bu yalnız Moskvada hiss olunur. Məsələn, Yekaterinburqa gedəndə insanlar mənim Ağalarovlar ailəsi ilə əlaqəm olduğunu bilmir. Xaricdə bu daha rahatdır. Gitaranla çıxırsan, oxuyursan. Bunu irad tutan olmur.

- Siz Kseniya Sobçakla bənzəyirsiniz. O, Sankt-Peterburqun keçmiş merinin qızıdır, çox yaxşı ailənin övladıdır, amma hər şeyə özü nail oldu. Siz isə əksinə - səlahiyyətli insansınız, övladlarınız var, biznesmensiniz. Elə mahnılar oxuyursunuz ki...
- İradəsiz! (gülür) Sevgidən... Nə siyasətdən, nə də biznesdən...

- Demək istəyirdim ki, sizin sənət narkotiksiz və rok-n-rolsuz keçib. Heç vaxt yaradıcılığınıza "cəhənnəm ədviyyatı” qatmaq istəmədiniz?
- Yox. Mənim musiqim biznes deyil. Restoran açanda onu uğurlu etmək, çoxlu müştəri cəlb etmək üçün plan qurursan. Mən isə yalnız insanları təəccübləndirəcək mahnını necə yazacağımı düşünürəm. Həmin anda bəstəni yalnız sən qiymətləndirə bilirsən. Onun dinləyiciyə necə təsir edəcəyini fikirləşirsən. Bəxtim gətirdi ki, 2006-cı ildə işıq üzü görən "Still” mahnım heç bir narazılıq olmadan radiolarda səsləndirildi və sevildi. Bu da mənə məşğul olduğum bu sahəni davam etdirmək gücü verdi. İndi isə mahnımın radio və televiziyada qəbul olunub-olunmamasını düşünmürəm. Artıq mən hər şeyi başa düşürəm. Amma bu, əsas deyil. Mənim üçün ən önəmlisi odur ki, mənim yaradıcılığım maddiyyatdan asılı deyil. Çalışmıram ki, mahnı yazım sevilsin, hansısa bir qonorara layiq görülsün. Çünki mənim əlavə qazancım var. Bax, indi burda oturub (müsahibə Eminin rəhbəri olduğu "Crocus City Hall”da alınıb – red.) biznesimlə məşğulam. Səhnəyə çıxır, mahnı oxuyuram, çünki bu mənə də, insanlara da xoş olur.

- Sizin ürəkdən oxuduğunuz mahnılarınız var. Amma məncə, sizin repertuarınızda səs-küy doğuran hit yoxdur ki, ondan mükafatlar, yüksək qonorar qazanasınız...
- Nə üçün? Xoşbəxt olmaq üçün? Qonorarımın miqdarını yüksəltmək üçün? Mən özüm istədiyim bir işlə məşğul oluram. Asta-asta, daşı daş üstünə qoya-qoya musiqi yaradıcılığımı qaldırmışam – həm burada, həm də xaricdə. 2006-cı ildən peşəkarcasına musiqi ilə məşğul oluram. Amma ilk albomumu 1998-ci ildə çıxarmışam. Onu hər yerdən yığışdırdım, ancaq yaddaşımdan silə bilmirəm (gülür). Mənim yaradıcılığımı qəbul etməsəydilər, heç kimin diqqətini çəkməsəydim də oxuyacaqdım. Əsas odur ki, musiqi qəlbimdə yaşayır və onu kimin üçünsə oxumaq mənə önəmli deyil. Deyə bilmərəm ki, mənim çatışmayan cəhətim yoxdur. Xeyr, mən yaradıcılığımda yeni mərhələyə qalxmağı arzulayıram. Mənim dinləyici auditoriyam genişlənib. "Krokus”u doldurmaq böyük uğurdur. Qriqoriy Lepsin, "Bi-2”nın konsertləri anşlaqla keçir. Bir müğənni üçün 2 min biletin satılması asan iş deyil. Məndə də bu alınır. Bölgələrdə də bunu etmək istəyirəm. Yayda tura çıxacam. İnanıram ki, o qədər tamaşaçı toplaya biləcəm. Zalın hamısı dolmasa da, 70 faizini dolduracam.

- Birdən o qədər tamaşaçı toplamasanız?
- Bu cür halla qarşılaşmışam. Hər bir yaradıcı insan belə halla qarşılaşıb. Əgər tamaşaçı yığa bilmirsənsə, demək, növbəti dəfə yığacaqsan.

- Atanız musiqi ilə məşğul olmağınızı nə vaxt ciddi qəbul etdi?
- O, məni tanıyır. Bilir ki, nəyəsə əl qoydumsa, ona çatmağa çalışacam. Başımı divara döyəcəm, amma edəcəm. Mən onun əməyinin bəhrəsiyəm. O, məni tərbiyə edib və necə varamsa, elə olmağı öyrədib.

- Bu sahədə sizin üçün Müslüm Maqomayev də çox şey edib...
- O, məni uşaqlıqdan tanıyırdı. Mənim oxuduğumu bilən kimi demişdi: "Bura gəl, oxu”. O dərhal röyalın arxasına keçib, çalmağa başladı. Mən isə dayanıb əsirəm, hansı tonda oxuyacağımı bilmirəm: "Xahiş edirəm, mənə toxunmayın. Sizin yanınızda ağzımı belə açmaq, danışmaq belə istəmirəm”. Üzüm qıpqırmızı olmuşdu. "Sən oxumalısan və heç nəylə fikrini dağıtma”, - deyə bildirdi. Onun yubileyi olanda oxudu və sonra "İndi mikrofonu dostumun oğluna verirəm” deyib məni çağırdı. "My way” mahnısını oxuduq. Mənimlə çox ciddi davranırdı.

- Həmkarlarınızdan bəzilərinin dostluq adı altında əslində maddiyyat güddüyünü necə başa düşürsünüz?
- Bunu anlamaq çətin deyil. Bununla böyümüşəm. İnsanlar özləri də az keçmədən başa düşürlər ki, ya biz dostluq edirik, ya da biznesimiz. Mən hər zaman aydın görürəm ki, şou-biznesdəki kim mənimlə ciddidir, kim yox. Bəlkə də mən bu düşüncələrimdə təkəbbürlü və sözü üzə deyən olmuşam. Məsələn, deyə bilərəm: "Konkret deyin, nə istəyirsiniz?”. Bu, qarşımdakı insanın da işini asanlaşdırır. Məsələn, deyir ki, konsert verməyimə kömək edin. Amma elə insanlar da var, başa düşürlər ki, mənim dostluğumdan sui-istifadə etmək lazım deyil.


Şərhlər:
Baxılıb: 586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz