Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nuridə Əliyeva: "Soyunmaqla model olmaq mümkün deyil." - müsahibə
Nuridə Əliyeva:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2466
Səs ver:
Nuridə Əliyevanın müsahibəsini təqdim edir.
 
- Nuridə, oxucularımıza sizi necə təqdim edək? Model, yoxsa aktrisa kimi?

- Model Nuridə Əliyeva.
 
- Bir az keçmişdən başlayaq. Uşaqlığınız necə keçib?

- Uşaqlığım çox şən keçib. Buna baxmayaraq hər zaman tək olmağı sevirdim və bundan həzz alırdım. Balaca olanda oğlanlar mənə "acıdil” deyirdilər.
 
- Modelliyə həvəsiniz necə yarandı? Nə vaxt qərar verdiniz ki, siz məhz model olmalısınız?

- Uşaqlıqda barbi gəlinciyimin podiumda addımlamasının şəklini çəkməyi çox xoşlayırdım. Böyüyəndə şəklini çəkdiyim qıza çevrilməyə qərar verdim.
 
- Valideynləriniz bu istəyinizi necə qarşıladı?

- Bizim ailədə hər zaman hörmət olub. Mənim seçimimə də valideynlərim hörmətlə yanaşdı.
 
- Modellikdən qabaq hansı işlə məşğul olmusunuz?

- Modellikdən əvvəl işləmirdim, təhsil alırdım. Xarici Dillər Universitetində oxumuşam.
 
- Model olmasaydınız hansı peşəni, işi seçərdiniz?

- Astronavt.
 
- Mütaliə etməyi çox sevirsiniz. Hansı yazıçıların əsərlərini oxuyursunuz?

- Dostoyevski, Bulqakov, Saltıkov-Şedrinin yaradıcılığını çox sevirəm. Bununla yanaşı Rey Bredberinin hekayələrini, Con Tolkienin nağıllarını, Stefan Sveyqin novellalarını da xoşlayıram.
 
- Bu günə kimi hansı əsər sizi sarsıdıb?

- Stefan Sveyqin "Naməlum qadının məktubu” novellası məni çox təsirləndirdi.
 
- Bəs Azərbaycanda hansı yazıçıları tanıyırsınız?

- Azərbaycan ədiblərındən Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Abbasqulu Ağa Bakıxanovu çox sevirəm.
 
- Nuridə, çox gəncsiniz, cəmi iyirmi dörd yaşınız var. Bu yaşda öz ayaqların üstə dayanmaq, heç bir yerdən yardım, kömək gözləmədən həyatla mübarizə aparmaq çətin deyil ki?

- Arzularımı həyata keçirmək üçün həyat özü məni bütün imkanlarla təmin edir.
 
- Gələk əsas suala... Yəqin ki, bu sualın cavabı bir çox adamı maraqlandıracaq.  Necə oldu ki, çılpaq şəkillər çəkdirməyə qərar verdiniz? Sizdən öncə heç bir model bu addımı atmamışdı... Qismən soyunanlar var idi, amma sizin kimi heç kim belə cəsarətli fotolar çəkdirməmişdi...

- Heç kimin etmədiyini etdim, çılpaq şəkillər çəkdirdim, yenilik etmək istədim. Şəkillər saytlarda, sosial şəbəkələrdə yayılanda insanlar bunu xoş qarşılamadılar. Hər kəs öz səviyyəsinə uyğun tənqid elədi. Yəqin, siz özünüz də şəkillərin altına yazılan şərhləri oxumusunuz.
 
- Yəqin ki, ailənizin bu şəkillərdən xəbəri var. Onların reaksiyası necə oldu?

- Əlbəttə onlar bu şəkillərin hər birini görüb. Mənim karyeramın başlanğıcında onlar nəyə getdiyimi bilirdilər. Hər zaman mənimlə həmfikir olublar.
 
- Sizin fotosessiyanızdan sonra bir neçə model də çılpaq şəkillər çəkdirdi. Lakin onlar sizin qədər tanınmadılar. Bunun sirri nədir?

- Əsas kəmiyyət yox, keyfiyyətdir. Mən hər hansı bir qərarı verdikdə o işə canımı, ürəyimi qoyuram. Düzünü desəm, mən bunu publika üçün yox, özüm üçün etmişdim. Yeni başlayanda birdən-birə belə gurultulu alqışları təsəvvürümə belə gətirə bilməzdim. Bilmirəm, məndən sonra belə şəkilləri kim çəkdirib, sözün düzü, bu məni heç maraqlandırmır da. Vacibi sərhədi keçməməkdir. Yəni incəsənətin bitdiyi yerdə biabırçılıq və tərbiyəsizlik başlayır.
 
- Hər soyunan model ola bilərmi?

- Soyunmaqla model olmaq mümkün deyil.
 
- Estetik əməliyyat elətdirən xanımlara necə baxırsınız?

- Cavan yaşlarda belə üsullardan istifadə etmək düz deyil. Belə bir məşhur deyim var: "Hər bir qadın gözəldir, çirkin qadın yoxdur, baxımsız qadın var”.  Mən bu fikirlə tam razıyam. Amma yaşlanandıqca  bəzi hissələri korlamamaq şərti ilə korrektə etmək olar.
 
- Sizin şəkillərinizin altına yazılan şərhlərdə estetik əməliyyat olunduğunuzu deyirlər. Bu yalandır, ya doğrudan da estetik əməliyyat olunmusunuz?

- Bunların hamısı yalandır. Mən yaxşı genetik quruluşa malikəm və gündəlik idmanla məşğul olmağım bu quruluşu qoruyub saxlamağa imkan verir.
 
- Xüsusi bir pəhriz saxlayırsınız?

- Yox, sadəcə düzgün qidalanıram.
 
- Nuridə, səmimi cavab verməyinizi xahiş edəcəm. Heç olurmu şəkillərinizə baxıb peşman olasınız? Kifayət qədər gözəlsiz, soyunmasaydınız da indiki qədər tanına bilərdiniz...  Heç bu haqda düşünmüsünüz?

- Addımı atanda xoşbəxt oluramsa, deməli peşman olmağa dəyməz.
 
- Siz tanınmaq üçünmü lüt şəkillər çəkdirdiniz?

- Bu şəkillərsiz də tanına bilərdim, baxmayaraq ki, tanınmaq alovu ilə heç vaxt yanmamışam. Sadəcə olaraq özüm üçün etdiyim bir iş böyük rezonans yaratdı.
 
- Bir çox televiziya proqramlarından sizə iş təklifi gəlir, ancaq siz qəbul etmirsiniz. Sizi təklif olunan qonorar qane etmir, yoxsa?

- Məni dəvət aldığım verilişlərin formatı qane etmir.
 
- Hər hansı yerli, ya da xarici filmə dəvət almısınız?

- Təkliflər olub. Ancaq bu təkliflər məni qane etməyib.
 
- Erotik filmə çəkilməyi təklif etsələr, çəkilərsiniz?

 - Xeyr.
 
- Ailə qurmağa münasibətiniz necədir? Sizcə insanlar məntiqlə ailə qurmalıdır, yoxsa sevərək?

- Məhəbbət və məntiq bir-birinə əks olsalar da ailədə hər ikisi vacibdir.
 
- Sevgiliniz varmı?

- Şəxsi həyatım barədə danışmağı sevmirəm. Elə buna görə də şəxsi həyat adlanır.
 
- Sevginin anlamı nədir sizin üçün?

- Sevgi  corabların və qırmızı dodaq boyalarının satılması üçün reklamçılar tərəfindən icad olunub (Gülür).
 
- Aşiq olmusuz?

- Bəli, bizim eradan əvvəl.
 
- Bir gün aşiq olsanız və o adam sizdən modelliyi atıb, evdar xanım olmağınızı istəsə razılaşarsınızmı?

- Qabaqcadan bu barədə  heç nə deyə bilmərəm, yaşayarıq, görərik.
 
- Hansı kişilər sizin zövqünüzcədir, ağıllı yoxsa yaraşıqlı?

- Şəxsən mənim üçün kişilərdə əsas yumor hissi, intellekt və kişilikdir.
 
- Əsl kişi necə olmalıdı?

- Ağıllı və səxavətli.


Şərhlər:
Baxılıb: 2466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz