Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Şahinin üçüncü həyat yoldaşıyam, buna çox normal baxıram"
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1110
Səs ver:
Keçmiş model, indiki vizajist Səbinə Allahverdiyeva "Zərif qəhrəman”ın qonağı olub.

İçkili məclislərdən yaxasını çəkdiyini deyən Səbinə daha halallıqla qazanmaq arzusundadır.

"Nə vaxtsa mənə desəydilər bu sənətdən bezəcəksən inanmazdım. Düz 13 il model kimi fəaliyyət göstərmişəm. Elə podyumlar olmayıb ki, ora dəvət olunmayım. Hamı bilirdi ki, işimə qarşı necə məhsuliyyətli yəm. Keçən il özümü aktrisa kimi də sınadım. Əgər hicablı xanım rolları olsa, bu gün də çəkilə bilərəm. Amma model sənəti mənim üçün artıq bitdi. İbadət etdiyim üçün içkili məclislərdən uzaqlaşmaq istəyirdim. Hazırda vizajist kimi çalışıram. Halallıqla qazanmaq istəyirəm”.

Rejissor Şahin Zəkizadə ilə ailə quran Səbinə ilk tanışlılarından da söhbət açıb. O deyir ki, Şahin ilk baxışda ona bir qədər özündən razı görünsə də, zamanla bu fikrindən daşınıb.

"Şahinlə 9 il əvvəl Nadir Qafarzadənin klipində tanış olmuşduq. Hər zmaan onu kənardan izləyirdim. Deyirdim necə də özündən razıdır. Çəkilişlərdən sonra bir çox məclislərdə onunla rastlaşırdıq. Bu yay məni serial çəkilişlərinə dəvət edəndə Şahin də orda idi. Ünsiyyət qurduqdan sonra bildim ki, heç də hər şey kənardan göründüyü kimi deyil. Gərək insanı tanıyasan. Şahinin yadına salırdım ki, Nadirin klipindəki qız mənəm".

Tez-tez mediada Zəkizadənin Səbinədən əvvəl iki dəfə ailəli olduğu barədə xəbərlər çıxmağa başladı. Səbinənin dediyinə görə, bütün baş verənləri çox normal qarşılayır. Əsas xarakter uyğunluğudur.

"Mən Şahinin üçüncü həyat yoldaşıyam. Burda heç bir problem görmürəm. İnsanları başa düşmək lazımdır. Niyə də hər şeyin mənfi tərəfini düşünək? Evlənib boşanıbsa, deməli xarakterləri tutuşmayıb. Bizim Şahinlə xarakterlərimiz eynidir. Bir-birimizi çox yaxşı başa düşürük. Ona görə də onun neçə dəfə evlənməsi mənə problem olmadı. Həyat davam edir”.


Şərhlər:
Baxılıb: 1110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz