Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilim mənə anamla xəyanət etdi (oxucu məktubu)
Sevgilim mənə anamla xəyanət etdi (oxucu məktubu)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 19398
Səs ver:
Mən sizin saytın ən sadiq userlərindən biriyəm, ona görə də Anonim niki ilə yazmağı qərara aldım.
Xəyanətin ən dəhşətlisini yaşamışam. Hətta psixoloji yardım alıram illərdir..
Mən imkanlı bir ailənin qızıyam. Atamı itirsək də, heç bir çətinliyimiz olmadı. Bir gün həyatımın insanı ilə qarşılaşdim. Çox sevdim. Sevildiyimə də inanırdım. Hər şey elə gözəl idi, tez-tez görüşürdük, evimizə də gəlirdi.1 həftə sonra nişanımız olacaqdı. Anam da onu çox bəyənirdi. Münasibətləri də xoş idi, mehriban idilər.
Bir gün işdə yeməkdən zəhərlənmişdim, evə tez gəlməli oldum. Yataq otağıma keçəndə, anamın otağından boğuq səslər eşitdim, bu vaxtlar anam yatmış olurdu. Fikirləşdim ki, anama nəsə olub, qaça-qaça digər otağa keçdim...
Dəhşət! Şok oldum....Anam və sevgilim yataqda...Sanki öləcəkdim, boğulurdum...Məni gördülər..Necə iyrənc, necə alçaq insanlardır...Ağzımdan gələni dedim. Qışqırırdım, onlarsa ağzımı bağlamağa çalışırdılar...
Beləcə xeyli çabaladıq, əlbəyaxa olduq. Sonra huşumu itirdim, ayılanda otağımda idim, qapı da bağlı. Qışqırmağa başladım..Anam yalvarırdı, atamdan sonra tək olduğunu, pis günlər keçirdiyini söyləyirdi ...
Nə isə...Məni psixoloq yanına apardı. Çətin günlər keçirtdim.
Indi artıq keçdi, yaxşıyam. Tezliklə nişanım olacaq, əlbəttə başqası ilə. Amma hər şeyə şübhə ilə yaxınlaşıram. Nişanlımı izləyirəm, telefonunu yoxlayıram, hətta başqa profillər açıb facebookda onunla danişıram. Bilmirəm nə edim? Rahat olmaq istəyirəm. Bu şübhələrimin bitməsini istəyirəm.
Anamı da bağışlaya bilmirəm. Anamdan da, qadın qohumlarımızdan da şübhələnirəm. Anam toydan sonra onunla yaşamamızi istəyir ,indiki nişanlım da razıdır. Evin tək qızıyam. Boyük evimiz var. Qorxuram, o hadisə yenə təkrarlanar.
Daima narahatlıq içində yaşamaq istəmirəm. Amma nişanlımın maddi imkanı elə da yaxşı deyil. Ayrıca ev tutub, yaşamaq çox çətin olacaq. Həm də nişanlım bizdə yaşamağı təkid edir, mənim niyə razılaşmamağımı başa düşə bilmir. Axı ona olanları necə danışım. Yalvarıram məsləhət verin, mən necə edim?


Şərhlər:
Baxılıb: 19398
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz