Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müğənni Elnarə: Zorakılığa məruz qalmışam
Müğənni Elnarə: Zorakılığa məruz qalmışam
Göndərən: Gulu-Qezi
Şərhlər:
Baxılıb: 1361
Səs ver:
Şou qadınları zora qarşı.

Günümüzdə aktual mövzulardan biri də qadınlara qarşı zorakılıq hallarının artmasıdır. İstər cəmiyyətdə, istərsə də mətbuatda bu cür xəbərlərə tez-tez rast gəlirik. Hətta sənət adamları da verilişlərdə kişilərin qadınlara qarşı tətbiq etdiyi zorakılığı tənqid etməkdənsə, onlara haqq qazandırırlar.
Mövzu ilə əlaqədar xanım sənətçilər arasında sorğu aparıb və onların fikirlərini öyrənib:

Müğənni İradə İbrahimova:
"Qadınların  şiddətə məruz qalmasını qəbul etməməliyik, bu cür hallar qarşısında susmamalıyıq. Qadınlar dünyanın bir çox yerlərində şiddətə məruz qalır.  Şiddət yalnız bədənimizə zərər vermir, düşüncələrimizə də ziyan verir. Şiddət hüquqlarımızı qorumaq haqqımızı da zəiflədir və yox edir. Gələcəyimizin gözəl olması üçün "Şiddətə yox” deməliyik. Qadınların, gənclərin maariflənməsi lazımdır, qızlarımızı oxutmalıyıq. Ətrafımızda şiddətə məruz qalanları görəndə onlara kömək etməliyik. Zorakılıq törədənlərə etirazımızı bildirməliyik. Qadınlar zərif məxluqlardır, onları qorumaq, sevgi göstərmək lazımdır. Gələcəyimizin parlaq olması üçün qadınları xoşbəxt etməliyik. Qadın xoşbəxt olarsa, cəmiyyətə daha faydalı, savadlı övlad bəxş edər. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin firavan olması üçün qadınları qoruyaq”.

Müğənni Ayan Babakişiyeva:
Nəinki qadına, ümumiyyətlə, heç kim heç kimə zorakılıq göstərməməlidir. "Qadına qarşı şiddətə yox” deyirəm, bu cür aksiyalarda da iştirak etməyə hazıram. Təbii ki, istəməzdim qadınlar şiddətə məruz qalsınlar. Heç vaxt zorakılıq halları ilə qarşılaşmamışam.  Təsəvvür belə etmirəm ki, şiddətə məruz qalsam, nə edərəm. Qadın zəif yox, zərif məxluqdur.  Qadınlar çox güclü olurlar. Qadınları sevib diqqət mərkəzində saxlamaq lazımdır. Kişilər, qadınlarınıza sahib olmayın, sahib çıxın.  Xoşbəxt qadın sağlam cəmiyyət deməkdir. Qadınları hüquqlarını qorumağa, haqlarını tələb etməyə çağırıram. Şiddət qarşısında susmasınlar”.

Müğənni Elnarə Xəlilova:
"Heç vaxt fiziki zorakılığa məruz qalmamışam, lakin mənəvi zorakılığa məruz qalmışam. Bəzən etmək istəmədiyim şeyləri düşdüyüm duruma görə etmişəm. Fikri zorakılığa da məruz qalmışam. Məcburən kiminsə haqqında fikirlərimi dəyişmişəm. Qadınların şiddətə məruz qalmasının əleyhinəyəm. Şiddətə fikrim birmənalı pisdir.  Allahın yaratdığı  insana, heç bir şeyə  zorakılıq göstərməməliyik. Bu çox mənfi haldır. Zorakılığa məruz qalsam, özümü müdafiə edərəm, mübarizə apararam. Özümü zəif hiss etmirəm, həyatım boyu mübarizə aparmışam. İndi də kimlərləsə hansısa amal uğrunda mübarizə aparıram. Bizim cəmiyyətdə zorakılığa məruz qalıb polisə şikayət edən qadınlar çox azdır. Hesab edirəm ki, insan hüquqlarını müdafiə etmək üçün polisə müraciət etməlidir. Lakin mən belə bir halla qarşılaşsaydım, polisə müraciət etməzdim. Mənim durumum fərqlidir. Sıradan qadın olsaydım, bu addımı atardım. Elnarə Xəlilova olduğuma görə mediaya çıxmamaq üçün polisə getməzdim, qorxardım.

Zorakılığa məruz qalan qadınlara məsləhətim odur ki, hüquq-müdafiə orqanlarına müracət etsinlər, hüquqlarını qorusunlar.  Tanınmış qadınlara isə məsləhət verə bilmərəm, mən də onlardan biriyəm. Kənardan şiddətə məruz qalsam, ilk olaraq həyat yoldaşımla məsləhətləşərəm, o nə desə, onu edərəm”.

Prodüser Təranə Səmədova:
""Qadına qarşı şiddətə son” deyirəm. Qadın zərif məxluqdur, onu qorumaq, arxasında durmaq lazımdır. Səmimi etiraf edəcəm, zorakılığa məruz qalmasam da,  fiziki təyziqlərə məruz qalmışam, bu insanlardan da canımı sağlam yolla qurtarmışam. Bu gün həyatımdan çox razıyam, həyatımda olan insan qadına əl qaldırmağın əleyhinədir. O düşünür ki, ağıllı, kamil, özünə hörmət edən şəxs qarşısındakı qadına hörmət edir və onun səhvini sözlə başa salır. Qadın başa düşmürsə, deməli,  yaxşı qadın deyil və vaxtında ondan ayrılmaq, uzaqlaşmaq lazımdır. Mən də bu fikirləri doğrultmuşam ki, mənə nə əl qaldırılıb, nə də kobud söz deyilib. Münasibətimizdə hər şey  qaydasında gedir”.

Rəqqasə Oksana Rəsulova:
"Çox aktual mövzudur. Hər zaman qadına qarşı zorakılığın qarşısının alınması ilə bağlı keçirilən  sosial tədbirlərdə iştirak etmişəm. Qadın zorakılığını alqışlamıram.  Bu yaxınlarda "Qadın zorakılığına stop” aksiyasında iştirak etdim, fotosessiya da oldu. Həmin aksiyaya məni "Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin sədri Kəmalə Əliyeva dəvət etmişdi. Orada tanınmış simalar öz devizləri ilə çıxış edirdilər. Mənim də devizim bu idi:

"Kişilər qadına nə qədər əzab verirlərsə, artıq sonda sevgi verəndə o mənasız olur. Bir qadına əl qaldıranda ilk öncə ananı, bacını, qızını fikirləş. Əsl kişi ol, əif məxluq olmaq qadına yaraşar”.

Bir-iki qadının zorakılıqla mübarizə aparması bu məsələni həll etməz. Gərək hər bir qadın zorakılıqla mübarizə aparsın. Qadınların hüquqları var. Səbəbli və ya ya səbəbsiz zorakılıq olmur.  İnsan anlaşa bilmirsə, ayrılmalıdır. Qadın güclüdür və sözünü demək haqqı var. Qadınlara dəstək aksiyaları tez-tez keçirilsə, daha yaxşı olar. Qadınlar bu mövzuda bir-birinə  dəstək olmalıdır”.

Müğənni Sevinc Ağaşirinova:
"Hər qadın anadır, övladdır, bacıdır. Qadınları qorumalıyıq. "Zorakılığa yox” deyirəm. Şiddətə məruz qalmamışam. Bu cür hallarla qarşılaşsam, hüquqlarımı tələb edərəm, özümü qorumağı bacararam. Biz zəif deyilik, yeri gələndə kişilərdən də güclü oluruq. Kişilər bizi zəif sayıb zorakılığa məruz qoymamılıdır. Bir kişi qadınını sevməlidir, ona qayğı göstərməlidir. Bir qadın yalnız şiddətə məruz qalanda zorakılıqla mübarizə aparmamalıdır.  Hər birimiz zorakılıqla mübarizə aparmalıyıq, etirazımızı bildirməliyik. Təyziq olan yerdə sevgi bitir. Kişilərimizi qadınları sevməyə, onlara sahib çıxmağa səslənirəm. Çünki biz övladıq, anayıq, bacıyıq”.

Rəqqasə Fatimə Fətəliyeva:
"Bu mənim ən zəif yerimdir. Qadın zorakılığına qarşı susmaq lazım deyil. Azərbaycan qadınları dünyanın ən güclü qadınlarıdır.  Mənə qarşı  zorakılıq olunsa, bunu qəbul etmərəm. Mən ağıllı və güclü qadınam. Hər zaman cəmiyyətdə öz yerimi bilib, hüququmu tələb etmişəm. Bütün xanımlara da tövsiyə edirəm ki,  zorakılıq qarşısında susmasınlar”.

Bəstəkar-şairə Günel Sərdarqızı:
"Ümumiyyətlə həmişə demişəm ki, beynin olmadığı yerdə yumruqlar danışır. Çox şükür ki,  zorakılığa məruz qalmamışam. Belə halla qarşılaşsam, qarşımdakı insan məndən daha çox zərbə alar. Sakit qarşılaya bilmərəm. Məntiqin olmadığı yerdə özümü məntiqli apara bilmərəm. Qadınlar zərif məxluqdur.  Kişilərə doğuşdan güc veribsə, o zorakılıq törətməkdənsə, zəifləri qorumalıdır, gücündən bu cür istifadə etməlidir.  Zorakılığa məruz qalan qadınlar  hüquq-müdafiə orqanlarını unudub. Düşünürlər ki, bu mənim həyat yoldaşımdır. Xeyr, elə deyil. Həyat yoldaşın sənə əl qaldırırsa, o artıq cəmiyyətə yararsız məxluqdur və gələcəkdə qonşuyada, yolda gedən birisinə də əl qaldıra bilər. Zorakılığa məruz qaldınızsa, gedin polis idarəsinə, deyin filan kəs mənə əl qaldırdı. Əgər bu adam həyat yoldaşıdırsa, həyat yoldaşı olduğunu göstərməlidir. Bu insan  sizi vurursa, deməli, artıq həyat yoldaşı deyil. Həyat yoldaşı olmayan insanları niyə şikayət etmirsiniz? Bizimkilər qorxur, amma bilin ki, o insanları tərbiyə eləməliyik. Qadınlar səslərini içlərinə salıb ağlamaqla məşğul olmamlıdır.  Fərqi yoxdur bu adam sənin atandır, qardaşındır, ərindir. Bu insanları cəmiyyətə yararsız susaraq edirik. Susmayaq, haqqımızı tələb edək


Şərhlər:
Baxılıb: 1361
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz