Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Elnur Hüseynov: "Medcezir serialına çəkiləcəyəm" - Müsahibə
Elnur Hüseynov:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2717
Səs ver:
Türkiyənin məşhur "O səs Türkiyə”  müsabiqəsindəki çıxışı ilə hər kəsi heyran edən Elnur Hüseynov müsahibə verib. 

- Necə oldu ki, yolunu "O səs Turkiyə” dən saldın?

- Bu müsabiqəyə qatılmağım yaxın dostlarımın böyük dəstəyi nəticəsində oldu. Bir gün İstanbula getdim və dostlarım israrlı şəkildə mənim bu müsabiqəyə qatılmağımı istədi. Mən də düşündüm ki, artıq zamanıdır.

- Münsiflər heyətinin bütün üzvləri səni istədiyi halda, sən Ebru Gündəşi seçdin. Niyə?

- Mən hissiyatımla seçim etdim. Ebru xanımın sənəti ortadadır. Münsiflər heyətində mənimlə eyni səhnəni bolüşən Hadisə də var idi. Onu seçməyi düşünmədim. Çünki, buna görə məni qınayardılar.

- Çıxışın Azərbaycanda birmənalı qarşılanmadı. Bəziləri "Elnur üçün "Eurovision”dan sonra o səhnə balacadır” dedi. Bəziləri isə əksinə, bu addımı alqışladı. Sənin fikrin necədir?

- Düzdür insanın özünə də xoş gəlmir eyni səhnəni bölüşdüyü birinin qarşısında ifa etsin və o da münsif kimi səni dəstəkləsin. Mən ora sadəcə performans üçün çıxdım. Qalib olsam da, olmasam da düşünürəm ki, yaxşı ifa etdim.

- Elnurun Türkiyədə bugünkü durumu necədir? Orada Azərbaycandan fərqli bir şou-biznes var. Özünü orada gorürsənmi?

- Mən hər zaman Azərbaycan şou-biznesindən uzaq gəzmişəm. Çünki bizim şou-biznes saxta fiqurlar üzərində qurulub. Düşünürəm ki, müğənni konsertlər verməli, albom çıxarmalı və tədbirlər keçirməlidir. Azərbaycanda belə deyil. Müğənni bunların heç birinə üstünlük vermir. Sadəcə, pul qazanmaq üçün başqa üsullar seçir. Qalmaqal və toylara getmək! Bu, məni Azərbaycan şou-biznesindən soyudur. Türkiyədə isə tam fərqli bir şou-biznes gördüm, burda müğənnilər sadəcə şou-biznes üçün çalışmır, öz işlərini görür. Başqa sözlərlə desək, işləri ilə gündəmə gəlir. Mənim şou-biznesə daxil olmaq fikrim yoxdur, sadəcə öz işimi görmək və Azərbaycanı təmsil etməyi düşünürəm.

- Belə anladım ki, bundan sonra işinə Türkiyədə davam edəcəksən.

- Bir yerdə dayanmağı düşünmürəm. Əgər işimi layiqincə görə bilsəm, Azərbaycanı tək Türkiyədə yox, Avropada təmsil etməyi düşünürəm.

- "O səs Türkiyə”də ən güclülərdən biri, bəlkə də birincisisən. Bu haqda səslənən fikirlər necədir?

- Finala qədər uzun və çətin yol var. Düşünürəm ki, gəlib çata bilərəm. Amma qalib olmağım mümkünsüz görünür. Çünki, bu, səsvermə yolu ilə olacaq. İnanmıram türk tamaşaçısı məni birinci seçsin. Mahnı müsabiqəsinin adı "O səs Türkiyə”dir. Düşünürəm ki, hər il olduğu kimi qalib türkiyəli iştirakçı olacaq.
 
- Türkiyədən əvvəl Elnurun qiymətini Avropa da vermişdi. Sonra nə baş verdi? Niyə Elnurun parlaması bir neçə il sürdü?

- Mən media və gündəmdən uzaq qalmağı seçdim. Çünki, bu cür yollarla məşhur olmaq istəmədim. Toylar üçün qalmaqalla məşhurlaşmaq mənə lazım deyil. Onsuz da bu işlə məşğul olan xeyli insan var.

- Səncə, Elnur tənbəldir?

- Xeyr, əksinə çox çalışqanam. Bu illər ərzində özümü başqa sahələrdə də sınadım.

- Türkiyə mediasının və efirlərinin müntəzəm qonağı olursan, təəssüratın necədir?

-Çox yaxşı. Həm Türkiyə, həm Azərbaycanda sevilmək gözəl duyğudur. Azərbaycanda olduğu kimi, Türkiyə mediasından və verilişlərindən də uzaq qalmağa çalışıram. Mənim üçün işimi görmək daha önəmlidir. Bu, mənim prinsipimdir.

- Gələcək planlar?

- Avropada konsert turu keçirmək istəyirəm. Yeni bir xəbər də deyim. Türkiyənin çəkdiyi "Medcezir” serialına təklif almışam və yaxın müddətdə çəkilişlərə başlayacağam. İlk xəbəri sizə dedim. Təəssüf ki, daha ətraflı məlumat verə bilməyəcəyəm. Yanvarda Bakıda Yaşıl Teatrda konsertim gozlənilir.

- Bu o anlama gəlir ki, "Elnur Azərbaycandan inciyib” deyənlər yanılır, hə?

- Azərbaycan mənim Vətənimdir. Əlbəttə, inciməmişəm. Harda olsam, ürəyim Vətənimlə və soydaşlarımla döyünür. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.


Şərhlər:
Baxılıb: 2717
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz