Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
‘Evlənməyə hazırlaşdığım oğlanı bacımla tutdum’ - Real
‘Evlənməyə hazırlaşdığım oğlanı bacımla tutdum’ - Real
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 12588
Səs ver:
Əzablarımdan qurtula bilmirdim. Onu sevdiyimə görə, hər kəs mənə düşmən kəsilmişdi. Yaşamaq istədiyim sevinclərim, xəyallarım suya düşürdü bir-birinin ardınca. Ümidlərim sırayla yox olurdu sanki. Çünki sevgilimin iç üzünü mənim kimi ətrafımda olan bütün tanışlarım öyrənməyə başlamışdı. İndi utandığımdan çox vaxt nə evdən çıxır, nə universitetə gedir, nə də dostlarım, rəfiqələrim, tanışlarımla görüşürdüm. Əyləncələrə də getmək istəmirdim. Sanki hər şeyə həvəsim ölmüşdü...

...Bu da sonu. Yolun sonundaydım. Ondan ayrılmağa qərar vermişdim. Yaşadığım - əgər buna yaşamaq deyilə bilərsə - bir otaqlı evdə baxdığım hər nöqtə həyatımın sonsuzluğa – uçuruma yuvarlandığını mənə sanki sübut etməyə çalışırdı. Gözümü yumurdum ki, Raufun üzünü, gözlərini unudum heç olmasa bir-iki anlıq da olsa...Amma ölməsəm deyəsən, Raufu unutmağım mümkünsüz olacaq. Çünki sevirdim adamı bütün qəlbimlə, dəlicəsinə. Az qala hər gün qarşılaşdığım xəyanətlərin belə taleyimdə sevdiyim yeganə insanı əlimdən almağa gücü çatmırdı. Mən onu sevirdim. O qədər çox sevirdim ki, ən yaxın iki rəfiqəmə göz dikərək onlarla gizlicə əylənmələrinin üstündən də göz yumaraq keçdim. Qısa müddətli küsüb barışmalar istisna olmaqla. Hətta çox az adamın bildiyi bir həqiqət də mənə ayrılıq barədə qəti qərar verməyə kömək etmədi. O mənim kiçik bacım Sevinclə gizlincə görüşmüşdü. Bu barədə mənə bacım elə bir vaxt söyləmişdi ki, mən həmin günlərdə sevdiyim bir şəxsin olduğunu, bir-birimizi sevdiyimiz və artıq birlikdə evlənməyə hazır olduğumuz barədə qərar verdiyimizi evdə söyləməyə hazırlaşırdım. Sevincin ağzından tökülən sözlər məni yerimdəcə dondurmuşdu. Necə yəni Sevinclə 9 aydır birlikdədirlər??? Sevincə aşiq olduğunu demişdi sevgilisi. Kiçik bacım elə ağız dolusu sevgilisindən danışırdı ki...O, çox xoşbəxt görünürdü...Sanki qanad açıb uçacaqdı sevincdən, səadətdən. Daha doğrusu, mənim ərə getməyə hazırlaşdığım, həyatımı, şirin canımı belə qurban verməyə tərəddüdsüz hazır olduğum insandan danışırdıq. Donub qalmışdım yerimdə. Beynim, ürəyim, bədənim sanki donmuşdu əbədi. Sevinc yaşadıqlarını mənə utana-uatana danışdı, evdə heç kəsə, "mamaya, papaya da demə” - deyə mənə and verdi, yalvardı. Bacım ən yaxın günlərdə nişan taxıb və həmən toy edəcəklərini mənə deyəndə, sanki dünya durdu bir anlıq gözümdə. O dedi ki, hazırlaşıb çıxıb bu gün Raufla görüşəcək və son qəti qərarlarını verəcəklər. Bacım qapıdan çıxanda diqqətlə məni süzdü. Hətta təəccüblə üzümə baxıb dedi ki, mən niyə  ona acıqlanmadım, hirslənib ağzıma gələni demədim etdikləri üçün. Sevincin suallarına sükutla cavab verib başımı qucaqladım. Başım çox ağırlıq edirdi mənə. Saxlayammırdım başımı üstümdə. Səssizlikdən başqa heç nə eşitmir, hiss etmirdim. Ayağa qalxıb telefonumu axtarmaq istədim. Sümüklərimin, canımın ağrısından oturduğum yerdən qalxammadım...

Bu 12 sentyabr günüydü. Həyatımda heç vaxt unuda bilmədiyim sentyabrın o ən acı günü. Evimizi birdəfəlik tərk etdiyim həyatımın o ən əzablı günlərimdən biri. Raufla 3 gün sonra mənim ad günümü təntənəli qeyd etməyə hazırlaşırdıq. Biz iki bacı bir adamı sevirdik??? O necə mənim bacımla eyni vaxtda görüşə bilmişdi??? Qarşımda sevgisini etiraf edib mənim barmağıma üzük taxan adam Sevinclə birlikdə olmuşdu. Ona evlənəcəyini vəd etmişdi. Mən nə edəcəyimi, nə düşünəcəyimi, kiminlə danışacağımı, nə deyəcəyimi belə bilmirdim. O qədər qərarsızdım ki...Güc-bəla ilə ayağa durdum və masanın üstündən telefonumu əlimə aldım. Amma niyə? Nə edəcəkdim? Kimə zəng vuracaqdım ki? Qayıdıb yerimdəcə oturdum. Özümü öldürümmü??? Amma mən Raufu çox sevirdim axı...Onsuz nəfəs almaq belə mənə əzab verirdi. O da olsun ayrılıq...

Ayrılıq fikrini özümdən uzaqlaşdırdım. Sanki üstümdəki lazımsız bir paltarım kimi çıxarıb atdım bir kənara.

O dəhşətli sentyabr günündə keçən saatlar ömrümdən neçə ili apardı, indi bunu demək mənə çox çətindir. Amma bildiyim tək məlum olan o ki, 12 sentyabr günü məni ailəmdən, Sevincdən əbədi ayıran gün oldu. Mən həmişəlik ailəmdən, doğmalarımdan ayrı düşdüm. Çünki o gün ailəmdən imtina etdim və Raufla birgə yaşamaq qərarını verdim. Bildiyim halda ki, ailəm deyil, sevdiyim oğlan günahkardır. Amma sevgim məni hər kəslə düşmən etmişdi. Ailəmdən sonra universiteti də atdım. Evə qapandım. Birlikdə yaşamağa başlayandan sonra Raufun qısqanclıq krizlləri baş qaldırmışdı. Evdən çölə tək çıxmağa qadağa qoymuşdu mənə. Axşamlar evə gələn kimi qarma-qarışıq suallar verirdi, telefonumu qarışdırırdı. Xasiyyəti də dəyişmişdi onun. Əsəbi olmuşdu. Uşaq istəmirəm deyirdi mənə. Əgər uşaq olsa, rədd elə deyirdi: "Bir də onunla başımı ağrıtmaq istəmirəm”. Mən günlər keçdikcə susqun, sakit və halsız bir ruha bənzəyirdim. Ailəmdən kiməsə zəng edirəmmi? -  deyə, az qala hər dəqiqə suallar verirdi Rauf mənə. Son 2 ay isə hər 15 dəqiqədən bir mənə zəng edib eyni sözləri təkrar edirdi: "Neynirsən? Hardasan?” Evdən çıxmamısan ki?”

Mənim dözüm limitim bitmişdi. Və ayrılmaq qərarına gəlmişdim Raufdan. Amma hara gedəcəyimi bilmədiyim üçün düşünür, düşünürdüm saatlarca. Pulum da yox idi. Ailəmdən kiməsə geri dönməyə, onlarla danışmağa üzüm olmadığı üçün bu qapı üzümə qapalı idi həmişəlik - anam, atam, bacım və qardaşımla əbədi düşməndik. Onlardan başqa heç kimlə danışmadığıma görə isə, nə edəcəyimlə bağlı. ağlıma bir fikir də gəlmirdi.

Amma mən qərarımı vermişdim. Çünki Raufda sevgidən, eşqdən əsər-əlamət qalmamışdı. O sanki adamlıqdan, insanlıqdan da çıxmışdı. Mən hər gün intihar etməmək üçün özümü güc-bəla ilə saxlayırdım. Təhqir, acı sözlər, alçalmaq mənim yeməyim-içməyim olmuşdu günlərcə. O, hətta bir neçə dəfə hava almaq üçün çölə çıxaq gəzək dediyimdə, mübahisə etdi və məni vurdu. Son baş verənlərdən sonra isə, mən heç bir şey istəmir, heç nə demir, danışmırdım.

Sona gəlmişdik Raufla deyəsən. Son günlərdə beynimdə dolaşan tək fikir, düşüncə bu idi... // Azxeber.com  "Gerçək Həyat Hekayəsi” rubrikasından alinti

ARDI VAR...


Şərhlər:
Baxılıb: 12588
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz