Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şou-biznes əhli Elnurun çıxışına münasibət bildirdi: “Əladır”, “Fəxr edirik”, “Ayıbdır”
Şou-biznes əhli Elnurun çıxışına münasibət bildirdi: “Əladır”, “Fəxr edirik”, “Ayıbdır”
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1565
Səs ver:

Azərbaycanın "Eurovision-2008" təmsilçisi Elnur Hüseynovun ötən gün Türkiyənin TV-8 kanalında yayımlanan "O ses Türkiye" müsabiqəsindəki möhtəşəm çıxışı şou-biznes nümayəndələrini də dilə gətirib. Qadınlar.biz-ın məlumatına görə, şou əhli Elnurun çıxışına öz rəylərini bildiriblər.

 

Aparıcı-bəstəkar Murad Arif: "Mənim "Facebook” səhifəmdə 5 min dostum var. Onlardan 4 min 999 nəfəri Elnurdan yazır. Əksəriyyəti də deyir ki, "Burada qiymət verilmədi". Nə bilim Vallah... Məsələn, mən və bacım Könül Arifqızı onu dəfələrlə proqrama çağırırıq. Bildiyim qədər bütün kanal və radiolar da əməkdaşlıq üçün dəfələrlə müraciət edir. Elnurun özü efirə meylli deyil. Bir az da tənbəldir. Amma siz... Bəli, sizlər, təki şikayət etməyə səbəb tapasınız. Sizin kimi "HEYRANLARDAN" qaçır Elnurlar. Telekanalların günahı yoxdur. Siz sağ, mən salamat. 3-4 aydan sonra bu söhbəti yadınıza salacağam. Gorum Azərbaycan xalqı özü öz istedadını itirib axtarırmı?

 

Müğənni Rəşad İlyasov: " Azərbaycan naminə, uğurlar Elnur... səninlə fəxr edirəm. Çox gözəl çıxış etdin”.

 

Müğənni Elvin Abdullayev: "Elnuru təbrik edək. Allah yolunu hər zaman açıq eləsin. Bizdə bir azərbaycanlı kimi baxıb, sevinək. Amma bir məsələ var. Bu gün şou-biznes əhli oturub, Elnur Hüseynovun şəklini paylaşıb, "Halaldı sənə”, "Səndən yoxdur”, "Supersən” kimi sözlər yazıblar. Bir söz demək istəyirəm, yaltaqlıq etməyin. Elnur Hüseynovu bu günə qədər heç kəs yada salmırdı. Hər kəs pulunu, parasını qazanmaqda idi. İndi nə oldu? Türkiyə Elnuru qazandı deyə, onu sevər olduz? Ayıbdır. Bir dəfə də sevincinizi elə bildirin ki, bu təbrikdən səmimiyyət yağsın. Kimlərsə mənim sözlərimi qəbul etməyə bilər. Amma kənardan gülünc görünürsüz. Allah Elnurun yolunu açıq eləsin. Yaxşı ki, yazıq uşaq ölməyib, vaxtında dəyər verə bildiniz. Elnur yenə də Azərbaycan övladıdır. Harada uğur qazanırsa, qazansın”.

 


Müğənni Günay İbrahimli: "Elnur sənə halal olsun. Fəxr edirəm!!! Allah sənin səsini qorusun. Ürəyim əsdi, "bravo”.  Bundan sonra vacib olan Elnurun tənbəl olmayıb işləməsidir”.

 

Aparıcı Murad Əzimzadə: "Sevinirəm, utanıram, qürurlanıram, ölüb yerə girirəm, ağlayıram, fəxr edirəm. Çox sağ ol, Elnur”.

 

Aparıcı Günay Rəhimova: "Elnur fəxr edirəm, halal olsun. Qürurlandırdın, azərbaycanlıları”.

 

Prodüser Tolik : "Allah yolunu açıq eləsin, uğurlar. Elnurun seçimi Ebru Gündeş oldu. Deyirəm ki, utanmasan oynamağa nə var ki? Yaxşı sözdür. Namusdan, qeyrətdən bixəbər bəziləri indi guya Elnuru tanıyan dost bilən olublar? Ay Allahın bədbəxtləri, onsuzda bu xalq sizdən iyrənir. Elə onun nəticəsində də hər yerdə danşırsınız ki, "Toyum yoxdur”, "İşim yoxdur”. Çünki insanlar sizi ailələrinin içində görmək istəmir. Allah özü görür, kim tez qudurur. Amma elələri də var ki, Allahını yaddan çıxarmır. Bəsdirin, 3 gündən sonra Elnur heç yadınıza da düşməyəcək”.”.    

 

Xalq artisti Faiq Ağayev: "Uğurlar sənə, İSTEDAD!”

 

Müğənni Niyam Səlami: "Dünən gün Elnurun çıxışına baxdım, çox xoşuma gəldi. Bir azərbaycanlı olaraq "O səs Türkiyə”nin jürilərini heyran qoydu. İstedadlıdır. Uğurlarına sevinirik”.

 

Müğənni Nadir Qafarzadə: "Çox möhtəşəm ifa edib. Məni indi bir sual maraqlandırır. Orada əyləşən jürilər Elnurun ifasını görüb, utandılar? Çox yaxşı oxuyub. Amma ona məsləhətim var ki, tənbəl olmasın. Onun istedadı var. Amma tənbəldir. Düşünürəm ki, insan qabağa getmək istəyirsə, içində bir az həvəs olmalıdır. Amma inşallah "O səs Türkiyə” müsabiqəsi onun üçün bir təkan olar və yaradıcı fəaliyyətini daha da artırar. Uğurlar olsun”.   

 

Rəqqasə Fatimə: "Ötən gün gecədən hamı Elnuru təbrik edir. Bu təbriklərə mən də qoşuluram. Halal olsun Elnura. Azərbaycanda bu cür istedadlar çoxdur”.

 

Müğənni Nura Suri: "Sizi bilmirəm, amma mən Samir Cavadzadə ilə Elnur Hüseynovun qədrini çoxdan bilmişəm. Onlarla mütəmadi dostluq edirəm. İmkanım olsa, sponsorluq da edərəm. Heyf ki, əlimdə elə imkan yoxdur. Onları "Eurovision”a getməzdən əvvəl tanıyıram, istedadlarına bələdəm. Bir gün onlar da Əzizə Mustafazadə kimi çıxıb gedəcəklər”.

 

Aparıcı Ruslan Həsənov: "Elnuru bəyənməyənlər. Elnur istedadı ilə qəlbinizə nüfuz etdi”.

 

Elnur Hüseynovla "Eurovision-2008” yarışmasında eyni səhnəni bölüşən müğənni Samir Cavadzadə: "Elnuru təbrik edirəm. Qəfildən anladılar ki, belə bir istedad var. Əhsən sənə, gözəl mahnı oxudun”.  



Şərhlər:
Baxılıb: 1565
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz