Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şou əhli dibə vurdu: "Məhərrəmlikdir deyə oxumamalıyıq?"
Şou əhli dibə vurdu:
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 924
Səs ver:
Hazırda məhərrəm ayını yaşayırıq. Bu günlər ərəfəsində müsəlman aləmi, eləcə də millətimiz çal-çağırdan, toylardan uzaq durur. Bəllidir ki, şou-biznes nümayəndələrinin qazancı daha çox toylardan çıxır.  Toy yoxdursa, deməli, qazanc da yoxdur. Bəs görəsən, şou əhli bu ayda daha çox hansı işlə məşğul olur? şou-biznesin tanınmış simaları arasında sorğu keçirib.

Sorğudan da məlum olur ki, şou əhlinin əksəriyyəti Əli Mirəliyev demişkən, "fəaliyyətini dondurmur”. Bir çoxları günün çox hissəsini səsyazma studyalarında keçirərək yeni mahnılarının üzərində işləyirlər. 

Amma Xuraman Şuşalı İmam Hüseyn aşiqi olduğundan bu ayda qətiyyən musiqiyə yaxın getmədiyini bildirdi. Üstəlik, o, həmkarlarına çağırış da etdi: ”Əzəl gündən böyüklərdən eşitmişik ki, bu ayda xeyirli iş dalınca getməzlər. Anam həmişə deyirdi ki, "Qızım, səbr et, matəm bitsin, sonra işlərini davam edərsən”. Çoxları bu ayda fikrini verir mahnlar yazmağa. Əgər matəmdəyiksə, bunu gözləməliyik. Buna görə heç bir həmkarıma bunu məsləhət görmürəm. İnşallah, tanrım onları da hidayət edər”. Müğənni yalnız ailəsi, uşaqları ilə məşğul olduğunu dedi.

Manaf Ağayevlə söhbətdən məlum oldu ki, sorğumuza cavab verərkən studiyada məşqlərini edir: "Başqaları nə işlə məşğuldur - deyə bilmərəm. Amma mən bu an studiyadayam, yeni mahnılarımı yazdırıram. Başqa vaxt toylardan vaxt olmur deyə biz ramazan və məhərrəm aylarında daha çox bu yöndə fəaliyyət göstəririk. Məsələn, 14 mahnım var idi ki, onları oxuya bilmirdim. Amma indi yavaş-yavaş üzərində işləyib hazırlayıram”.

Müğənni Könül Kərimova isə sualımıza bir qədər çəkinərək cavab verdi: "Düzdür, indi ağır aydır, amma axı biz yaradıcılığımızı dayandıra bilmərik. Oxumuruq, düzdür, amma mahnılarımızı yazaraq qarşıdakı aylar üçün hazırlıq görürük”. Xanım müğənni xüsusilə qeyd etdi ki, belə aylarda daha çox xeyriyyə işləri ilə məşğul olur: "Çalışıram kasıb və yoxsullara əl tutum. Bunu özümə borc bilirəm”.

Əməkdar artist Gülyaz Məmmədova işlərini həmişəki qaydada davam etdirdiyini bildirdi: "Bu sənət elədir ki, heç vaxt dayanmır. Əgər dayanırsa, deməli, oxumamaq deməkdir. Allaha ağıra getməsin, biz bu ayda həm dincəlir, həm yaradıcılğımızı genişləndirir, həm də təhsilimizi veririk”. 

Rəqqasə Oksana isə ciddi hazırlıqlar görərək Hindistan səfərinə hazırlaşdığını bildirdi: "İnanın, gözümü açmağa vaxt yoxdur. Bir çox TV proqramlarından, müsahibələrdən imtina etmişəm. Buna səbəb isə yaxın günlərdə reallaşacaq səfərimdir. Bu yaradıclıq səfərim mənim üçün çox önəmlidir”.

Qeyd edək ki, sevimli müğənnimiz Zöhrə Abdullayevaya bu ay düşərli olmayıb. Müğənni əməkdaşımıza açıqlamasında bildirmişdi ki, mədəsində yaranan problemlərlə bağlı Türkiyə xəstəxanalarının birində yerləşdirilib, hazırda müalicəsi davam edir.

Əli Mirəliyev isə sorğumuza cavab olaraq bildirmişdi: "Məhərrəmlikdir deyə oxumamalıyıq? Anlaya bilmirəm, axı müğənniliyin bu aya nə dəxli var?”


Şərhlər:
Baxılıb: 924
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz