Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı ginekoloq: "Kaş qızlıq pərdəsi olmayaydı"
Azərbaycanlı ginekoloq:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6239
Səs ver:
Xəstələrini geniş, işıqlı otaqda qəbul edir. Onun fikrincə, həkim yanına gələn xəstə özünü rahat hiss etməlidir. Xüsusi ilə də kişi ginekoloqun. Rəşad Sultan İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Qadın Xəstəlikləri və Doğum Kafedrasında uzmanlıq keçib. Deyir, ginekologiyanın kişi, ya qadın sənəti olması barədə sual vermək yanlışdır. Çünki...
 
- Bəzi fikirlər, anlayışlar illərlə insan beyninə oturub. Ondan uzaqlaşa bilmirlər. Həkimin kişisi, qadını olmaz. İyirmi birinci əsrdə bu söhbəti eləmək bizə yaraşmaz. Avropaya inteqrasiya etməyə çalışan cəmiyyətin geriyə dönüb belə bir söhbət aparmağı gülməlidir.
Savadsız adamlar olan mühitdə "ginekoloqam” deyəndə çox təəccüblə qarşılayırlar. "Kişi ginekoloq da olur?” deyə sual verirlər. Eləsi də var deyir ki, bəxtəvər, bütün günü qadınlarla işləyirsən.
 
- Gələcəkdə peşəniz sizə problem yaratmaz ki? İşiniz sırf qadınlarla olduğundan qısqana bilərlər...
 
- Məncə, ən az qısqanılacaq adam elə kişi ginekoloqdur. Düşünün, adam hər gün bu işin içindədir. Sırf cinsi orqan olaraq zamanla qadına qarşı maraq azalır. Amma qadını məhz cinsi obyekt kimi tanımırıq ki?! Qadın qadınlığını saxlayır.
 
- Deyir, qadınlar 2 səbəbdən kişi ginekoloqdan qaçırlar.
 
- Əvvəla, şüurlu şəkildə kişi həkimə görünmək istəmirlər. Elə qadın var, ölərəm, amma kişi ginekoloqa getmərəm deyir. İkinci səbəb isə şüuraltıdır. Utanma hissi. Qadının özündən asılı deyil. Utanma hissini özümüz idarə edə bilmirik. Müayinə olmaq istəyirlər. Lakin utanırlar. Amma elə deyil. Ağır vəziyyətə düşəndə utanmaq adamın yadından çıxır. Məsələn, başqa, özü də qadın ginekoloqun xəstəsində qanaxma olanda kömək etmək məcburiyyətində qalırıq. Həmin vəziyyətdə qadın heç demir ki, kişi ginekoloq mənə baxmasın. Yaxud qeysəriyyə əməliyyatı olan qadınlarımız var. Ətrafında kişi anestizioloqlar olur. Heç demir ki, mənim anestizioloqum qadın olsun. Bəlkə min xəstədən biri deyə, ya yox. Tamamən məntiqsiz bir şeydi. Apendisit əməliyyatını kişi edir də, qeysəriyyəni niyə etməsin? Kəsiklər bir-birinin yanındandır. Eyni bölgədədir. İlk andan etibarən elə bir atmosfer yaratmağa çalışıram ki, qadın qarşındakının kişi yox, həkim kimi görsün. Otağın quruluşu belə nəzərə alınıb ki, xəstə özünü narahat hiss etməsin. Bir an belə ağlına gəlməsin ki, həkim kişidi. Elə xəstəm olub ki, son anda utanıb stoldan düşüb. Təkid etmək olmaz. Xəstənin icazəsi olmadan onu müayinə etməyə ixtiyarımız yoxdur. Ancaq məsləhət görə bilərik.
 
- Deyirlər, qadınları anlamaq çətindir. Sizcə də belədir?
 
- Kişilərdə bir hormon var. Qadının iki: estrogen və progestiron. Qadınların ruh halı özlərindən asılı olmadan hormonların təsiri altında dəyişə bilir. Estogen hormon yaxşı əhval-ruhiyə, progestiron isə sinirli, qıcıqlıq və yuxuluq yaradır. Bir ay ərzində bu hormonlar növbələşir. 14 gün estrogen hakim olur, 10 gün progestiron. Son 4 gün hormonsuz bir dövr olur. Bu vaxt qadın depressiyaya düşür. Aybaşı olandan sonra estogen hormonlar sintez olunmağa, yaranmağa başlayır. Qadının əhvalı düzəlir.
 
- El arasında müəyyən problemləri olan qızlara deyirlər ki, ərə getsin, düzələcək.
 
- Ərə getmək də, hamilə qalmaq da müalicə vasitəsi deyil ki, reseptə yazasan gündə iki dəfə qəbul elə. Absurd fikirdi. Ümumiyyətlə, belə şey yoxdur ki, ərə gedəndən sonra qızda tüklənmə azaldı, yaxud hamilə qalandan sonra filan xəstəliyi sağaldı. Ərə getmək ancaq psixoloji olaraq müsbət təsir göstərə bilər, həyat tərzi, hərəkət aktivliyi, yuxu rejimi dəyişə bilər. Cinsi həyat instinktdir. Çoxalma instinktin tərkib hissəsidir. Hər bir canlı da instinktlərini həyata keçirməyə çalışır. Qarışqa da, bitki də, heyvan da, insan da. Canlı instinktini həyata keçirə bilməyəndə, onda davranış pozğunluğu yaranır. Yemək yemək də instinktdir. Ac adam niyə acıqlı olursa, cinsi həyatı olmayanda elə acıqlı olacaq.
 
- Sırf oğlum olsun deyə gələnlər olur?
 
- O qədər... Belə xəstələri qapıdan qovuram. İnsan necə övladları arasında fərq qoya bilər?! Maddi rifahları yaxşıdırsa, elə bilirlər ki, həyatda hər şeyi pulla həll etmək olar. Başa düşmürlər ki, uşağın cinsiyyətinin formalaşmasında həkimin, hətta qadının da rolu yoxdur. Kişidə olan iki xromosomlardan hansı tutdu tutdu. Y xromosom yumurtanı mayalandırsa, oğlan olacaq, X xromosom mayalandırsa, qız. Onun hansının mayalandıracağını qabaqcadan müəyyən etmək mümkün deyil.
 
- Mətbuatda cürbəcür yazılar oxuyuruq ki, oğlan övladınızın olması üçün müxtəlif qidalanma var. Nə qədər realdı bu?
 
- Banan yeməklə, qatıq yeməklə, ayın hansısa bir günü cinsi əlaqədə olmaqla bu iş olan deyil. Bir milyon spermatozoid tökülür cinsiyyət yollarına. Onlardan hansının mayalandıracağını nə təqvim təyin edə bilər, nə banan. Tamamən təsadüfi bir şeydir. Yumurta hüceyrəsi qalır spermatozoidlərin arasında. Hansı mayalandırdı, odur.
 
- Bakirəliyin bərpasıyla əlaqədar müraciətlər necə?
 
- Çox olur. Azyaşlılar olmayıb. Daha çox 18 yaşdan yuxarıdırlar. Öz razılığı ilə cinsi əlaqədə olur, toydan əvvəl bakirəliyin bərpası üçün ginekoloqa gəlirlər. Çox asan bir əməliyyatdır. Əməliyyat edən hər ginekoloq bunu bacarır. Bakirə qızlarda qızlıq pərdəsinin kənarları hamar olur. Biz ona deyirik ki, qızlıq pərdəsi tamdır. Cinsi əlaqədən sonra pərdə yırtılır. Dəliyin kənarı hamar olmur, sadəcə pərdənin hissələri qalır. Bərpa edən zaman həkim yırtılmış pərdəni sovrulan sapla bir-birinə tikir.
 
- Deyirlər, bu tikiş 3 gün müddətinə sökülür.
 
- O əməliyyatın texnikasından asılıdır. Qala da bilər, təzədən sökülə də. Sadəcə, kənarda qalmış pərdə qalıqlarını tiksək, onların təkrar aralanmaq ehtimalı yüksəkdir. Lakin orda daha plastik əməliyyat aparılarsa, daha uzun müddətli qala bilər. Əməliyyatdan qısa bir müddət sonra digər bir həkim baxsa, bilər. Amma uzun müddət sonra yara sağalarsa, həkim də bilməz.
 
Bilirsiz, embrion inkişaf dövründə uşaqlıq yolu öz inkişafını iki yerdən alır. Bir hissəsi daxili cinsiyyət üzvlərinin əmələ gəldiyi Müller kanalından əmələ gəlir. Xarici hissəsi isə dərinin qatlanmasından. Bu iki hissə sonradan bir-biri ilə birləşib kanal əmələ gətirir. Bu zaman birləşmə tam getmir. Arada ortası dəlik olan pərdə şəklində qalır. Biz də buna qızlıq pərdəsi deyirik. Nadir hallarda elə anomaliya olur ki, pərdənin ortasında dəlik olmur. Qız 13-14 yaşına çatanda ilk aybaşı zamanı şiddətli ağrılar olur. Çünki qan o dəlikdən kənara çıxa bilmir. O zaman biz onu xaç şəklində kəsirik və arayış veririk ki, gələcəkdə o qız ailə quran zaman hər hansı bir problemlə üzləşməsin.
 
- Yıxılmaqla qızlıq pərdəsi yırtıla bilər?
 
- Travma nəticəsində qızlıq pərdəsi yırtıla bilər. Lakin mütləqdir ki, travma birbaşa qızlıq pərdəsinə istiqamətlənməlidir. Yıxıldım belim dəydi, yaxud velosiped sürdüm, yuyunanda barmağım dəydi kimi söhbətlər yalandı. Bütün qızlarda bu pərdə eyni yerdə olur. Və o qədər də səthdə deyil ki, yuyunanda barmaq dəyə?! Kaş ki, ya bu pərdə olmayaydı, ya da bizim cəmiyyət bu pərdəyə önəm verməyəydi. Hansısa insani xüsusiyyət qalıb kənarda, biz pərdədən danışmaq məcburiyyətində qalmışıq. Bu qədər önəmsiz bir şey haqqında bu qədər danışırıq. Cavan-cavan qızlar cinsi həyat yaşamaq istəyirlər. O qızlara tövsiyəm odur ki, qərarı düşünərək versinlər. Təzyiq və instinktiv hisslərlə yox. Və qərarlarının arxasında da dursunlar. Sonra bakirəliyin bərpası üçün ginekoloq axtarmasınlar. 
 
- Abort etdirən subay qızlar bəs?
 
- Bizim qızlarımızın çoxu bu sahədə məlumatlıdırlar. Tibbi qorunma üsullarından istifadə etmirlər. Ənənəvi üsulla qorunurlar. Cinsi həyatı olan bir qıza həb içdirə bilmirəm. Ziyan olacağını düşünürlər. Halbuki hamilə qalmağın ziyanı ondan qat-qat çoxdur. Abort etdirən də az deyil.
 
- Düzdür ki, ilk uşağı abort etdirəndən sonra sonsuzluq yaranır?
 
- Birbaşa əlaqəsi yoxdur, dolayı yolla səbəb ola bilər. Necə? Abortdan sonra uşaqlıq borularında, uşaqlıq daxilində sonrakı hamiləliyə mane olacaq proseslər gedərsə. Abortun pisi, yaxşısı olmur. Texnikası standartdır. Tibbi şəraitdə, steril formada keçirilən abort dünyanın ən inkişaf etmiş ölkəsində də, ən ucqar kəndə də eynidir.
 
- Kəskin aybaşı sancıları olan qadınlarımıza el arasında deyirlər ki, bir uşaq doğ, sancın keçəcək.
 
- Aybaşı sancılarının elmi adı dismenoreyadır. Birincili və ikincili olur. Birincili dismonereyada ilk aybaşılardan başlayır. Qanda prostaqlandin hormonlarının miqdarı çox olanda sancı da çox olur. Bunun konkret səbəbi yoxdur. Kimisində çox ifraz olunur, kimisində az. Ağrı kəsici dərmanlar məsləhət görürük. Bu dərmanlar qanda prostaqlandin hormonlarının sintezini azalda bilir. Sadəcə dərmanı ağzı başlayan kimi qəbul etmək lazımdır. Bu zaman sancı da azalır. İkincili dismenoreya səbəbi olan dismenoreyadır. Bunun da ən çox səbəbi olur endometrios. İkinci səbəb keçirilmiş infeksiyalardır. Üçüncü səbəb isə çanaq boşluğunda keçirilmiş əməliyyatlar nəticəsində əmələ gələn bitişmələrdir. Ola bilsin ki, ilk doğuşdan sonra bu sancılar azala. Bu da sadəcə yaşla əlaqədar ola bilər. Qadın yaşa dolduqca qanda prostaqlandin sintezi azalır.


Şərhlər:
Baxılıb: 6239
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz