Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin etirafı
Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin etirafı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5745
Səs ver:
"Bakıda və İrəvanda olan valideynlərimiz bizə xeyir-dua verməyəcəklər”.

Armeni.Az saytının poçtuna özünü Anar kimi təqdim edən oxucudan növbəti məktub daxil olub.

Qadinlar.Biz adı çəkilən saytın daxil olan məktubla əlaqədar materialını təqdim edir.

Biz uzun müddət bu məktubu dərc edib-etməmək haqqında çox düşündük – həddən artıq açıq, intim, ağrı və acı ilə dolu olan bu məktub, həyatın çox üzünü görmüş jurnalistləri belə təsirləndirə bildi. Sonda, bizim fikrimizcə doğru qərarı qəbul etdik. Amma əminik ki, Anarın danışdığı hekayə Azərbaycanda olduğu kimi Ermənistanda da çoxlarının xoşuna gəlməyəcək:

"Salam, hörmətli jurnalistlər. Azərbaycanda erməni dilində saytın mövcud olması barədə bu yaxınlarda bilmişəm. sevdiyim qızdan – Ritadan eşitmişəm. siz yəqin ki, onun milliyyətcə erməni olmasını eşidəndə çox təccüblənəcəksiz. Bəli, bəli siz düz eşitdiniz mənim sevdiyim Rita – ermənidir. Mən isə əslən Azərbaycanlıyam. Mənim əcdadlarım ermənistanın Krasnoselsk rayonundadndrlar. Düzdür onlar Bakıya 80-ci illərin əvvəllərində köçüblər, o zamanlar SSRİ-nın hər küçəsində xalqların dostluğu haqqında plakatlar asılmışdı.

Bir qədər özüm haqqında danışım. Mənim 21-yaşım var, mən moskva texniki universitetlərinin birində təhsil alıram. Onun adını dəqiqləşdirməkdə əsas görmürəm. ona görə yox ki, qorxduğum nəə var sadəcə əsas görmürəm. mən hər zaman özümü vətənpərvər hesab etmişəm, Azərbaycandan kənarda yaşamağı təsəvvür belə etməmişəm. amma belə alındfı ki, mən Bakıda Texniki Universitetə daxil ola bilmədim, o zaman mənə sənədlərimi moskva ali məktəbinə təqdim etməyi təklif etdilər, ailə yığıncağından sonra razılaşdım. Bu universitetə imtahanları asanlıqla verməyimə özüm də təəccübləndim və birinci kursa daxil oldum. Yeri gəlmişkənmən mən öz qrupumuzda yeganə azərbaycanlı idim. Düzdü orada 4-cü kursda üç azərbaycanlı oxuyurdu, amma demək olar ki, görüşmürdük, belə ki, fərqli korpuslarda oxuyurduq, mən tələbə yataqxanasında qalırdım, onlar isə Moskvada yaşayan qohumlarının evində. Amma iş bunda deyil. İş ondadır ki, elə birinci həftə eyni kursda oxuduğum ermənilərlə münaqişəm oldu.

Mənim Azərbaycandan olduğum bildikdən sonra məni qəsdən münaqişəyə təhrik etməyə başladılar. Mən bacardığım qədər qarşı dururdum, amma bir gün dözə bilməyim xətrimə dəyənlərdən birini klassik apperkotla nokaut etdim – doğma Bakıda boksla məşğul olmağım karıma gəldi.

Münaqişə bununla bitə bilərdi. Amma dərsdən sonra institutun həyətində məni onlarla erməni gözləyirdi – mənim kurs yoldaşlarım yuxarı kurslardan öz həmyerlilərini yardıma çağırmağı qərara almışdılar. Bu vəziyyətdə nə etmək olardı? Qaçmaq? Bu mənim üçün rüsvayçılıq demək idi. Döyüşü əvvəlcədən bu sayda insanla bacarmayacağını bilə-bilə qəbul etmək? cavabı ermənilər özləri verdi, məni araya alaraq əl və ayaqları ilə zərbələr endirməyə başladılar. Xtrimə dəyənlərdən bir neçəsinin dişini qırdım. Amma qüvvələr bərabər deyildi. Onlar məni yerə yıxıb döyməyə başladılar. Bunun nə qədər davam etdiyini xatılamıram, çünki huşumu itirmişdim. Ayılanda üzümü nəm salfet ilə kiminsə sildiyini hiss etdim. Gözlərimi açanda üzərimə əyilmiş kurs yoldaşım Riyanı gördüm. Bilirdim ki, o ermənidir, və biz dərs vaxtı demək olar ki, ünsiyyət qurmurduq. Axı mən Moskvaya getməzdən əvvəl söz vermişdim ki, ermənilərlə - dövlətimin və xalqımın düşmənləri ilə ünsiyyət qurmayacam.

Sən demə məni döyndə mənim tərəfimi tutmağa çalışıb. Təsəvvür edirsiz erməni qızı azərbaycanlını qorumağa çalışıb. Amma məni döyənlər onu dinləməyiblər. rita onların getməyini gözləyib və məni özümə gətirməyə çalışıb.

Siz yəqin ki, anladız ki, biz Ritayla dostlaşdıq. Onun babası İrəvandan imiş və Qarabağda mənim ölkəmə qarşı döyüşüb. O müharibədən qayıtmayıb. Ona görə də Rita müharibəyə nifrət edir və azərbaycanlılarla ermənilərin arasında tezliklə sülhün bərqərar olmasını arzulayır. Amma qəlbində başa düşür ki,Azərbaycan torpaqları işğal altında olduğu müddətdə bu mümkün deyil. Onun ürəyi o qədər təmiz idi ki, mən Xocalıda millətimə etdiklərinə görə erməniləri söyəndə mənə etiraz etmirdi. Bununla yanaşı o Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ermənilərin və azərbaycanlıların etnik uyğunsuzluğu üzündən bir yerdə yaşaya bilməməmləri barədə faşist tezisi ilə razılaşmırdı.

Amma bir hadisə hər şeyi dəyişdi. Növbəti dəfə erməniləri söyəndə və əgər müharibə başlasa əlimə silah alıböz torpağımı qorumağa gedəcəyimi söyləyəndə Rita əlləri ilə üzünü tutaraq ağlamağa başladı, hıçqıraraq: "Mən artıq o müharibədə babamı itirmişəm, səni də itirmək istəmirəm” dedi. Və yalnız onda qızın məni sevdiyini anladım. Mən isə bunu görməmişdim. Mənim üçün ən dəhşətlisi, mənim də Ritanı sevməyimi anlamağım oldu. Özüm özümə bunu etiraf edəndə elə bil başıma soyuq su töküldü. Mən erməni qızını necə sevə bilərdim? Axı biz onunla düşmənik. Bizim aramızda heç nə ola bilməz. Həmin axşam mən Ritaya heç nə demədim.

Bundan sonra Ritadan uzaq durmağa başladım. O, mənimlə söhbətə başlamaq istəyəndə ona kobud cavab verirdim və bütün hərəkətimlə başa salmağa çalışırdım ki, o məni nə bir qız, nə bir dost, nə də bir kurs yoldaşı kimi maraqlandırmır. Ona erməni kurs yoldaşlarımızın necə nifrətlə baxdığını görürdüm. Bilirdim ki, onu hətta mənə qarşı olan "isti münasibətinə” görə danlayırdılar da. Amma oheç kəsdən və heç nədən qorxmurdu və bütün moizələri qulaq ardına vururdu.

Beləcə bir ay keçdi. Biz yay sessiyasına hazırlaşmağa başladıq, birdən Rita dəsrləri buraxmağa başladı. Bu isə çox mühüm bir dövr idi. Bir neçə gün dözdüm, amma sonda eyni kursda oxuduğum erməniyə yaxınlaşıb Ritanı soruşdum. O dodaqaltı onun xəstələndiyini dedi. "Onun tutması olub, xalası hələlik dərsə buraxmır”, - dişlərini sıxaraq dediyi bu oldu. Bilirdim ki, Rita uşaqlıqdan astmadan əziyyət çəkir, amma son zamanlar heç bir tutması olmurdu. Elə bil özümdə deyildim. İlk dəfə olaraq dərsdən yayındım, taksi tutub onlara yollandım. Yoldan ona gözəl gül dəstəsi aldım. Üçüncü mərtəbəyə sanki uçaraq çıxdım. Zəngi basdım və qapı açılana qədər əlimi çəkmədim. Qapını onun narazı xalası açdı. O, məni üzdən tanyırdı və bilirdi ki, Rita mənə vurulub. Kənara çəkilib məni içəri buraxdı, əli ilə Rita olan otağı göstərdi. Onu çarpayıda rəngi avazımış görəndə başa düşdüm ki, bir daha onu yalnız qoymayacam.

O vaxtdan bərabərik. Xalasının yanında yaşamır. Ordan dava dalaşla ayrıldı. Onunqohumları bizim münasibətimizə qarşı olmaslarda , o istəyirdi ki, biz adət-ənənəyə riayət edək. amma gənclər böyükləri dinləyir ki?! Biz kirayə otaq tutduq – mənzilə pulumuz çatmırdı. Həmin yay Bakıya gəlmədim. Valideynlərimə yalandan dedim ki, mövsümi iş tapmışam, əslində elə belə idi, ona görə də gələ bilməyəcəm. Rita da öz valideynlərinə elə dedi. Xalası ürək ağrısı ilə onun yalanını gizlətdi. O vaxtdan indiyə qədər mən Bakıda bir dəfə olmuşam – keçən il Novruz bayramında. Rita isəİrəvana böyük bacısının toyunda olub.

Biz bir birimizi çox sevirik. Amma hardasa qəlbimizin dərinliyində qorxuruq. Qorxuruq ki, ölkələrimiz arasında müharibə başlayar. Rita bilir ki, öz vətənim üçün döyüşəcəm. bilirik ki, o Azərbaycanda, atamın evində ola bilməz, mən İrəvana gedə bilmərəm. öz münasibətlərimiz haqqında valideynlərimizə danışmağa qorxuruq. Çünki dəqiq bilirik ki, onlar bu izdivaca qarşı olacaqlar. Onlar heç vaxt xeyir dua verməyəcəklər. bəlkə bizim uşaqlarımız dünyaya gəldikdə onların ürəkləri yumşalar. Amma hələlik buna ümid etmirik. Bizim üçün əsas odur ki, biz bir-birimizi sevirik və hörmət edirik. Bəli bizə asan deyil, bəli bizə çətindir, çox çətindir. Amma məhəbbətin sərhəddi və milliyyəti yoxdur, ona görə də hər şeyin yaxşı olacağına inanırıq”. http://oxu.az/society/50882


Şərhlər:
Baxılıb: 5745
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz