Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ulvira: "İlqar Mikayıloğlu kişilərə söz ata bilmir, gücü qadına çatır" - QALMAQAL - FOTO
Ulvira:
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 3157
Səs ver:
ANS telekanalının keçmiş əməkdaşı İlqar Mikayıloğlu ilə ANS-in hazırkı əməkdaşı Ulvira Qarayeva arasında qalmaqal böyüyür. Qalmaqalın yaranmasına səbəb isə birincinin ikinciyə söz atması və onu alçaltması olub. Lakin xəbər bununla bitmir...
Başlayaq əvvəldən. Qadınlar.biz xəbərinə görə, Ulvira xanımın üzünun göyərdilməsi, bununla Azərbaycanda, xüsusilə, bölgələrdə qadınlara qarşı zorakılıq məsələsinə diqqəti artırması xanım aparıcının başına bəla olub. Ulvira xanım  ailədaxili olmasa da, sosial şəbəkədə həmkarı İlqar Mikayıloğlunun zorakılığı ilə qarşılaşıb.

Məhz aparıcının üzü qrimli şəklinin altına eks ANS-çi "Ulviranın çox ucuz piarı” şərhini yazıb.

"Səni bura dəvət edən olub? Haydı, öz qapına” sözlərini xanım Qarayeva həmkarına cavab olaraq yazıb.

Məsələyə İlqar Mikayıloğlunun həyat yoldaşı, hüquqşünas Zülfiyyə Bayramova da münasibət bildirib. O, "Bu xəbəri oxumadım, çünki naşı qrim olunub. Adətən o cür qançır üzdə olarsa, mütləq göz ətrafına yayılmalı və şişməli idi. Bu variant alınmadı” sözlərini əlavə edib.

Ulvira Qarayeva isə ümumiyyətlə Zülfiyyə Bayramovaya cavab verməyib. Və onun sözlərini saymazdan gəlib.

Hadisə bununla bitməyib. Hirsi soyumayan xanım aparıcı ad çəkməsə də, həmkarına status həsr edib:

"Beləsinə nə deyəsən? Başın girməyən işə kasad mənliyini niyə soxursan? Axı dedilər ki, get tapdığın yağlı qapıya!”

Məsələ ilə bağlı xanım aparıcının fikirlərini öyrəndik. Əvvəllər eyni telekanalda çalışan iki həmkar nəyi bölüşə bilmir?

Sualımızı Ulvira xanım belə cavablandırıb:

"Eyni şirkətdə çalışmışıq. Aramızda heç vaxt münaqişə, söz savaşı olmayıb. Salam-sağ ol münasibətimiz olub. Nə dost olmuşuq, nə də düşmən. Bu yazıdan sonra onu bloka atmışam. Heç mənim dostluğumda da olmayıb. Ona təəccüblənirəm ki, dostluğumda olmayan biri profilimi niyə eşir? Durduğu yerdə mənə söz atır. Yəqin kişilərə söz ata bilmir. Gücü qadına çatır”, -  deyə fikir bildirib.
 

 




Şərhlər:
Baxılıb: 3157
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz