Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Təranə Musanı əlində çətir edib fırladır" Video icmal
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2091
Səs ver:
Ötən gecə mətbuatda tədbirlərin birində Musa Musayevlə Nazəninin prodüseri Pərviz arasında qarşıdurma yaranması barədə xəbərlər yayılmışdı. Bu hadisədən sonra Musanın burnunun sındırılması xəbərləri saytlarda geniş müzakirəyə səbəb olmuşdu.

Təranə və Musa cütlüyü baş verənləri aydınlaşdırmaq üçün Rövşanə Bektaşinin təqdimatında olan, ANS kanalında yayımlanan "Bazar səhəri” verilişinə qonaq qismində qoşulublar.

Canlı efirə sonradan qatılan Musanın  sakkız çeynəməsi və baş verənlərə rəğmən təbbəssümlə olayları qarşılaması da diqqətdən yayınmayıb. Veriliş boyu ancaq Təranə Qumral fikir bildirib. Musa Musayev isə  gedən danışıqlardan bezərək studiyanı tərk edib.

"Hamının məndə tərcümeyi-halı var.  Kimliyindən asılı olmayaraq, mənim haqqımda kim haqsız danışsa, onun həyatını ortalığa qoyacam. Artıq mənim itirəcəyim heç nə yoxdur.”

Adı studiyada tez-tez hallanan Nazənin canlı efirə bağlanıb.  Müğənnilərin dioloqlarını sizə də təqdim edirik:

Nazənin: "Bu günə kimi məni heç bir qalmaqalda görməmisiniz. Mən abrıma qısılıb danışmadıqdca insalar elə bildi ki, onlar düzdülər. Artıq vəkilimlə ərizə də yazmışıq. Musa, Təranədən başqa heç kimə lazım deyil. Hətta valideynlərinə lazım olmayan bir övladdır. Bütün Azərbaycan tanıyır ki, kim kimdir. Orda mələk cildinə girib danışmaq lazım deyil. Bizim ədavətimiz  illər öncə  qardaşımın toyunda olub. Musaya demişəm ki, toy sırf kişilərdən ibarət olacaq. Yəqin özünə sığışdırmazsan ki, Təranəni kişilərin arasına salasan. Demişəm Təranəni gətir, amma məclisə girməsin. Orda 7 dəfə ərə getməyim barədə müzakirələr gedib. Mənim rəsmi nikahım da , kəbinim də var.”

Təranə: "İndidən söhbət getmir ki, sən ailəli olanda da başqa ailəli kişi ilə nikah kəsdirmisən. "

Nazənin: "Heç olmasa sən danışma, Musa da sənlə birlikdə olanda ailəli olub. Əri çıxdı efirlərə ki, Təranəni kişi ilə tutmuşam.”

Təranə: "Ərimi sən evinə salıb öyrətmisən ki, çıx efirlərdən de ki, Təranəni kişi ilə tutmuşam. Qruplaşma yaratmısınız."

Nazənin:  "Həyat yoldaşımla Təranəni bir yerdə tutmuşam."

Təranə: "Səni də Azərbaycan xalqı çox yaxşı tanıyır. Sənin ömür boyu həyat yoldaşın olmayıb. Sübut da edəcəm."

Nazənin: "Şəxsən həyat yoldaşım ərizə ilə şikayətini bildirib. Nə istəyir bizdən? Özünü biabır etmək istəyirdisə, artıq etdi. Musanı da çox yaxşı tanıyırlar. Təranə Musanı əlində çətir edib. Hara istəyir fırladır. Çünki Musanın cilovu Təranənin əlindədir. Onlar dörd ildir ki, boşanıblar."

Təranə: "Bütün Azərbaycanı fırlatdın, indi Musaya gəlmisən? Sən hələ dünən əlinə bir kişini keçirmisən. Günəşlidə  kirayələrdən yeni canın qurtarıb. İndi deyirsən hər şeyi faktlarla danışım?

Ay yazıq, sən ev-eşik görməmişdin. Sağolsun, sənin böyründəki insan. Amma Təranənin 1983-cü ildən Bakı şəhərində evləri var. Sən xarici maşına həsrət qalanda, Təranənin xarici maşınları olub.

Mənim ərim deyirsən. O sənin ərin deyil. Sən ondan beş uşaq doğsan da, o özgənin əri, atasıdır. Mənim halalca 21 illik yoldaşımdır. İki ildir kişi ilə tanış olmusan ona ər deyirsən? Bütün Azərbaycanı vermişəm sənə mənə bir kişi yetər. Məhkəməyə vermək istəyirsən, buyur ver. Amma mən onu məhkəməyə verməyəcəm. Əlindən ondan başqa  heç nə gəlməz.

Mən öz yoldaşımla fəxr edirəm. O sənətkardır. Bugün Musanın mahnıları hamını düşündürür. Niyaməddin Musayevin, Cabbar Musayevin mahnılarını ələ keçirdin, indi istəyirsən ki, Musanı da ələ keçirəsən? Üçü də sənə bəstəsləsin?"
 



Şərhlər:
Baxılıb: 2091
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz