Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xərçəngə tutulan azərbaycanlı teleaparıcı: "Gecənin bir yarısı erotik danışan bir xanım idim"
Xərçəngə tutulan azərbaycanlı teleaparıcı:
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1944
Səs ver:
Teleaparıcı Zümrüd Qasımova xəstəliyindən danışıb. 

Qadinlar.biz gecce.az-a istinadən bildirir ki, o, deyib: "Allah məni elə bir sınaqdan keçirdi ki, güclü insan olduğuma özüm də şahid oldum”.
Z. Qasımova bir zaman efirlərdən yoxa çıxdı. Sevənlərini həyəcan içində qoyan teleaparıcı və aktrisa sözün əsl mənasında canı ilə əlləşirmiş. Xərçəng xəstəliyinə düçar olan Zümrüd o günləri belə xatırlayır:
 
"Hər kəs məni "Gecə yarısı” verilişi ilə tanıdı. O verilişdə açıq-saçıq geyimlər geyinirdim. Gecənin bir yarısı erotik danışan bir xanım idim. Cəlb etməyi xoşlayırdım. Amma elə bir məqam gəldi ki, mən daha ağır verilişlər aparmağa başladım. O vaxt qohumlarım irad tutsa da, sonradan mənə "Səninlə fəxr edirik” dedilər. Hər dəfə deyirəm ki, əgər o günlər olmasaydı, bugün mən olmazdım.
 
28 yaşımda yeni həyat qurmuşdum. Övlad sahibi olmaq istəyiirdim sonra belə bir xəstəliklə üz-üzə qaldım. Və mənə dedilər ki, hər şey bitdi. Həyatda ən nifrət etdiyim xəstəlik-döş xərəçəngi məni tapdı. Bu xəstəlik bizdə nəsillikcə vardı. Xəstəliyim mənim səhvlərimin cəzasıdır ki, ayılam hər şeyin fərqinə varam. 4 ildir bu hadisədən ötür. "
 
Aktrisanın səhhəti dediyinə görə normaldır. Zümrüd o günləri yalnız ağrı-acılarla deyil, dərs çəxaran güclü bir qadın kimi xatırlayır. Ona bu gücü aşılayan səbəb isə dünyanı fəth etməyə qadir sevgi olub.
 
"O xəstəlik bir çevriliş idi. Kimyaterapiyada hər zaman anam yanımda olurdu. Mən 28 il anamı hiss etməmişəm. Ancaq özüm üçün yaşamışam. Həyatımda ilk dəfə payızın iyini hiss etməyə başlamışam.
 
Məni yaşadan sevdiyim insan oldu. Həyat yoldaşım başımda tük olmayanda, rəngim-rufum solanda belə məni qısqanırdı. Bundan gözəl nə ola bilərdi ki?
 
Hər şeyi atlatmaq üçün birinci inanmaq lazımdır ki, sən qalib gələ bilərsən. Və ən əsası da sevdiyin insanlar səninlə birlikdə olmalıdır. Öyrəndim ki, özündən başqa hər şey yalandır", - Z.Qasımova deyib


Şərhlər:
Baxılıb: 1944
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz