Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İki uşaq anası evli kişi ilə niyə qaçır?
İki uşaq anası evli kişi ilə niyə qaçır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1605
Səs ver:
Psixoloq: "Bölgələr orta əsr təfəkküründən xilas olmadıqca, belə hadisələr artacaq”
Şabranın Uzunboyad kəndində baş verən hadisə təkcə kənd sakinləri arasında deyil, ölkə mətbuatında da şok effekti yaratdı. 
ANS TV-nin yaydığı məlumatına görə, bu kənddə yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşını, iki uşaq anası olan 21 yaşlı Gülər Məmmədovanı qaçırıb.
Qeyd edək ki, adları çəkilən hər iki şəxs evlidir və Uzunboyad kəndində qonşu evlərdə yaşayıblar. Bir-birinə qoşulub qaçanların hər birinin iki uşağı var. İlham Atayev qaçırdığı xanımdan təxminən 10-15 yaş böyükdür. 

Hadisənin təfərrüatlarına gəlincə, yaxın qohumlar və qonşular gəlinin niyə belə bir addım atmasından xəbərsizdir. İlham Atayev həyat yoldaşı ANS TV-yə bu hadisənin necə baş verməsindən xəbərsiz olduğunu bildirib. 
Günayın həyat yoldaşı Rəşad Məmmədov  bildirib ki, yoldaşı ayın 12-i atası evinə gedib. İki gün sonra isə oradan İlham Atayevə qoşularaq qaçıb və iki uşağını da özü ilə aparıb. İndi Rəşad Məmmədov həyat yoldaşından uşaqlarını tələb edir: "Məhkəmədən xahiş edirəm ki, onu analıq hüququndan məhrum eləsin və uşaqlarımı mənə  versinlər”. 
Kənd sakinləri isə bu biabırçı hadisədən şoka düşdüklərini və bu hadisənin kəndlərinin adına ləkə olduğunu deyirlər. Sakinlərinin sözlərinə görə, bir-birinə qoşulub qaçan bu iki şəxsin heç biri əslən Uzunboyad kəndindən deyil. Sumqayıt sakini İlham Atayev bir neçə il imiş ki, bu kənddən evlənib burada yaşayırmış, Siyəzən rayonundan olan Gülər isə Uzunboyad kəndinə, Məmmədovlar ailəsinə gəlin gəlib. Daha öncə də bu iki şəxs haqqında şayiələr yayılsa da, İlham Atayev onu öz qızı kimi gördüyünü bildirib və şayiələrə son qoyub. 
Sakinlər ailələrinə rüsvayçılıq gətirən bu iki şəxsin bir daha kəndə qoyulmayacağını bildirirlər.
Kənd sakini Cahangir Feyzullayev deyir ki, başqasının yoldaşını götürüb qaçmaq ən aşağı səviyyəli insanın işidir: "Bəlkə də o azərbaycanlı deyil. Onsuz da bu kənddən onu çıxardacaqlar. Mütləq onu qovacaqlar".
Hazırda Şabranda baş verən bu hadisəni Siyəzən polisi araşdırır. Çünki Gülərin atası Siyəzən şəhər sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. 

Polis ANS TV-yə bildirilib ki, Gülər Məmmədova artıq atası evinə qayıdıb. 

Təəssüflə bildirək ki, istər İslam dininə, istərsə də Azərbaycan xalqının mental dəyərlərinə zidd olan bu kimi hadisələr xüsusilə bölgələrdə tez-tez baş verir. Hər ikisi evli olan şəxslərin əməllərinin nəticələrini və ictimai qınağı belə nəzərə almadan  bir-birinə qoşulub qaçması, cəmiyyətdə ailə dəyərlərinin necə yıxıldığını göstərir. 
Psixoloq Dəyanət Rzayev belə halların daha çox bölgələrdə baş verdiyini vurğulayaraq bildirdi ki, bunun səbəbi erkən nigahlar və kiçik yaşda qızların razılığı olmadığı şəxslərlə evləndirilməsidir: "Əgər diqqət yetirsək bu hadisədə, qonşusu ilə qaçan gəlinin 21 yaşı var və iki uşaq anasıdır. Deməli, bu qız erkən yaşlarda evləndirilib və onun beynində hər hansı travma qalıb. Onda analıq hissləri tam formalaşmayıb. 

Təbii ki, biz hadisənin gerçək səbəblərini bilmirik və heç kimi ittiham edə bilmərik. Ancaq bölgələrdə gəlinləri qaçmağa vadar edən daha bir səbəb ailələrinin boşanmalara razı olmamasıdır: "Ər evindən qəbir evinə kimi” ifadəsi rayonlarda qadınları istəmədikləri ailədə yaşamağa məcbur edir və nəticədə bu cür hadisələr meydana çıxır. Bu hadisənin səbəbləri qadın və kişi ilə yekunlaşmır, əsl səbəblər daha dərindədir. İki uşaq anasının övladlarını atıb başqa bir kişi ilə getməsinə təbii ki, bəraət qazandırmaq olmaz. Mədəni cəmiyyətdə belə bir hal olursa, bir-birini sevən evli şəxslər hər ikisi həyat yoldaşlarından boşanır və ailə qururlar. Ancaq iki uşağını atıb qaçmaq isə artıq sonuncu yoldur və rüsvayçılıqdır. Biz hadisələrin içində deyilik və reallıqda bu hadisənin hansı faktorlar nəticəsində baş verdiyi də önəmlidir. Burada işgəncə faktları, ailədaxili zorakılıq halları da ola bilər. Həmçinin ailənin dağılmasının başlıca səbəblərindən biri intim həyatlarında problemlərin olmasıdır ki, bu səbəb hər zaman ictimaiyyətdən gizli saxlanılır”. 

Psixoloqun fikrincə, bölgələrdə valideynlər qız övladlarını daha tez ərə verərək onların təlim-tərbiyə məsuliyyətini öz üzərindən atırlar: "Kənd camaatını  geridə qalmış təfəkkürdən xilas etmək lazımdır. Bölgələrdə maarifləndirmə işi gücləndirilməlidir. Şəhərdən yüksək mədəniyyətə və intellektə malik insanlar bölgələrə getməli və insanların maarifləndirilməsinə çalışmalıdırlar. Sovet dövründə bu təcrübə var idi və müsbət nəticələr verirdi. İndi isə maarifləndirmə işi yox dərəcəsindədir. ”

Həmin kənd sakinlərinin bu hadisəyə reaksiyalarına gəlincə, Dəyanət Rzayev qeyd etdi ki, hər bir insan öz şəxsi həyatı ilə bağlı verdiyi qərarlarda müstəqildir və kənar şəxslərin müdaxiləsi, onları kənddən qovması yolverilməzdir. Bu hadisə yalnız həmin şəxslərin ailəsi və yaxın qohumları çərçivəsində həll olunmalıdır: "Bölgə camaatı hələ də orta əsr təfəkküründən irəli getməyib, 18 yaşını keçmiş insanın kiminlə getməsi, evlənib, boşanması onların öz işidir. Həmin şəxslərin həyatına təhlükə də ola bilər. Bu insanların təhlükəsizliyini dövlət təmin etməlidir. Ola bilər, gəlinin hansısa psixoloji problemi var, bunu araşdırmadan konkret fikir səsləndirmək olmaz.”
bu hadisənin hansı faktorlar nəticəsində baş verdiyi də önəmlidir. Burada işgəncə faktları, ailədaxili zorakılıq halları da ola bilər. Həmçinin ailənin dağılmasının başlıca səbəblərindən biri intim həyatlarında problemlərin olmasıdır ki, bu səbəb hər zaman ictimaiyyətdən gizli saxlanılır”. 

Psixoloqun fikrincə, bölgələrdə valideynlər qız övladlarını daha tez ərə verərək onların təlim-tərbiyə məsuliyyətini öz üzərindən atırlar: "Kənd camaatını  geridə qalmış təfəkkürdən xilas etmək lazımdır. Bölgələrdə maarifləndirmə işi gücləndirilməlidir. Şəhərdən yüksək mədəniyyətə və intellektə malik insanlar bölgələrə getməli və insanların maarifləndirilməsinə çalışmalıdırlar. Sovet dövründə bu təcrübə var idi və müsbət nəticələr verirdi. İndi isə maarifləndirmə işi yox dərəcəsindədir. ”

Həmin kənd sakinlərinin bu hadisəyə reaksiyalarına gəlincə, Dəyanət Rzayev qeyd etdi ki, hər bir insan öz şəxsi həyatı ilə bağlı verdiyi qərarlarda müstəqildir və kənar şəxslərin müdaxiləsi, onları kənddən qovması yolverilməzdir. Bu hadisə yalnız həmin şəxslərin ailəsi və yaxın qohumları çərçivəsində həll olunmalıdır: "Bölgə camaatı hələ də orta əsr təfəkküründən irəli getməyib, 18 yaşını keçmiş insanın kiminlə getməsi, evlənib, boşanması onların öz işidir. Həmin şəxslərin həyatına təhlükə də ola bilər. Bu insanların təhlükəsizliyini dövlət təmin etməlidir. Ola bilər, gəlinin hansısa psixoloji problemi var, bunu araşdırmadan konkret fikir səsləndirmək olmaz.”


Şərhlər:
Baxılıb: 1605
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz