Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aygün Kazımovanın adı qadın alverində hallanır - Video, Fotolar
Aygün Kazımovanın adı qadın alverində hallanır - Video, Fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2683
Səs ver:
Aygün Kazımovanın adı növbəti xoşagəlməz olayda hallanır.

teleaparıcı Aytən Səfərova "Salam Azərbaycan” verilişinin canlı yayımında bildirib ki, Türkiyə mətbuatı xalq artistinin qardaş ölkədə olan mənzilində əxlaqsızlıq yuvası aşkar edib. Verilişdə Türkiyə mətbuatından olan foto xəbər təqdim olunub. Xəbərdə Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızların 1000 dollar müqabilində zənginlərə təklif edildiyi iddia edilib.

Eyni zamanda, məsələdə əslən gürcü olan, amma özünü  azərbaycanlı kimi təqdim edən Ramazzo Romanın da adı hallanıb. Yeri gəlmişkən, gürcü əsilli Romazzo Roma 7 il superstar Aygün Kazımova ilə işləyib.

Amma verilişin aparıcısı Aytən Səfərova xalq artisti ilə əlaqə saxlandığını və bu xəbərdən Aygünün özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə olduğunu, icazəsiz heç kimin evə daxil ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, onun evində heç vaxt bu qədər insan olmayıb.

"Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir. Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşı  "qara piar”la məşğul olur” – deyən xalq artisti həmin vəzifəli şəxsin adını açıqlamaq istəməyib.

Stilist Anar Ağakişiyev isə Tablod.az-a açıqlamasında xəbərin onunla heç bir əlaqəsi olmadığını deyib:

"Mənə "uzunsaç Anar” deyə müraciət edirlər. Güman ki, bu xəbərdəki Anar başqa stilistdir. Bu xəbərin mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur”.

Apardığımız araşdırma nəticəsində isə bəlli olub ki, son bir neçə gündə Türkiyə mətbuatında Aygün Kazımovanın haqqında bu tip xəbərlər yer almayıb. Əslində, "Salam Azərbaycan” verilişində təqdim olunan foto-xəbər Türkiyə mətbuatında nə az, nə çox, düz – 2 il əvvəl dərc olunub.

İki il öncə Türkiyə KİV-ləri Ramazzo Romanın Azərbaycandan, Rusiyadan və Ukraynadan Türkiyəyə maniken işləmək üçün gətirilən gənc qızların fahişəliyə cəlb etdiyini yazmışdılar. Bu xəbər İstanbul insan alveri ilə bağlı mübarizə şöbəsinin  beynəlxalq immiqrant qaçaqçılığı ilə məşğul olan bir şəbəkəni tutmaq üçün təşkil etdiyi əməliyyat zamanı üzə çıxmışdı.

O vaxt Roma haqqında "İnsan alveri” və "fahişəliyə yer təmin etmək” səbəbi ilə araşdırma aparıldığı bildirilmişdi. Təxminən 6 ay davam edən izlənmənin nəticəsi olaraq idarə əməliyyat zamanı  10 adamı nəzarət altına almışdı. Sən demə, Roma hər dəfə moda nümayişindən sonra modellərin pasportlarını əllərindən alıb, onlara Türkiyədə işlələyəcəklərini vəd edirmiş. Daha sonra isə qızları zorla fahişəliyə cəlb edilirmiş.

Qeyd edək ki, məsələ ilə bağlı sabah "Salam Azərbaycan” verilişinin canlı yayımında aydınlıq gətiriləcək. Aygün Kazımova məsələyə özü münasibət bildirəcək.


 

 



Şərhlər:
Baxılıb: 2683
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz