Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yediyimiz toyuqları belə şişirdirlər! - ŞOK VİDEO
Yediyimiz toyuqları belə şişirdirlər! - ŞOK VİDEO
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2749
Səs ver:
Gündəlik qida rasionumuza daxil olan toyuq əti quşçuluq müəssisələrində xüsusi maddə ilə şişirdilir. Bunu təqdim etdiyimiz videodan da aydın görmək mümkündür. Belə ki, xaricdəki broylerlərdən birində toyuqlar elektrik şoku ilə öldürüldükdən sonra tükləri təmizlənir. Burada onu qeyd etmək lazımdır ki, toyuğun başı kəsilmədən, qanı axıdılmadan bu proseslər davam etdirilir.
Bundan sonra isə broylerin işçiləri toyuqların bud nahiyəsinə və ağ ətinə həmin maddəni şprislə yeridirlər. Həmin an toyuq öz real çəkisindən 300-500 qram artıq çəkidə olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırmaq da mümkündür.
O da məlumdur ki, bu texnologiyanı tətbiq etməkdə məqsəd, broyler sahiblərinin qaz vurub qazan doldurmaq cəhdinin nəticəsidir. Amma təəssüf ki, bu qazanc halal yolla deyil, alıcıları aldatmaqla həyata keçirilir.
Xatırladaq ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma gördüyümüz kimi nəinki toyuqlara kəsimdən əvvəl çoxsaylı dərman vurulur, hətta kəsimdən sonra satışa gedəndə belə çəkisinin artması üçün onların dərisinin altına şprislə xüsusi maddə yeridilir.
Bu isə onu deməyə əsas verir ki, sağlamlığınızı qorumaq istəyirsinizsə, broyler toyuqları almayın.
 
 


Şərhlər:
Baxılıb: 2749
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz