Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakı məktəbində rüsvayçılıq: şagirdin anası müəlliməni vurdu
Bakı məktəbində rüsvayçılıq: şagirdin anası müəlliməni vurdu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1291
Səs ver:

"Yaxın günlərdə materiallar araşdırmaq üçün məhkəməyə veriləcək”

Bakı məktəbində müəllim nüfuzunu ləkələyəcək xoşagəlməz hadisə baş verib. Belə ki, sentyabrın 30-da Əmircan qəsəbəsində yerləşən 97 saylı məktəbdə işləyən 49 yaşlı müəllimə Rima Bəşirova şagirdlərin gözü önündə valideyn tərəfindən şillələnib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsindən bildiriblər ki, Azərbaycan dili və ədəbiyyatı müəllimini onun şagirdinin Böyükxanım adlı anası təhqir edib. Səhər saat 8-də qadın məktəbdə Rima Bəşirovanın uşaqlara dərslik paylamaması ilə bağlı dava salıb. "O müəllimi təhqir edib və şillə vurub. Biz məktəbə gəldikdə Rima Bəşirovanın üzündə onun barmaq izləri hələ də qalmışdı”, - deyə, polisdən bildiriblər.

Polisin sözlərinə görə, valideyn özünü günahkar hesab etmir və üzr istəməyə hazırlaşmır. O, polisə qarşılıqlı ərizə verərək, Bəşirovanı öz oğlunu – beşinci sinif şagirdini bir neçə dəfə təhqir etməkdə və uşağın pencəyindən dartaraq, onu hamının gözü qarşısında küncdə saxlamaqda ittiham edir.

Polislər qadına yuxarıda sadalananların müəllimi döymək üçün bəhanə olmadığını izah etməyə çalışsalar da, bu fayda verməyib. Qadın üzr istəmək fikrində belə deyil və hətta qohumlarını da məktəbdə müəllimin üstünə göndərib.

"Yaxın günlərdə işin materialları araşdırılmaq üçün məhkəməyə veriləcək”, - deyə, polisdən bildiriblər. Bununla yanaşı, valideynin hərəkətləri polis əməkdaşını da təəccübləndirib və o, bunları deyib: "Bizim üçün bu təhqir deyildi – bu, məktəb müəllimləri arasında adi praktika idi. Pis davranışa görə şagirdi küncdə saxlardılar. Bu heç də təhqir deyil. Yadımdadır, küncdə dayandığımız vaxt biz hətta sinif şagirdlərimizə dil çıxarır, bizə gülənləri hədələyirdik. Lakin müəllimdən incimək... İndiki validyenlər hətta ağıllarına belə gətirmirlər ki, onların uşaqları özünü pis aparıb”.



Şərhlər:
Baxılıb: 1291
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz