Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
650 min dollarlıq maşını olan tələbənin atası: “Vertolyotum da var – sonra?!”
650 min dollarlıq maşını olan tələbənin atası: “Vertolyotum da var – sonra?!”
Göndərən: S_E_M_A
Şərhlər:
Baxılıb: 2180
Səs ver:
650 min dollarlıq maşını olan tələbənin atası: “Vertolyotum da var – sonra?!”
 
Oğlu 650 min manatlıq "Lamborghini”yə sahib olan tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov  vertolyota sahib olmasından danışıb. İ.Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı "Yeni Musavat"ın sualına belə cavab verib: "Mənim vertolyotum da var.
Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?” 
Maraqlıdır ki, İ.Axundov dünən bizimyol.info saytına verdiyi açıqlamada oğlunun bahalı maşına sahib olmasını ciddi-cəhdlə təkzib etmişdi. Sitat: "Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm”
 
İsfəndiyar Axundov bildirmişdi ki, internet saytlarında 650 min dollarlıq  "Lamborghini"  avtomobilinin onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil. 
Ancaq maraqlıdır ki, Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, "My new car, lambo#aventador” haştagından istifadə edib.
Qeyd edək ki, məsələ ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər. "Lamborghini Gallardo” markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilirdi.
 
Qeyd olunurdu ki, həmin avtomobil iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.
2 gün əvvəl isə baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun deputat oğlu Aydın Abbasov özünün motosiklet sürməsinə münasibət bildirərkən "Azərbaycanda elə yüksək vəzifəli şəxslər vardır ki, təyyarə də sürürlər” demişdi. A.Abbasov fikrini konkretləşdirməsə də, bəlli olur ki, İsfəndiyar Axundov kimi vəzifə daşıyıcısı olmayan şəxslər də vertolyota sahibdirlər.
Deputatın təyyarə sürən vəzifəli şəxslər dedikdə kimləri nəzərdə tutmasını da araşdırırıq. Yaxın saylarımızda araşdırmamızın nəticəsini  oxucularımıza təqdim edəcəyik. 
 






Şərhlər:
Baxılıb: 2180
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz