Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana muqeddesdir!
Ana muqeddesdir!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1272
Səs ver:

 

Her kesden sonra yatar analar. Her kesden evvel qalxar. Kibritlerini çekib ocağını yandırar. Körpelerine, evinin direyine xidmet etmeye başlar. Sessiz-sedasız iş görer. Çaydan qaynayıb buxarı etrafı bürüyen kimi demleyer mexmeri çayını. Yağ, pendir, Allah verenden düzer süfreye. Uşaqlar stekanlerı cingildeden qaşıqların sesine oyanarlar ancaq. Bezilerinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ile öper, qoxulayar ciyerparasını. Nece diller töker, nece sever, nece oxşayar ! Nehayet, açılar mürgülü gözler... Gergin bir gün başlayar yene de... İşıqlar yanar,söner, eller-üzler yuyular...

Bütün bu telaşlara ancaq süfre başında son qoyular. Qurtum qurtum çay, dilim dilim qızarmış çörek, yağ pendir, dadından doyula bilmeyen çiyelek mürebbesi. Seher yemeyi ve her kes yola çıxar. İşe geden kim, mektebe geden kim... Her birinin arxasından dualar oxuyaraq örter qapını ana. Gözü axşama qeder yollarda qalar. Evin seliqe-sehmanını, biş-düşü onun ciynindedir. Ele ise çox gecikmek de olmaz. Hele bir oğlana bax... Şalvarı bir terefde, köyneyi bir yanda... Bes bu qıza ne deyesen? Riyaziyyat defteri evde qalıb yene... Müellimi danlayacaq...

İndi de balacalar oyandı... En balacası, axşam qapının arasında qalıb ezilen barmağını ğösterir. Görünür ağrısı kecmeyib hele. Eyilib öpür ana sevgi ile. Balacanın üzünde decel bir tebessüm : "Bir de”- deyir. Yene öpür ana. Bes nece? Övladın ağrılarına şefadır ana öpüşü!

Kederli, heyecanlı, min bir hisse qapılaraq yolunu itiren üreklere en sakit bir limandır ana üreyi… Kederinize ortaq, derdinize çaredir ana…

Ne qeder böyüyürsünüzse böyüyün, hansı peşenin sahibi olursuz olun, onun gözünde hemişe uşaqsınız.
Bezmez ana, usanmaz heç vaxt. Övladını sevmekden, dua etmekden, incise de bağışlamaqdan, uzaqdasınızsa, yol gözlemekden yorulmaz. Beli, beledir ana. İndi onu daha hansı sözle teseffür edek, bilmirem...

Her hansı bir insan, her hansı bir qadın qelbine siğmaz ana. Yalnız hiss ede bilersiniz ananıza olan duyğularınızı. Elle tuta bilmersiniz. Gözle göre bilmersiniz. Ona göre de cennet anaların ayaqları altındadır.Ona göre de en uca meqamlarda çekilir adı... Anaya "Of” bele demek günahadır. Haqqını ödemek olmaz onun. Ömrünü hesr etdiyi övladlarına müqeddes bir emanetdir. Ne bexteverdir anasını razı salan, xeyir-duasını alan övladlar...
Uşaq dünyaya gelende onun dünyada yaşaması üçün her şeyinden kececek olan bir melek vardır, varlığını ona verecek, daim onu düşünecek, onun üçün yaşayacaq. O melek heç bir zaman onu tek qoymayacaq. Bütün nevazişi, sevgisi o körpenin üstünde olacaq. Sevgisiyle, ruhuyla, cismiyle o körpeni böyüdecek.

O meleyin adi Anadır, Ana...

Allah bütün anaları qorusun. Onlara uzun ve xeyirli ömür, yaşam qismet elesin.
Bizi de onlara layiqli övlad etsin... AMİN!Bu arada butun analarin qarwisinda baw eyib ellerinden opurem.Ana-Atanizin qedrini bilin onlari uzmeyin ALLAH hec kime valideyn itkisi vermesin men yawamiwam bu itkini ama siz yawamayin.
 



Şərhlər:
Baxılıb: 1272
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz