Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Toyda oxuyanda da şpaqat açmaq istəyirəm, amma özümü yığışdırıram" - FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1505
Səs ver:
Onu mətbuat daha çox "şpaqat açan müğənni” kimi tanıyırlar.  Şpaqat açdı, tanındı, amma yenə əvvəlki kimi dayandı bir kənarda. Söhbət müğənni Könül Şıxəliyevadan gedir.
Sənətçi müsahibəsində şəxsi həyatından, yeniliklərindən danışıb.

- Bir fotosessiya etdirdin, müsahibə verdin, gündəmə gəldin və indi də ortalıqda yoxsan...
- Varam, yeni klip çəkdirmişəm.

- Nə klipidir?
- "Xatirələr” mahnısına çəkilmiş klipdir. Talıb Tale və Elvin Musayevin mahnısıdır.

- Klipi kim çəkib?
- Fuad Tofiqoğlu.

- Sənin oxumağın hansı zərurətdən yarandı. Nədən hiss elədin ki, oxumalısan? Ümumiyyətlə, estradamızın harasında boşluq var idi ki, o boşluğu doldurmağa gəlmisən?
- Oxumağı, musiqini çox sevirəm bir hobbi kimi.

- Özün üçün klipsiz, evdə, yaxud da yaxın adamların məcslisində oxuya bilməzdin?
- Evdə də oxuyuram, məclisdə də.

- Səncə, sənin oxumağın efirlikdir?
- Bəli.

- Dəqiq?
- Əlbəttə.

- Bizim efirdə səndən pis oxuyanlar var?
- Mən pis oxumuram.

- Yəni belələri varmı?
- Bəli, bəli.

- Kimlərdir onlar?
- Ad çəkmək istəmirəm.

- Adam öldürmürsən ki, ad çəkməyəsən.
- Çoxdur.

- Birinin adını çək.
- Afaq Aslan.

- Şpaqat açmağı harda öyrənmişdin?
- Bədii gimnastikayla məşğul olmuşam.

- Məncə, gimnastikanın ardınca getsəydin, daha böyük uğur qazanardın.
- İnsan sevdiyi işlə məşğul olmalıdır.

- Sevmirdinsə, gimnastikaya niyə gedirdin?
- Sağlamlıqdır. Mən çox işlərlə məşğulam. Saç ustasıyam, salon işlərindən başım çıxır. İnsan özünü bütün sahələrdə sınamalı və yekunda özünü tapmalıdır.

- Səni şou-biznesin hərşeyşünas sənətçisi hesab etmək olar?
- Mən şou-biznesə canlanma gətirəcəm.

- Gətirdiyin nədirsə, bir ildir gətirib çıxarda bilmirsən.
- Təzə klipim çıxdı.

- Yetərincə komplekssiz və cəsarətlisən. Səni hansısa fotosessiyada bütün geyimlərdən imtina etmiş formada, kobud desək, lüt görə bilərik?
- Ola bilər. Elə paltar ola bilər ki.

- Yox, ümumiyyətlə paltarsız...
- Söz vermirəm.

- Demişdin ki, haranısa əməliyyat elətdirəcəksən. Nə vaxt etdirirsən?
- Ola bilər ki, elətdirim. Hamı elətdirir də, nə var ki burda?

- Səni nə qane eləmir?
- Qane edir e...

- Bəs niyə əməliyyat etdirirsən?
- Daha da gözəl olmaq lazımdır.

- Yəni etiraf edirsən ki, gözəl deyilsən.
- Gözələm, amma təbii gözəlliyə qiymət verən yoxdur.

- Bir ilə sənətinə nə qədər pul qoymusan?
- Çox qoymamışam. Efirə çıxmaq üçün çox pul xərcləmirəm.

- Onda müəyyən bicliklərə əl atırsan ki, mətbuat məcbur olub səndən yazsın?
- Necə varam, eləyəm.

- Səndən bir müddət əvvəl müsahibə almaq istədim. Məlum oldu ki, mətbuat katibin də var imiş. Könül Şıxəliyeva nə böyük müğənniymiş ki, mətbuat katibi də varmış?
- Hamı yavaş-yavaş başlayır da.

- Yavaş-yavaş başla da. Özün telefonla danışa bilmirsən?
- Danışa bilirəm.

- Flora Kərimova telefonuna özü cavab verir... Məlum fotosessiyandan sonra sənə xeyli sponsor-sevgili təklifləri oldu yəqin ki.
- Mən eşitməmişəm.

- İndi belə bir insan var?
- Xeyr, yoxdur (Halbuki, sevgilisi ilə konsertə gəlmişdi-İ.V)

- Ailəli olmusan?
- Ailəli olub ayrılmışam, övladım var.

- Nə zamandan təksən?
- 5-6 il var.

- İnanan daşa dönsün ki, bir səhnə qadını 5-6 ildir təkdir.
- Hər şey ola bilər.

- Mən inanmıram.
- Öz probleminizdir.

- Suallar səni qıcıqlandırmır?
- Xoşdur belə mübahisəli müsahibə.

- Qarşıda hansı planların var?
- Klipimi efirlərə verməyə hazırlaşıram. Bir də ikinci mahnım "Ayrılığı istədin” hazırlanır.

- Bəs o mahnıları efirə verəndə tamaşaçılara yazığın gəlmir? Klip çəkdirmisən, qoy evdə DVD-də bax da.
- İnsanlar bütün günü nə qədər eyni şeyə baxsınlar?

- Sən oxuduğun musiqi deyil.
- O sizə görə musiqi deyil, amma məni sevənlər də var.

- Pərəstişkarların fanatların var, sənə mesajlar yazırlar...
- Bəli, elədir.

- Sosial şəbəkədə varsan?
- Bəli.

- Hansında?
- İnstagramda.

- Nə qədər izləyicin var?
- Minə yaxın.

- Deməli, Azərbaycanda sənin min nəfər pərəstişkarın var?
- Özüm heç kimə dostluq göndərmirəm.

- Efirlərə pul verib çıxırsan?
- Elə olacaq demək olar ki. İndi pulsuz heç nə yoxdur.

- Pulu hardan qazanıb efirə verirsən?
- Ailəm verir

- Yəni kim?
- Valideynlərim.

- Bizneslə məşğuldurlar?
- Obyektlərimiz var.

- Camaatın obyektdən qazandığını gətirib efirə verirsən ki, nə var-nə var efirdə görünəcəksən?
- İnsanlar təzə sima görməlidirlər də.

- Zarafat bir qırağa, amma sənin səsində nəsə var
- (gülür) Döyəcəm haa səni.

- Düşünürsənmi ki, sənətin nə vaxtsa sənə pul qazandıracaq?
- Qazandırır artıq, toylara gedirəm mən.

- Neçəyə gedirsən?
- Oxuyuram, durduğum yerdə mənə qəşəng pul gəlir.

- Durduğun yerdə pul necə gəlir?
- Bəzən deyirlər ki, filan mahnını təzədən oxu. Toya pul danışıb getmirəm.

- Bir toydan nə qədər qazanırsan?
- 300-500 manat.

- Hər gün toyda olursan?
- Həftədə 2-3 dəfə.

- Ziyalı məclislərinə gedirsən?
- Qəşəng-qəşəng yerlərə gedirəm.

- Rusiya toylarına da gedirsən?
- Hələ yox, dəvət yoxdur. Burada nə qədər toylarımız var. Ora niyə gedirəm ki?

- Toyda nömrə verirlər sənə?
- Olur, özü də çox.

- Heç toyda şpaqat açdığın olub?
- Şapaqat açmaq istəyirəm, amma özümü yığışdırıram.

- Onda bu səndə patoloji haldır da.
- Məndə kompleks yoxdur. Rəqsi çox sevirəm. Niyə şpaqatdan yapışmısan?

- Mən səni elə tanımışam da.
- Yəqin şpaqat açmağım xoşuna gəlib, ona görə yadında qalıb. Anti-reklam özü bir reklamdır.

- Amma babat şapaqat açmışdın. Sənə görə indi başladığın yolun pik həddi hardadır?
- Konsert verəndə olacaq?

- Gələn olacaq həmin konsertə?
- Olacaq. Heç kimi dəvət etməyəcəm, özləri bilet alıb gələcəklər.

- Klipinin təqdimatına nə qədər jurnalist gəlmişdi?
- 3-4 nəfər.

- Bax bu real göstəricidir də. Mətbuat konfransına 3-4 nəfər gəlirsə... Konsertin nə vaxt olacaq?
- Bir ilə.

- Bir ilə həmin publikan olacaq?
- Bəli.
 

 

 

 

 

 

 

 

 

 


Şərhlər:
Baxılıb: 1505
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz