loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Onun qeyri-adi evlilik təklifi məni tərksilah etdi" - müsahibə + fotosessiya
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1490
Səs ver:
Tamaşaçılara daha çox "Şarm" verilişindən tanış olan aparıcı Samirə Rüstəmova oktyabrın 20-də psixoloq Kənan Rəhimovla ailə həyatı qurmağa hazırlaşır. 

O,müsahibəsində toy hazırlıqlarından, gələcək həyat yoldaşı ilə tanışlığından danışıb.

- Vaxt yaxınlaşdıqca həyəcan artır? 

- Əlbəttə. Bu, həyatda atdığım ən vacib addımdır. Ümumiyyətlə, verdiyim qərarlara məsuliyyətlə yanaşmağa öyrəşmişəm deyə, həyəcan, təbii ki, çoxdur. Bu, hər şeyin toya qədər mükəmməl olmasına görə deyil. Mən düşünürəm ki, ailə qurandan sonra da həyat yoldaşı ilə qarşılıqlı münasibəti qoruyub saxlamaq məsuliyyəti xanımın üzərinə düşür. Maraqlı kişi üçün daim maraqlı qalmaq çətindir. Bu fikir məni həyəcanlandırır. Nişanlım bu məsələdə daha əmindir. Psixoloq olduğuna görə "gələcəyi özümüz qururuq” deyib, məni də arxayın edir. 

- Tanışlığınız necə baş verdi? 

- Artıq bir ildən çoxdur ki, tanışıq. İlk tanışlığımız iş münasibəti zəminində formalaşıb. Ona görə də nişan gününə qədər bir-birimizə "Siz” deyə müraciət edirdik. 

- Səni təəccübləndirən hansı sürprizləri edir?  

-  Ən böyük sürpriz bir-birimizə qarşı olan hisslərin etirafı oldu. Mənim üçün bu, ad günümə ən böyük hədiyyə idi. 

- Evlilik təklifi necə oldu?

- Onun qeyri-adi evlilik təklifi məni tərksilah etdi. Bir gün işə gələndə bütün yeri gül ləçəkləri ilə örtülü gördüm. Otağa keçəndə Kənan əlində gül dəstəsi dayanmışdı. Mənə "Siz” deyə müraciətlə evlilik təklifi etdi. Çox rəsmi görünsə də, yetərincə romantik an idi. 

– Bal ayı gözlənilir? 

- Toydan 7-10 gün sonra bal ayına çıxmağı düşünürük. Hara səyahət edəcəyimizə hələ özümüz də qərar verməmişik. Bu barədə planlar qururuq.

Zəhra Əhmədova,
Ruslan Əsədov
Çəkiliş məkanı: "Ramada hotel"
Geyim: "Magura"
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz