Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ANS-in keçmiş aparıcısı: “Kupalnik”də şəkil çəkdirməmişəm ki” … (fotolar)
ANS-in keçmiş aparıcısı: “Kupalnik”də şəkil çəkdirməmişəm ki” … (fotolar)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 21953
Səs ver:
Onu ANS-də yayımlanan "Xonça”, "Kamerton” kimi verilişlərdən tanıdıq. Kimlərsə sevdi, kimlərsə bəyənmədi.

Özünəməxsus danışıq tərzi və ədasıyla seçilən Gülnarə Məmmədova xeyli müddətdir ki, Azərbaycanı tərk edib, Türkiyədə yaşayır. Tanınmış teleaparıcı  müsahibəsində Azərbaycandan getmə səbəblərindən, hazırda Türkiyədə məşğul olduğu işlərdən, şəxsi həyatından və digər maraqlı məsələlərdən danışıb.

- Gülnarə xanım, Türkiyədə nə işlə məşğulsunuz?
- Burada öz sahəm üzrə çalışmıram.

- Bəs hansı sahədəsiniz?
- Turizm sahəsində işləyirəm. İndi xarici dilləri öyrənməyə başlamışam və bu işdən zövq alıram. Türkiyəyə qalmaq niyyəti ilə gəlməmişdim. Həmişəki kimi, istirahət etmək, gəzmək istəyirdim. Qəfil qərar verdim və burada qaldım.

- Nə zaman qərar verdiniz?
- Burada olduğumun bir ili tamam olacaq.

- Geri dönmək planınız varmı?
- Mən artıq planla yaşamıram. Həyatımı planlamıram. Sabah da Azərbaycana qayıda bilərəm, heç qayıtmamağım da mümkündür.

- Nə əcəb öz sahənizdə çalışmadınız?
- Bura gələndə çox yorğun idim, sanki televiziya sahəsindən bezmişdim. Amma bura yeni gələndə mənə bir seriala çəkilmək təklif olunmuşdu. Həmin serialda kənd qızı rolunda oynamalıydım. Sadəcə, üzərimdə işləməyim, dil öyrənməyim lazım idi.

- Şəxsi həyatınla bağlı vəziyyət nə yerdədir?
- Azərbaycanda çox qəribə bir şey var. "Türkiyə” deyəndə orda hər kəsin ağlına ilk növbədə ər gəlir. Soruşurlar ki, ərə getməyəcəksən? Amma ərə hər yerdə getmək olur. İnsan hara gedirsə, ağlı dəyişmir. Mən Bakıda da ərə gedə bilərəm, burada da. İndilikdə nə ərə getmək niyyətim, nə də belə bir namizəd var. Əslində, ailə həyatı qurmağı çox istəyərəm. Mənə görə insan olsun, milliyyətinin fərqi yoxdur. Əvvəl məntiqlə evlənəcəyimi deyirdim. İndi isə duyğu da olacaq, sevgi də, məntiq də. İnsanlara maddiyyatına görə dəyər vermirəm.

- Elə bil ki, Azərbaycandan incik getmişdiniz…
- Orada çox depressiyaya girirdim, özümü yaxşı hiss etmirdim. İndi daha rahatam. Hərdən özümə sual verirəm ki, mən niyə burdayam?

- Darıxdığınız, geriyə dönmək istədiyin anlar olur?
- Bəli, ailəm, yaxınlarım üçün darıxıram. Azərbaycana qayıdıb işlərimə davam etməyim də mümkündür və dəvətlər də alıram. Sadəcə, Azərbaycanda aparıcıların maaşı yüksək deyil. Aparıcılar nə alır ki? O gün mənə "Xonça” verilişimi Azərbaycandakı regional televiziyaların birində hazırlamağı təklif etdilər. Maraq üçün maaşı soruşdum. Halbuki, belə bir verilişi yenidən aparmaq istəyim yoxdur. Bir dəfə elədim, gözəl elədim. Mənə təklif olunan maaşı desəm, gülərsiniz.

- Nə qədər idi?
- 400 manat dedilər. Yəni Azərbaycanda aparıcıların maaşı çox aşağıdır.

- Türkiyədə bilənlər varmı ki, siz Azərbaycanda tanınan aparıcılardan olmusunuz?
- Burada azərbaycanlılar çoxdur deyə məni tanıyırlar. Özüm söyləməsəm belə.

- Sosial şəbəkələrdə də çox fəalsınız. Hətta paylaşdığınız fotoların bir çoxu partilərdən, əyləncə gecələrindəndir. Deyəsən, ora gedəndən bir qədər sərbəstləşmisiniz…

- Düzdür, İstanbul insana rahatlıq verir. Həmişə oturuşuma, duruşuma fikir vermişəm. İndi də eləyəm. "Kupalnik”də şəkil çəkdirməmişəm ki. Uzaqbaşı, "şortik”də şəkil çəkdirmişəm. Nə var ki burda?
 

 

 

 

 

 

 

 

 

 

 




Şərhlər:
Baxılıb: 21953
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz