Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan əhalisinin sayı artıb - STATİSTİKA
Azərbaycan əhalisinin sayı artıb - STATİSTİKA
Göndərən: Gulu-Qezi
Şərhlər:
Baxılıb: 776
Səs ver:
2014-cü ilin avqust ayına olan məlumata görə, əhalinin sayı 9,5 milyonu keçib

Azərbaycanda əhalinin sayı barədə statistika açıqlanıb. Dövlət Statistika Komitəsindən İnterAz-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artaraq 2014-cü ilin avqust ayının 1-i vəziyyətinə 9540,4 min nəfərə çatıb. 

Bundan başqa komitə 2014-cü ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı da məlumat verib.

2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil edib.

Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545,0 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1756,0 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil edib. 

Avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dəyişməyib, ərzaqməhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşıb. 2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-avqust aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,4 faiz bahalaşıb. 


Şərhlər:
Baxılıb: 776
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz