Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakı IV Beynəlxalq Televiziya Festivalına ev sahibliyi edəcək
Bakı IV Beynəlxalq Televiziya Festivalına ev sahibliyi edəcək
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 749
Səs ver:
Bu il sentyabrın 24-dən 27-dək Bakıda keçiriləcək "TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalında MDB və yaxın xarici ölkələrin 11 aparıcı televiziya şirkəti iştirak edəcək.

Builki festivalın mövzusu "Birlik ölkələri teleefirində ən yeni tarix"dir. Telefestivalın təşkilatçıları "Rusiya Televiziya Akademiyası" və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondları, Azərbaycan tərəfindən isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir. "TEFİ-Sodrujestvo"nun təskilatçıları hesab edir ki, beynəlxalq tədbirin Bakıda keçırılməsi Azərbaycan Prezidenti Administrasiyasının önəmlı dəstəyi nəticəsində mümkün olub.
Azərbaycanın IV beynəlxalq telefestivala ev sahibi seçilməsi ölkəmizin dinamik inkişafı və tədbir təsis olunandan bəri Azərbaycan Televiziyasının orada fəal iştirakı ilə bağlıdır.
İndəyədək Kiyev, Astana və Odessada keçirilmış festivalda AzTV-nin "Toğrul Nərimanbəyov", "Əlvida və salam, Bakı!" sənədli filmləri, "1001 sual" intellektual verilişi "TEFİ" mükafatına layiq ğörülüb. Builki festivalın proqramına tədbirin təntənəli açılışı və bağlanışı, ən yaxşı teleproqramların nümayişi, müasir televiziyanın aktual məsələləri üzrə "dəyirmi masa", ustad dərsləri, müzakirələr, mətbuat konfransı daxildir. Festivalın bütün tədbirləri MDB və yaxın xarici ölkələrdən gələn nümayəndə heyətlərinin iştirakı ilə keciriləcək.
Festivalın ekspert şurasında "Rossiya" telekanalının redaktoru və aparıcısı Andrey Maksimov, OAO "TV-Tsentr" telekanalının siyasi şərhçisi Leonid Mleçin, "Adamovo Yabloko" teleşirkətinin bədii rəhbəri Kiril Nabutov, Ali Jurnalistika Məktəbinin pedaqoqu, "Exo Moskvı" radiostansiyasının aparıcısı Svetlana Sorokina, teletənqidçi, "Exo Moskvı" radiostansiyasının şərhçisi və aparıcısı İrina Petrovskaya, teleaparıcı Kira Proşutinskaya, "Central Partnership" sırkətinin baş prodüseri, baş direktor müavini Timur Vaynşteyn və başqaları təmsil olunacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış kinorejissor Yuli Qusman və Rusiyanın tanınmış teatr və ictimai xadimi Anatoli İksanov festivalın fəxri qonaqları qismində tədbirə qatılacaqlar.
 
buro247


Şərhlər:
Baxılıb: 749
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz