Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Türkanın nikahdankənar hamilə qaldığı müğənni Vüqardır?
Türkanın nikahdankənar hamilə qaldığı müğənni Vüqardır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2026
Səs ver:
Vüqar Muradov: "Övladıma sahib çıxaram, amma onunla ailə qurmaram”

Qadınlar.Biz milli.az-a istinadən xəbər verir ki, bu gün "Evdəyik” verilişi daha bir tükürpədici açıqlama ilə yadda qalıb. Belə ki, verilişin qonaqları sırasında studiyaya təşrif buyuranlar arasında müğənni Vüqar Muradov da olub. Verilişin aparıcısı Ülvira Qarayeva Vüqarı studiyaya dəvət etməsinin şokedici səbəbini açıqlayıb:

"Mən Vüqar Muradovu studiyamıza nəyə görə dəvət etmişəm?! Haradasa bir həftə bundan öncə bizim studiyamıza bir xanım gəldi. Bu xanım 22 yaşlı aktrisadır. Adı Türkan Əliyevadır. Gəlib dedi ki, "mən hamiləyəm. Ailəli olub ayrılmışam”. Türkanın dost-tanışları arasında apardığımız sorğu-sualdan sonra bu qənaətə gəldik ki, onun övladının atası Vüqar Muradovdur. İnstagram və Facebook-da o xanımın səhifəsində paylaşılan fotolar da məhz ikinizə aiddir sanki və onun paylaşdığı bütün şəkilləri "like" edirsən, o xanım sənə məxsusdur kimi bir təəssürat bağışlayır yazdığı "komentari"lərdə də. Demək olar ki, onun bütün şəkillərinə ancaq sən yazırsan”.

Vüqar 22 yaşlı aktrisanın hələ dünyaya gətirmədiyi övladının atası olması iddiasına belə cavab verib:
 
"O deyilənlərin bir əsası olsa, mən gərək bir uşaq bağçası açardım. Atalıq çox gözəl hissdir əslində. Mən ölürəm uşaq üçün. Uşaq üçün burnumun ucu göynəyir. Amma bəlkə, mən o xanımı həyatımda bir dəfə görmüşəm.  Mən subay adamam, tək yaşayıram. Həyatımda çox şey baş verə bilər. Əgər o həqiqətən mənim övladımdırsa, bu məni ancaq xoşbəxt edə bilər. Övladıma sahib çıxaram, amma onunla ailə qurmaram.

Çox xanımlar mənə bu iddia ilə müraciət ediblər. Amma ortalıqda övlad görməmişəm”.


Şərhlər:
Baxılıb: 2026
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz