Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq artistinin qızı boşanmasından danışdı – Video
Xalq artistinin qızı boşanmasından danışdı – Video
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 933
Səs ver:
Flora Kərimova qızı Zümrüdün boşanmağından danışıb.
Qadınlar.biz-in xəbər verir ki, sənətçi "10Lar” verilişinə açıqlamasında uzun müddət susqunluqdan sonra qızı ilə kürəkənin ayrılma səbəbindən söz açıb:

"Qızım ailə qurduğu evə gəlin kimi deyil, övlad kimi getdi. Buna görə qudama təşəkkür edirəm. Hələ də qudam deyirəm, çünki əksinə dilim gəlmir. Qızımın baldızına və qayınanasına çox "sağ olun” deyirəm. Qohumluq qismət olmadı, amma dost qaldıq”.

Flora Kərimova yayılan bəzi şayiələrə də aydınlıq gətirdi:
"Dedilər ki, guya qızım ana ola bilmədiyi üçün ayrılıb. Qızımın bətnində 4 aylıq övladı tələf oldu. Onların ailə qurması mənim və Tərlan xanımın təkidi ilə baş tutmuşdu. Üç dəfə yox dedim, sonra razılaşdım. Qızım mənim istəyimlə ailə qurdu. Bu 6 il ərzində kürəkənimdən çox razı qalmışam. Nazimə çox sağ ol deyirəm ki, həmin müddətdə qızıma özünü qərib hiss etdirmədi. Əslində, qızım özü boşanıb. Zümrüd dedi ki, nə qədər sənə ağır, çətin olsa da, yenə də səbirli ol. Onsuz, mən bunu edəcəkdim, boşanacaqdım”.

Xalq artistinin qızı Zümrüd boşanması haqqında danışıb. Bu qərarı sağlam, sakit başla verdiklərini deyib:
"Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, iki müstəqil, ağıllı insanlarıq. Sərbəst insanlar kimi qərar verdik. Onunla ailə qurmağıma peşman deyiləm. Ona xoşbəxtlik arzu edirəm. Gələcəkdə barışmağımıza gəlincə, biz küsməmişik ki, bundan sonra barışıq. Amma yenidən bir araya gəlib, ailə qurmaq kimi addım atmayacağıq”.
 


Şərhlər:
Baxılıb: 933
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz