Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Space-dəki çal-çağırın iştirakçısı: “Bu çəkiliş idi də… Nə dəxli var. İndi vətən yolunda gediblər də…"
Space-dəki çal-çağırın iştirakçısı: “Bu çəkiliş idi də… Nə dəxli var. İndi vətən yolunda gediblər də…
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1491
Səs ver:
Dünən Azərbaycan ordusu 8, bu gün isə 4 hərbçisini şəhid verib.

Belə bir vaxtda "Space” kanalının musiqili verilişlərin yayımına ara verməməsi tamaşaçıların etirazına səbəb olub.

Telekanal hələ də öz efir proqramında dəyişiklik etməyib. Bu gün "Hər səhər" əyləncəli veriliş efirə gedib. Proqramda xalq artisti, kamança ifaçısı Abbasqulu Nəcəfzadənin ad günü qeyd olunub. Xalq artisti Teymur əmi, əməkdar artist Gülbahar Şükürlü, müğəni Səyyad Əlizadə, Ruhəngiz Musəvi və başqaları mahnılar ifa edərək səbəbkara ad günü təbriklərini çatdırıblar.

Qadınlar.Biz aktual.az-a istinadən bildirir ki, müğənnilər bu verilişin 4 gün əvvəl çəkildiyini, lakin bu gün efirə getdiyini deyiblər.

Səyyad Əlizadə verilişin efirə getməyindən təəssüfləndiyini deyib: " Bu veriliş çəkilişdir, canlı yayım deyil. 4 gün bundan əvvəl proqramın çəkilişində olmuşuq. Bilirsinizmi, mən özüm də övlad itirmişəm. Bir valideyn üçün bunun nə demək olduğunu hamıdan yaxşı bilirəm. Verilişə bu gün baxmamışam. Xəbərim yox belə yox idi. Ağlıma da gəlməzdi ki, efirə gedib. Düzü elə hər yer çal-çağırdır. Gərək hər yerdə onların ruhuna hörmət qoyulsun. Allah səbr versin. Yenə də təəssüflənirəm. Gərək efirə verilməyəydi”.

Qarmon ustası Gülbahar Şükürlü isə insanların qəzəbini qazanmaqdan qorxduğunu deyib: " Bu veriliş 4 gün əvvəl çəkilib. Həmin gün hazırlıqsız gəlmişdim, əynimdə şalvar var idi. Kanalın əməkdaşlarından biri ilə əlaqə saxlayıb demişdim ki, məni efirdən kəsin, geyimim xoşuma gəlmir. Dünən də təkrar danışdıq, dedim indi səbəb çoxdur, yəqin ki, efir olmaz. Dedi siz nə danışırsınız, yəqin ki, sabah olmayacaq efirdə, o qədər şəhid vermişik. Səhər oyanıb baxdım, çox da pis həyəcan keçirdim. Qohumlarım da zəng edir. Axı insanlar bilmir ki, bu çəkilişdir. Səhər efir zamanı da zəng vurdum. Düz deyildi, o qədər gözüyaşlı analar var. Verməsəydilər yaxşı idi…”

Gülyanaq Məmmədova dünənki tədbirini təxirə saldığını və efirdə çıxışının nümayişindən xəbərsiz olduğunu deyib.

Ruhəngiz Musəvi isə nə iştirakından, nə nümayişdən narahat olmadığını bildirib: "Bu çəkiliş idi də… Nə dəxli var. Allah rəhmət eləsin, indi vətən yolunda gediblər də… Veriliş gözəl verilişdir, bizim də işimiz budur. Mənim heç kimə "pretenziyam” yoxdur… Mən belə fikirləşirəm”.


Şərhlər:
Baxılıb: 1491
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz