Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aygünün pəncərəsindən kimsə içəri girdi - XƏYANƏT
Aygünün pəncərəsindən kimsə içəri girdi - XƏYANƏT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4629
Səs ver:
Sabirabadda namus üstündə ağır ailə faciəsi  baş verib. Hafta.az-a daxil olan məlumata görə, rayonun bir kəndində Aygün adlı  (bütün adlar şərtidir)  qadın özünü asıb. Lakin bu hadisə sadəcə özünəqəsd kimi qiymətləndirilmir.

Kənd sakinilərinin verdiyi məlumata görə, Aygün özünü asmamışdan bir gün öncə həyat  yoldaşı Nicat ilə oğlu Namiqi İrana yola salıb.  Ata ilə oğul İrana getdikləri günün axşamı Aygün  həyatının faciəsini yaşayıb.

Məlumatda bildirilib ki, həmin gecə saat 2 radələrində  qonşu Xudayar, Aygünün  pəncərəsindən kiminsə içəri girdiyini görüb:

 "O, fanar və fotoaparat götürərək pəncərəyə qalxıb və naməlum şəxsin Aygünün otağında fotosunu çəkib. Həmin fotonu isə səhəri gün bütün kəndə yayıb. Aygünün  atası qızını şantaj etdiyi üçün Xudayardan Polis İdarəsinə şikayət edib. Polis məsələni araşdırıb başa çatmamış faciə baş verib. Bu hadisədən 24 saat keçməmiş, Aygün özünü asıb”.

Bildirilir ki, Xudayarın kənd camaatına bildirdiyinə görə, səhəri gün Aygün onun yanına gələrək, şəkili silməyi və bu məsələdən heç kimi məlumatlandırmamağı  xahiş edib:

"Aygün deyib ki, bunu bir sən bilirsən, bir də mən. Qoy öz aramızda qalsın. Lakin Xudayar onun sözlərinə məhəl qoymayıb. Belə olan halda Aygün özünü Kür çayına atmaq istəyib.  Kənd sakinlərinin onu görməsi isə, bu planın baş tutmaması ilə nəticələnib. Həmin gün,  təxminən, 15 radələrində isə Aygünün həyətlərindəki çardağdan asılmış şəkildə cansız bədəni tapılıb”.

Məlumatda o da bildirilir ki, hadisəni araşdıran polis Aygünün  özünü asdığı kəndirdən qardaşının barmaq izlərini aşkarlayıb:

"Qardaşı isə bildirib ki, Aygün meyitini o, kəndirdən açıb. Buna görə də onun barmaq izləri ekspertiza  əməliyyatı nəticəsində aşkarlana bilər”.

Aygün ölümündən yarım saat əvvəl oğlu və həyat yoldaşı ilə telefonla danışıb.

Aygün özünü asmamışdan öncə əri Nicatın telefonuna zəng edib. Nicat isə bildirib ki, artıq  kəndin girəcəyindədir və yarım saata evlərinə çatacaq. Xatırladaq ki, həmin vaxt Nicat baş verən hadisələrdən xəbərsiz olub. Daha sonra oğlu Namiqlə də  danışan Aygünün telefon zəngindən yarım saat sonra həyətdə asılmış vəziyyətdə meyiti tapılıb. Nicat isə bu xəbəri evlərinin yaxınlığında məsciddə azan çəkən mollanın sonda rəhmətə gedənin adını qeyd etməsi nəticəsində öyrənib (qeyd edək ki, bu kəndin adətlərinə görə, insan ölən zaman bunu məscidin mollası yüksək səslə bütün camaata çatdırır - red.).

Hadisə ilə bağlı əməliyyat aparan Sabirabad Rayon Polis İdarəsi meyitin üzərində hər hansı bir zorakılıq əlaməti aşkarlamayıb. Lakin kənddə gəzən şaiələrə görə, Aygünü özünü asmağa qardaşı məcbur edib.

Qeyd edək ki, Nicat və Aygün, təxminən, 10 il idi ki, evli idilər. Onların iki azyaşlı uşaqları var.

Aygünün evinə girən şəxs və bunu fotoya alan Xudayar haqqında polis idarəsi tərəfindən tədbirlər görülüb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir. 


Şərhlər:
Baxılıb: 4629
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz