Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şok: nişanlı qızı dayısı qaçırdı
Şok: nişanlı qızı dayısı qaçırdı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2106
Səs ver:
Türkiyənin Erzurum vilayətindəki Aşkale rayonunda yaşayan 17 yaşlı Qonça Ç. yoxa çıxıb. Ailəsi onu arayır, polis Qonçanı son dəfə görənlərin şahid ifadələrini alır.

Muammer və Sevim Ç.-nin 6 övladından 5-cisi ollan 17 yaşlı Qonça səhərə yaxın evi tərk edib. Ailəsi səhər açılanda onu yataqda görməyəndə hər yeri aramağa başlayıb. Nişanlı qızın əynində yalnız pijama, anasının ayaqqabılarını geyərək yoxa çıxmasının səbəblərini bilməyən valideynlər polisə və jandarmeriyaya üz tutublar.

Olayın səbəbləri sonradan bilinib.

Qonçanın atası Muammer deyir: "Qızım nişanlıdır, bu yaxınlarda toyu olmalıdır. Onun anası və bacı-qardaşları ilə münasibətləri yaxşı deyildi. Qızımın Trabzonda, Akçaabat səmtində yaşayan 26 yaşlı dayısı Birol Y. ötən ay evimizdə idi. 20 ildir ki, arvadımın ailəsi və qohumları ilə görüşmürdük, danışmırdıq. Mirasla bağlı problemlərimiz var. Amma sən demə, dayısı ilə Qonça arasında münasibətlər əla imiş.

Həmin gün Qonça bacısı Qamze ilə xəstəxanaya gedəcəkdi. Səhər yuxudan duranda Qonçanı evdə görmədik. Əynindəki pijama ilə yoxa çıxmışdı. Üstəlik, anasının ayaqqabılarını geymişdi. Dayısına zəng vurduq, Birolun telefonu cavab vermədi.

Sonra öyrəndi ki, Birol əmisi oğluna "Ərzuruma qız qaçırmağa gedirəm" deyib maşın istəyib. Maşını ona veriblər, Birol da evdəki pulları və qızılları götürüb yoxa çıxıb.

O gündən bəri Qonça və Birolun harada olduğunu bilmirik. Qızımı dayısı qaçırıb, özü də zorla", - Müammer Ç. deyib.


Şərhlər:
Baxılıb: 2106
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz