Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Hümbətlə evdə və oteldə cinsi əlaqədə olduq" - ŞOK TƏFƏRRÜAT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1353
Səs ver:
Xəbər verdiyimiz kimi, Bakı Apelyasiya Məhkəməsində "Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan - Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilir.

İttihama görə, 2011-ci ilin il iyulun 11-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq ittihamı meydana çıxıb.

Belə ki, "Azər-Ross” MTK-nın inşa etdiyi bınalarda vətəndaşlara ev satılsa da, onlara mənzil verilməyib. Məlum olub ki, şirkətin rəhbər şəxsləri – Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə iyulun 14-də keçirilən prosesdə təqsirləndirilən Tofiq Bəkirov ifadə verib. O, ifadəsində cinayəti yetkinlik yaşına çatmayan qızın zorlanması ilə bağlı törətdiklərini deyib. O, bildirib ki, Hümbət Məmmədov onları aldadıb və guya qohumu olan qız Əflatun Piriyev tərəfindən zorlanıb. Buna görə də cinayəti törətməyi sifariş alıb.

Cinayət işinin materiallarında zorlandığı iddia olunan Samirə Əliyevanın (ad və soyad şərtidir - H.Z.) ifadəsi var. Həmin ifadədə qız Hümbət Məmmədov tərəfindən zorlanmasından danışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Ərəstun Piriyevin vəkili Aslan İsmayılov qapalı keçirilən prosesdə Samirə Əliyevanın dindirilməsi ilə bağlı vəsatət verib. Amma vəsatət məhkəmə tərəfindən qəbul edilməyib. Hakimlər belə qərar qəbul ediblər ki, həmin epizodla bağlı Hümbət Məmmədova ittiham verilməyib. Buna görə də həmin ifadə məhkəmədə araşdırıla bilməz.

Bu günlərdə apelyasiya instansiyasında yetkinlik yaşına çatmayan qızın zorlanması yenidən gündəmə gəlib. Həm Aslan İsmayılov, həm də təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan qızın zorlanmasından danışıblar. Hümbət Məmmədovun yetkinlik yaşına çatmayan qohumunun zorlanması ilə bağlı cinayəti sifariş verdiyi deyilsə də, əslində qızınHümbət Məmmədovun zorlaması üzə çıxıb.

"Hümbət göndərdiyi SMS-də məni sevdiyini yazırdı”

Teleqraf.com zorlama cinayətində adı hallanan Samirə Əliyevanın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində verdiyi ifadəsini əldə edib. Qalmaqallı cinayət işində adı keçən qızın həmin ifadəsini təqdim edirik.

Samirə Əliyeva istintaqa verdiyi ifadəsində qeyd edib ki, anasının əmisi oğlu Hümbət Məmmədovu ilk dəfə 2008-ci ilin avqustunda onun qızı Əfsanənin toy mərasimində görüb. Onun sözlərinə görə, həmin vaxt Hümbətlə qohum kimi görüşüb və aralarında heç bir söhbət olmayıb: "Hümbət Məmmədov toydan bir müddət sonra bizə zəng etdi, anamla danışarkən bizə kömək etməyi, oxumağıma yardımçı olmağı təklif etdi. Lakin anam onunla razılaşmadı. Bu ərəfədə atam Moskva şəhərinə işləməyə getmişdi. Atam Moskvadan qayıtdıqdan sonra anamla yola getmirdi, bu da bizim ailəmizə pis təsir edirdi. Hümbət Məmmədov birdən-birə tez-tez bizə gəlməyə başladı. 2008-ci ilin noyabr-dekabr aylarında Hümbət Məmmədov əvvəlcə ev telefonumuza, sonra isə istifadəmdə olan mobil telefona zəng etdi, mənə xoş sözlər dedi. Həmin vaxt onun dediyi sözlərin mənasını, məni sevməsini başa düşmürdüm. Hümbət mənə göndərdiyi SMS-də sevdiyini yazırdı. Fikirləşdim ki, qızı kimi sevdiyini yazıb”.

"Bizim isti münasibətlərimiz yarandı”

Samirə Əliyeva daha sonra ifadəsində əlavə edib ki, orta məktəbdə oxuduğu müddətdə rus dili hazırlığına gedib-gəlirmiş. Onun ifadəsinə görə, Hümbət Məmmədov dəfələrlə onu dərsə aparıb, telefon alıb, bir yerdə nahar da ediblər. Azyaşlı qızın bildirdiyinə görə, bundan sonra onların münasibətləri yaranıb: "Bizim isti münasibətlərimiz yarandı, başa düşdüm ki, Hümbət məni sevir, mənim də ona qarşı hisslərim oyandı. Bir-birimizə sevgi mesajları yazmağa başladıq. Bir-iki dəfə onun maşınında olanda öpüşdük. 2009-cu ilin yanvarında məktəbdən çıxanda Hümbət məni götürdü. Dedi ki, qızlarıma ev almışam, gedək baxaq, sənə də ev almaq istəyirəm. Onunla birlikdə "Dostluq” kinoteatrının yaxınlığnda olan binadakı mənzillərdən birinə getdik. Mənzildə bizdən başqa heç kim yox idi. Mənə dedi ki, səni sevirəm, səninlə olmaq istəyirəm. İntim əlaqəyı girib, sekslə məşğul olduq. İntim əlaqədə olarkən mənim bakirəliyim pozuldu. Bundan qorxdum, dedim ki, sən nə etdin? Hümbət məni sakitləşdirdi, dedi ki, qorxma hər şeyi təzədən həll edərəm, hər şey düzələcək, hec nədən qorxma və heç kimə bu haqda demə. Desən özünü də batırarsan, məni də üstəlik. Hümbət onu da dedi ki, sənə ev alacam, ərə verəcəm. Hümbət mənə dedi ki, sonradan bu məsələnin üstü açılsa, səni özüm alacam və xaricə aparacam”.

"Mənə bahalı hədiyyələr alıb, külli miqdarda pul verib”

Yetkinlik yaşına çatmayan qız onu da əlavə edib ki, həmin gün Hümbət Məmmədovla bir dəfə cinsi əlaqədə olub. Samirə Əliyeva bildirib ki, həmin gündən sonra dəfələrlə həmin evdə və oteldə Hümbət Məmmədovla cinsi əlaqədə olub. Azyaşlının sözlərinə görə, Hümbət Məmmədov ona bahalı hədiyyələr alıb, külli miqdarda pul verib

Samirə Əliyeva ifadəsində bildirib ki, Əflatun Piriyevin öldürülməsi cinayəti ilə əlaqədər Hümbət Məmmədov həbs edildiyi üçün əlaqələri kəsilib. Onun qeyd etdiyinə görə, bundan sonra Xətai Bayramov adlı polis əməkdaşı ilə tanış olub. Dindirilmə sənədlərində qeyd edilir ki, Xətai Bayarmov azyaşlı qızı ailə üzvləri ilə tanış edib. Xətai Bayramovda "hepatit C” xəstəliyi olduğu üçün münasibətlərini rəsmiləşdirə bilməyiblər: "Valideynlərim yaranan xoşagəlməz nəticələri nəzərə aldılar və bizim evlənməyimizə razı olmadılar. Valideynlərim narahat oldular ki, birdən Xətai ilə aramızda cinsi əlaqə ola bilər, xəstəlik mənə də keçər. Buna görə də yoxlanılmaq məqsədilə həkimə getdik. Orada analizin cavabları müsbət çıxsa da, özümü pis hiss etməyə başladım. Özümü pis hiss etdiyimə görə qərara aldım ki, Hümbət Məmmədovun başıma gətirdiyi alçaq hərəkətləri valideynlərimə deyim. Xətai Bayramova da bu barədə telefonda danışarkən demişdim. Xətai əvvəlcə pis oldu, sonra dedi belə vəziyyətdə də qəbulumsan. Söz verdi ki, bu barədə heç kimə bir söz demiyəcək, sirr kimi aramızda qalacaq. Həkimdən gələrkən anama Hümbətin qızlıq bəkarətimi pozduğunu dedim. Anam da atama dedi. Hümbət Məmmədovdan başqa heç bir kişi ilə cinsi əlaqədə olmamışam”.


Şərhlər:
Baxılıb: 1353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz