Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var
Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3649
Səs ver:
"Kişidir də, ona lazımdır ki, ehtirasını söndürsün”.

Qadinlar.Biz müğənni Afaq Aslanın müsahibəsini təqdim edir:

"Soyunub çəkdirdiyim fotolar yuxusunu ərşə çəkir”.

- Afaq, fotoqrafımızın qarşısında bax belə açıq-saçıq şəkillər çəkdirirsən… Qorxmursan ki, bu cəsarətli addımına görə həmkarlarının hücumuna məruz qalarsan?

- Artıq hücumlar başlanıb. Onları yandırıb-yaxan mənim cazibədarlığımdır. Bilirlər ki, mənim kimi gözəl bədən quruluşları yoxdur. Baxırsan ki, bədənləri piy qatlarından ibarətdir, buna görə də mənim soyunub çəkdirdiyim fotolar onların yuxusunu ərşə çəkir. Özü də bilirsən, təşviş içində olan hansı müğənnilərdir? Məndən yüz addım irəlidə olanlar. Bu saat onlar həyəcan içərisində qıvrılırlar ki, aman, Afaqın gözəlliyini görüb bizi unudacaqlar. Hətta başlayıblar bostanıma daş atmağa ki, onlara cavab verim, başlasınlar mənim hesabıma reklam olunmağa. Nəticəsi də bu oldu ki, aramızdan qara pişik keçdi, nəzərə gəldim və sevgilimlə aramızdan soyuq küləklər əsdi.

"Elə bir klip çəkdirəcəyəm, hamı şoka düşəcək”.

- Yəni deyirsən ki, səni qısqandıqları üçün belə edirlər. Şou-biznesdə olan xanımları başa düşdük, qısqanclıqdan səni baltalamağa çalışırlar ki, Afaq soyunmaqla gündəmə gəlir. Bəs sosial şəbəkə izləyiciləri necə, bu fotolarına görə səni qınayırlarmı?

- Qətiyyən. O qədər mənə yazanlar olub ki, Afaq, halal olsun sənə, cəsarətli qızsan. İstədiyin vaxt istədiyin pozalarda şəkillər çəkdirirsən, heç bir sərhəd tanımırsan. Hətta mən onlara cavab yazdım ki, darıxmayın, yaxın günlərdə elə bir klip çəkdirəcəyəm, hamı şoka düşəcək. Orda elə pozalarla rastlaşacaqsınız ki, şoka düşəksiniz.

"Soyunub çəkdirdiyim şəkillərə görə…”.

- Afaq hamını qoyaq bir qırağa, sevgilinin bu fotolara reaksiyası necə oldu? Yəqin, qısqanclıqdan dəli olub…

- Gizlətmirəm, sevgilim dəhşətli dərəcədə qısqancdır. Bu fotolar mənə baha başa gəldi. Soyunub çəkdirdiyim şəkillərə görə aramızda ayrılıq yaşandı.

- Yəni hazırda küsülüsünüz?

- Danışmırıq. Nə mənə zəng edir, nə də görüşürük. Açığı, buna görə depressiyaya da düşdüm. Bir müddət nə jurnalistlərlə görüşdüm, nə də müsahibə verdim. Sözün düzü, çox olub aramızda küsüb-barışmalar. Amma bu qədər uzun çəkməmişdi.

"Məni uzunmüddətli ayrılıqla cəzalandırır ki, ağlım başıma gəlsin”.

- Neçə vaxt keçib ki, üstündən?

- İki ay. Sevgilim o qədər kinli və tərsdir ki, öldür, addım atmaz. Dəfələrlə belə olub e, qısqanclıqlar üstündə aramızda inciklik olub, ayrılmışıq. Bu, onun cəza vasitəsidir, məni uzunmüddətli ayrılıqla cəzalandırır ki, ağlım başıma gəlsin. Axırda da məni şıltaqlığıma görə bağışlayır. Bilir ki, sevgilisi Afaq şıltaqdır və onu dəlicəsinə sevir.

- Qorxmursan bu ayrılıqdan istifadə edən xanım müğənnilər onu əlindən alar? Axı şou aləmdə kiminsə sevgilisini əlindən almaq, necə deyərlər, caynağına keçirmək dəb halını alıb.

- Bilirəm ki, şou-biznes müğənniləri arasında məni qısqanan və mənim yerimdə olmaq istəyən müğənni xanımlar çoxdur. Amma mən burdan onlara üzümü tutub demək istəyirəm ki, heç də əl-ayağa düşməyin. Heç bir müğənni xanım sevgilimə mənim yerimi verə bilməz. Heç Afaqın kəsilən dırnağı belə ola bilməzlər. Bilirəm əl-ayağa düşüblər, müxtəlif vasitələrlə sevgilimə yaxınlaşıb onu əlimdən almağa çalışırlar, amma faydası yoxdur.

"Sevgilimə qarmaq atmaq istəyənlər çox olub”.

- Yəni, ona bu qədər əminsən? Amma kişilərin xəmiri sıyıq olur ha, bunu da yaddan çıxarma…

- Mənim sevgilimə qarmaq atmaq istəyənlər çox olub indiyə qədər. Amma o, qarmağa düşən kişilərdən deyil. O müğənnilər sevgilimə bir gecəlik yataq üçün lazımdır. Sevgilimin hansısa gündəmdə olmayan bir müğənnini yatağından keçirməsi o demək deyil ki, məni atıb, onu tutub. O qadınlardan yeganə fərqim budur ki, mən sevgilimin həyatında bir gecəlik rol oynamıram. Mən onun yarısıyam. Ruh əkiziyik biz. Bizi bizdən ayırmaq olmaz. Bu, mümkünsüzdür.

- Axı küsülüsünüz, ayrısınız… Bəlkə, addımı sən atasan?

- Sözün düzü, bu dəfə günah məndə olub və bilirəm ki, addımı da birinci mən atmalıyam. Amma qürur imkan vermir axı. Söz yox ki, sevgidə qürur olmamalıdır, amma mən bu addımı ata bilmirəm. Gözləyirəm ki, bəlkə, hirsi soyuya və insafa gəlib barışa.

"Onun hər addımından xəbərim var”.

- Deməli, indi depressiyadasan, adətən, depressiyaya düşəndə neyləyirsən?

- Bəzən dəniz kənarına gedib saatlarla dalğalara baxıram. Özümə qapanıram, heç kimlə ünsiyyət qurmaq istəmirəm. Özü də tez ruhdan düşürəm, sənətdən demək olar ki, uzaqlaşıram, yaradıcılıqdan ayrı düşürəm. İndi bax, depressiyadaydım, amma bilirəm ki, səninlə söhbət edəndə ürəyim açılır, onun üçün razılıq verdim. Gəldik dəniz kənarına, fotolar çəkdirdik, danışdıq, dərdləşdik, yüngülləşdim. Nə gizlədim, onu çox sevirəm və itirməkdən də çox qorxuram. Elə onu çox sevdiyim üçün də depressiyaya düşürəm. Yoxsa ki, Afaqı hələm-hələm depressiyaya salmaq mümkün deyil.

- Ay Afaq, sən özün də, bildiyimə görə, çox qısqancsan, sevgilini gözündən qoymursan?

- Bir addımını da gözümdən qoymaram. Onun hər addımından xəbərim var.

"Hər qızın hünəri deyil axı sevgilimi əldə etsin”.

- Əməlli-başlı detektivsən ki… Mənbələrin də var yəqin?

- Oturduğum yerdə sevgilim haqqında elə məlumat alıram ki… Özü də tanımadığım adamlardan. Fikirləşirəm ki, bizi hər kəs izləyir və onun haqqında məlumatları mənə çatdırırlar. Çünki bizi ayrı görmək istəmirlər. Mənim barəmdə də məlumatları ona çatdırırlar. Bu yaxınlarda da belə bir məlumat əldə etdim ki, sevgilim bir xanımla hardasa… (gülür)

- Günahı kimdə gördün – sevgilində, yoxsa o xanımda?

- Vallah, mənim sevgilim o qədər yaraşıqlıdır ki, xanımları qınamağa dəyməz. O yaraşıq, o xarizma istənilən kişidə olsaydı, istənilən xanım onu əldə etmək istəyərdi. Hər qızın hünəri deyil axı sevgilmi əldə etsin.

"Kişi səni pulla əldə edirsə…”.

- Vallahi, zaman dəyişib, vaxt vardı kişilər qadını əldə etmək üçün dəridən-qabıqdan çıxardı, indi əksinə, xanımlar kişilərin arxasınca sürünür… Səncə, buna səbəb nədir?

- Ürəyimdən xəbər verdin, ay Cəvahir, de də bunu. Ümumiyyətlə, bəzi xanımlar – elə şou-biznes nümayəndələri arasında da var belələri – pul  xatirinə çox vaxt özlərini belə kişilərin ayaqları altına atırlar. Fikirləşirlər ki, madam belə yaraşıqlı, üstəgəl də, pullu kişidirsə, niyə bir gecəlik yatağından keçməyək? Bu addımı atırlar və pul qazanırlar. Amma düşünmürlər ki, kişinin bir günlük yatağından keçənlər də elə onun həyatında da birgünlük olur. Həmin kişi səni pulla əldə edirsə, sənə əşya kimi baxacaq. Kişidir də, ona lazımdır ki, ehtirasını söndürsün. O qadınlar özləri də bunu bilirlər. Bilir ki, həmin kişiyə ehtirasını söndürmək üçün lazımdır.

"Ehtiras yataqda başlayıb, yataqda da bitir”.

- Qorxmursan o xanımların qəzəbinə gəlməkdən? Birdən sənə pislik edərlər?

- Mənə heç bir qadın bata bilməz. Lazım gəlsə, onlara qarşı elə bir addım ataram ki, bir də mən tərəfə baxmağa cəsarətləri çatmaz. Onlara bir kəlmə demək istəyirəm ki, bəsdir özünüzü kişilərə əşya kimi istifadə etdirdiniz. Qadın kişinin ürəyini yalnız sevgi ilə ala bilər, başqa heç nə ilə. Ehtiras yataqda başlayıb, yataqda da bitir. Sevgi qalır, çünki sevgi ruhla bağlı olan hissdir.

"Asanlıqla əldə olunan xanım deyiləm”.

- Afaq, elə sən də cazibədar, gözəl xanımsan, yəqin, səni də pulla əldə etmək istəyən kişilər az deyil?

- Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var, bunu danmıram. Ayaqlarımın altına milyonlar tökməyə hazır olanlar var. Bəlkə də, sən buna inanmayacaqsan, amma bu, faktdır. Digər xanım müğənnilərdən onunla fərqlənirəm ki, mən asanlıqla əldə olunan xanım deyiləm. Onlardan fərqli olaraq mənim qiymətim yoxdur. Qoy özləri də açıb qulaqlarını eşitsinlər, Afaqı hər xanım müğənni ilə dəyişik salmasınlar. Afaq heç vaxt pula satılmaz. Bunu mənim sevdiyim kişi də bilir. Elə buna görə də mənə dəyər verir.


 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 3649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz