Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arvadı ilə dostunu bir yataqda tutan gəncin cinayəti
Arvadı ilə dostunu bir yataqda tutan gəncin cinayəti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2377
Səs ver:
"Vəfa ilə görüşdüm, söhbət edərək divanın üstündə cinsi əlaqədə olduq”.

1991-ci ildə Kürdəmir rayonunun Quşlar kəndində anadan olan, İmişli şəhəri, 28 may küçəsində yaşayan Elnur Əliyev Vəfa Əliyeva ilə ailə həyatı qurub və onların birgə nikahdan iki övladları olub.

2012-ci il sentyabrın 21-də, saat 01.00 radələrində gecə yuxudan oyanan Elnur boğazı quruduğu üçün yerindən qalxıb su içmək üçün qonaq otağına keçmək istəyərkən arvadı Vəfa ilə rastlaşıb.

Vəfa ərindən yuxudan oyanmasının səbəbini soruşub. Elnur da susadığı üçün yuxudan oyandığını deyib və qonaq otağına keçib. O, güzgüyə baxanda divarın küncündəki divanın arxasında bir nəfərin gizləndiyini görüb. Elnur həmin yerə baxdıqda gizlənin şəxsin dostu Cavid Rəfiyev olduğunu görüb. Bundan sonra o, mətbəxə keçərək bıçaq götürüb.

Elnurun mətbəxə getdiyini görən Cavid otağın ortasına doğru yeriyib. Həmin vaxt Elnur hər əlində bir bıçaq olmaqla otağa daxil olub və Cavidə tərəf gəlib. Cavid Elnura "sakit ol, məsələnin nə yerdə olduğunu sənə başa salım” deyib.

Elnur "zəng edin papamа, pаpаm gəlsin” dedikdə Vəfa Cavidə tərəf gəlib və "ona dəymə, onluq bir şey yoxdur” deyib. Bu vaxt gözlənilmədən Elnur sağ əlindəki bıçaqla Vəfanın sol döş nahiyəsindən bir dəfə vurub.

Cavid Elnurun əlindən bıçağı almaq istəyib. Elnur isə ona "qaç, burdan get” deyib və o da qaçıb gedib.

Vəfa aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Elnur Əliyev isə polisə könüllü təslim olub. İstintaq orqanı Elnur Əliyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, yuxudan oyanıb və boğazı quruduğu üçün yerindən qalxıb su içməyə gedib. O qeyd edib ki, su içən zaman evdən səs eşidib: "Qonaq otağına keçəndə dostum Cavidi gördüm. Ondan gecə vaxtı mənim evimdə nə işi olduğunu soruşmaq istədim. Amma Vəfa buna mane oldu və Cavidi müdafiə etdi. Buna görə də əsəblərimə hakim ola bilmədim və bıçaqla Vəfanı vurdum. Amma Vəfanı öldürmək niyyətim olmayıb”.

Məhkəmə cinayət səbəbkarı və hadisənin yeganə şahidi Cavid Rəfiyevi də dinləyib. Cavid Rəfiyev bildirib ki, Elnurla 2010-cu ildən dostluq edib.

"Elnurun arvadı Vəfa mənə zəng edərək danışmağa başladı. Sonra da məni evinə dəvət etdi, onunla cinsi əlaqədə olmuşam. 2012-ci ilin yanvar ayından başlayaraq Vəfa ilə onların evində həftədə iki dəfədən çox görüşüb yaxınlıq etmişik. Hər dəfə Vəfa ilə görüşəndə Elnur evində olub, yatağında yatıb. Sentyabr 20-də saat təxminən 23 radələrində Vəfa Elnurun işlətdiyi mobil telefondan telefonuma "gəlirsənsə, gəl” məzmunlu mesaj göndərdi. Mən də "gəlirəm” yazıb Vəfagilə getdim. Həyət və ev qapısı açıq olduğundan evə sərbəst daxil oldum. Vəfa ilə görüşdüm, söhbət edərək divanın üstündə cinsi əlaqədə olduq.

"Sonra Elnur yuxudan oyandı və mən olan otağa iki bıçaqla daxil oldu. Sağ əlindəki bıçaqla Vəfanı bir dəfə vurdu, Vəfa yerə yıxıldı. Elnurun əlindən bıçağı almaq istədim. Həmin vaxt bıçaq sağ qolumu cızdı. Elnur mənə "qaç, burdan get” dediyində, mən də getdim.

Zərərçəkmiş şəxsin nümayəndəsi Qurban Məmmədov deyib ki, Vəfa Əliyeva tamamilə savadsız olub, yazıb-oxumağı bacarmayıb. Belə olan halda onun Cavid Rəfiyevin istifadəsində olmuş telefonuna özünün, əri Elnurun istifadəsində olan mobil telefonlardan qısa mesajlar və şəkillər göndərməsi barədə deyilənlər həqiqəti əks etdirmir.

Zərərçəkmiş şəxsin nümayəndəsi bildirib ki, mərhumun yaxın qohumlarının bildirdiyinə görə, Vəfanın baldızı onun adından Cavid Rəfiyevə mesajlar yazıb, şəkillər göndərib və onunla görüşüb. Elnur öz bacısının həmin hərəkətlərini başa düşdükdən sonra vəziyyəti aydınlaşdırmaq üçün Cavid Rəfiyevi evlərinə çağırıb və mübahisə düşdüyü vaxt Elnur öz bacısını vurmaq istəyərkən Vəfa özünü qabağa verib və bıçaq ona dəyib. Sonradan hadisənin əsl mexanizmini gizlətmək üçün mərhumun Cavid Rəfiyevlə yaxın əlaqədə olması görüntüsünü yaratmağa cəhd edilib”.

Bütün tərəfləri dinləyən hakimlər Elnur Əliyevi 9 il müddətinə azadlıqdan məhrum edib.


Şərhlər:
Baxılıb: 2377
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz