Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanım Qafarova vəfat etdi
Xanım Qafarova vəfat etdi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3539
Səs ver:
Əməkdar artist 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bir neçə dəqiqə öncə Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova dünyasını dəyişib. Qadınlar.Biz-in məlumatına görə, bu barədə Lent.az-a mərhum aktrisanın bacısı oğlu məlumat verib. O bildirib ki, xanım aktrisa son sözünü deyib və az sonra keçinib:
 
"Bu sözləri demək mənim üçün çox çətindir. Xalam son günlərinə qədər həyatla mübarizə aparırdı. O, həyatı sevirdi. Yeganə övladına və anasına görə narahat idi. Elə ancaq onları, əsas da az yaşlı qızını düşünürdü. Yeganə arzusu sağalıb, ayaq üstə durmaq idi. Amma nə etməliyik. Vaxtsız ölüm Allahın qisməti və xalamın alın yazısı imiş. Allah rəhmət eləsin”.
 
Xatırladaq ki, mərhum aktrisa süd vəzi xərçəngindən 2009-ci ildən bəri əziyyət çəkirdi.
 
Allah rəhmət eləsin!
 
Onu da əlavə edək ki, 1967-ci il mayın 9-da Bakıda anadan olan mərhum aktrisa 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayır. 1996-cı ildən is Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alaraq, həmin teatrda oynadığı bir çox rolları ilə onu sevənlərin yaddaşında qalmağı bacarıb. Məhz bunun nəticəsində isə 2003-ci ildə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülmüşdü.  2012-ci il mayın 9-u və 2014-cü ild aprelin 30-da Prezident Mükafatına layiq görülüb. O, 1991-ci ildə "Şirbalanın məhəbbəti”, 1997-ci ildə "Kənddən gələn var”, 2001-ci il "Yuxu”, 2006-ci il "Adam ol”  və 2011-ci ildə "Qayanana” filmində rola alıb.


Şərhlər:
Baxılıb: 3539
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz