Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Azərbaycana gəlin gəlmək qismət olmadı" - müsahibə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1794
Səs ver:
Bugünlərdə Azərbaycandakı istirahət mərkəzlərinin birində konsert verən türkiyəli müğənni Ebru Polad müsahibə verib.
 
Qadınlar.Biz həmin müsahibəni təqdim edir.

- Azərbaycanı çox sevirəm və burda olduğum üçün çox xoşbəxtəm. Bu, Azərbaycanda ikinci konsertimdir. Konsertə bir gün qalmış gəldim və bütün günümü gəzməyə sərf etdim. Burada gəzməli, görməli yerlər çoxdur.
 
- Azərbaycanda ən çox nəyi sevdiniz?
 
- İnsanlarını sevdim. Azərbaycanlılar çox qonaqpərvər və nəzakətlidirlər. Nə istəsəm, çox kübarlıqla yerinə yetirdilər. Ən əsas da cömərd olmaqlarıdır. Məsələn, bu gün qadın salonuna getdim. Saç ustası pul almadı, dedi ki, bu saç düzümünü sizə hədiyyə edirəm. Ətrini də hədiyyə etmək istəyirdi. Səhər bir yerdə qəhvəaltı etdim, orda da məndən pul almadılar. Yəni o qədər cömərd və təmiz ürəklidirlər. Ona görə də, azərbaycanlıları  çox sevirəm.
 
- Nə vaxtsa Azərbaycana tətil üçün gəlməyi düşünürsünüzmü?
 
- Əlbəttə, düşünürəm. Çünki buranı gərçəkdən çox sevirəm. Əslində, Azərbaycanda yaşamağı da çox istəyirəm. Düşünürəm ki, vaxtım olsa, gəlib iki ay yaşasam, çox gözəl olar.
 
- Azərbaycan mətbəxini bəyəndinizmi?

 
- Yeməkləriniz çox dadlıdır. Burada kilo alacam. Yemək masasına gətirilən bütün yeməklər çox dadlı olur, dayana bilməyib yeyirəm. Həm yüksək qonaqpərvərliyiniz, həm də dadlı mətbəxiniz var.
 
- Sosial şəbəkələrdə paylaşdığınız şəkillərdən hiss olunur ki, daha çox dəniz səyahətlərini sevirsiniz.
 
- Düzdür, mənim üçün ən gözəl istirahət dənizdə olmaqdır. Mən izmirliyəm, İzmir qızları dənizi çox sevirlər. Çünki İzmiri də dəniz əhatələyib. Mənim üçün ən gözəl istirahət dəniz kənarında, ya da dənizin içində gəzintidə olmaqdır. Bu yaxınlarda gəmi icarəyə götürdüm və bir həftə tətil etdim. Bu səyahətim haqda mətbuatda şəkillər və xəbərlər çıxmışdı.
 
- Mətbuatda haqqınızda bir çox xəbərlər dərc edilir. Onlardan biri də sizin azərbaycanlı bir məmurun oğlu ilə sevgili olduğunuz haqda idi. Bu məlumatlar nə dərəcədə həqiqətəuyğundur?
 
- Bu xəbərləri mən də görmüşəm. Amma yazılanlar doğru deyil. Çünki mənim nişanlım türkdür və İstanbulda yaşayır. Amma çox istərdim ki, azərbaycanlı bir bəylə ailə qurum. Ötən dəfə Azərbaycana gələndə də bunu söyləmişdim. Amma, Azərbaycana gəlin gəlmək qismət olmadı.


Şərhlər:
Baxılıb: 1794
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz